< ישעה 57 >

הצדיק אבד ואין איש שם על לב ואנשי חסד נאספים באין מבין כי מפני הרעה נאסף הצדיק 1
«Saleh adam ölür və bunu vecinə alan yoxdur. Mömin adamlar da köçüb gedir, Amma heç kim anlamır ki, Bəla gəlməmiş saleh adam canını qurtarır.
יבוא שלום ינוחו על משכבותם הלך נכחו 2
Saleh adam sülhə qovuşur, Doğru yolla gedən son yatağında rahat yatır.
ואתם קרבו הנה בני עננה זרע מנאף ותזנה 3
Amma siz, ey cadugər qadının övladları, Fahişə və zinakarlar nəsli, bura, yaxın gəlin!
על מי תתענגו--על מי תרחיבו פה תאריכו לשון הלוא אתם ילדי פשע זרע שקר 4
Siz kimi məsxərəyə qoyursunuz? Kimə ağız əyirsiniz? Kimə dil göstərirsiniz? Məgər siz itaətsiz övladlar, Yalançı nəsil deyilsiniz?
הנחמים באלים תחת כל עץ רענן שחטי הילדים בנחלים תחת סעפי הסלעים 5
Palıd ağacları arasında, Hər kölgəli ağacın altında Şəhvətlə alışıb-yanan, Vadilərdə, qaya oyuqlarında, Övladlarınızı qurban gətirən Siz deyilmisiniz?
בחלקי נחל חלקך הם הם גורלך גם להם שפכת נסך העלית מנחה--העל אלה אנחם 6
Sizin payınız Vadinin hamar daşlarından düzələn bütlərdir. Onlardır, bəli, onlardır sizə nəsib olan. Onların qarşısında içmə təqdimi tökdünüz, Taxıl təqdimi gətirdiniz. Bunlara görə Mən təsəlli taparammı?
על הר גבה ונשא שמת משכבך גם שם עלית לזבח זבח 7
Yatağınızı yüksək, uca dağda salmısınız, Qurbanlarınızı kəsmək üçün də oraya çıxırsınız.
ואחר הדלת והמזוזה שמת זכרונך כי מאתי גלית ותעלי הרחבת משכבך ותכרת לך מהם--אהבת משכבם יד חזית 8
Qapılarınıza, qapıların yan taxtalarının arxasına İyrənc işarələr düzmüsünüz. Məni tərk edib yatağınızı geniş açdınız, Orada uzandınız, oynaşlarınızla sövdələşdiniz, Birlikdə yatmağa can atdınız, Onların çılpaqlığına tamaşa etdiniz!
ותשרי למלך בשמן ותרבי רקחיך ותשלחי צריך עד מרחק ותשפילי עד שאול (Sheol h7585) 9
Ətirləri bol-bol vurandan sonra Molek allahına sarı getdiniz. Elçilərinizi uzaqlara göndərdiniz, Özünüzü ölülər diyarına qədər endirdiniz. (Sheol h7585)
ברב דרכך יגעת לא אמרת נואש חית ידך מצאת על כן לא חלית 10
Uzun yollar sizi taqətdən saldı. Lakin siz “daha bəsdir” demədiniz. Gücünüzü təzələyib qalxdınız, Buna görə yorulmadınız.
ואת מי דאגת ותיראי כי תכזבי ואותי לא זכרת לא שמת על לבך הלא אני מחשה ומעלם ואותי לא תיראי 11
Kim sizi qorxudub dəhşətə saldı ki, Məni aldatdınız? Məni yada salmadınız, Ürəyinizdə Mənə yer vermədiniz? Mən xeyli vaxt susduğuma görə, Siz Məndən qorxmursunuz?
אני אגיד צדקתך ואת מעשיך ולא יועילוך 12
Mən sizin salehliyinizi, Etdiyiniz əməlləri aşkara çıxaracağam, Bunların sizə xeyri olmayacaq.
בזעקך יצילך קבוציך ואת כלם ישא רוח יקח הבל והחוסה בי ינחל ארץ ויירש הר קדשי 13
Siz fəryad edəndə Bu yığdığınız bütlər Görək sizi nə cür qurtaracaq! Onların hamısını külək sovurub atacaq, Bir nəfəs onları yerindən tərpədib aparacaq. Lakin Mənə sığınan torpağı irs olaraq alacaq, Müqəddəs dağımı mülk edəcək».
ואמר סלו סלו פנו דרך הרימו מכשול מדרך עמי 14
Rəbb deyir: «Tikin, tikin, yol hazırlayın! Xalqımın yolundakı əngəlləri götürün!»
כי כה אמר רם ונשא שכן עד וקדוש שמו--מרום וקדוש אשכון ואת דכא ושפל רוח להחיות רוח שפלים ולהחיות לב נדכאים 15
Uca və əzəmətli, Əbədi yaşayan, adı müqəddəs Olan Belə deyir: «Mən yüksək və müqəddəs yerdə yaşadığım halda Ruhu əzilənlərlə, özünü aşağı tutanlarla birlikdəyəm ki, Özünü aşağı tutanların ruhunu dirildim, Əzilmişlərin ürəyini dirçəldim.
כי לא לעולם אריב ולא לנצח אקצוף כי רוח מלפני יעטוף ונשמות אני עשיתי 16
Həmişə çəkişib qəzəblənməyəcəyəm, Yoxsa yaratdığım canlı insan qarşımda dura bilməz.
בעון בצעו קצפתי ואכהו הסתר ואקצף וילך שובב בדרך לבו 17
Tamahkarlıq günahına görə Qəzəblənib xalqı cəzalandırdım, Hiddətlənib üzümü ondan döndərdim. O da inad edib öz yolu ilə getdi.
דרכיו ראיתי וארפאהו ואנחהו ואשלם נחמים לו ולאבליו 18
Əməllərini gördüm, Amma bu xalqa şəfa verəcəyəm. Ona rəhbərlik edəcəyəm, Ona və onun yas tutanlarına təsəlli verəcəyəm.
בורא נוב (ניב) שפתים שלום שלום לרחוק ולקרוב אמר יהוה--ורפאתיו 19
Ağızları ilə həmdlər söyləyəcəyəm. Uzaqdakılara və yaxındakılara qoy sülh, sülh olsun». Rəbb belə deyir: «Mən onlara şəfa verəcəyəm».
והרשעים כים נגרש כי השקט לא יוכל ויגרשו מימיו רפש וטיט 20
Pislər isə sanki dalğalanan dənizdir, Bu dəniz sakit dura bilməz, Onun suları palçıq və kir çıxarar.
אין שלום אמר אלהי לרשעים 21
«Pislərə isə sülh yoxdur» deyir mənim Allahım.

< ישעה 57 >