< ישעה 54 >

רני עקרה לא ילדה פצחי רנה וצהלי לא חלה כי רבים בני שוממה מבני בעולה אמר יהוה 1
«Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çox olacaq», Bunu Rəbb deyir.
הרחיבי מקום אהלך ויריעות משכנותיך יטו--אל תחשכי האריכי מיתריך ויתדתיך חזקי 2
«Çadırının yerini genişləndir, Məskənlərinin örtüklərini uzat, Çəkinmə, ipləri uzat, payaları vur.
כי ימין ושמאול תפרצי וזרעך גוים יירש וערים נשמות יושיבו 3
Çünki sağa və sola səpələnəcəksən, Nəslin millətlərə yiyələnəcək, Viran qalmış şəhərlərdə məskunlaşacaq.
אל תיראי כי לא תבושי ואל תכלמי כי לא תחפירי כי בשת עלומיך תשכחי וחרפת אלמנותיך לא תזכרי עוד 4
Qorxma, çünki utanmayacaqsan, Ruhdan düşmə, çünki rüsvay olmayacaqsan. Cavanlığın xəcalətini unudacaqsan, Bir daha dulluğun rüsvayçılığını Yadına salmazsan».
כי בעליך עשיך יהוה צבאות שמו וגאלך קדוש ישראל אלהי כל הארץ יקרא 5
Çünki sənin ərin səni Yaradandır, Onun adı Ordular Rəbbidir. Səni Satınalan İsrailin Müqəddəsidir, O bütün dünyanın Allahı adlanır.
כי כאשה עזובה ועצובת רוח קראך יהוה ואשת נעורים כי תמאס אמר אלהיך 6
Allahın deyir: «Rəbb səni çağırır Atılmış və ruhu əzilmiş, Gənc yaşında ərə getmiş, Sonra isə rədd olunmuş bir qadın kimi.
ברגע קטן עזבתיך וברחמים גדלים אקבצך 7
Bir anlığa səni tərk etdim, Amma böyük rəhmlə geri qəbul edəcəyəm.
בשצף קצף הסתרתי פני רגע ממך ובחסד עולם רחמתיך--אמר גאלך יהוה 8
Bir anlığa qızğın qəzəblə səndən üzümü döndərdim, Lakin əbədi məhəbbətimlə sənə rəhm edəcəyəm». Bunu səni Satınalan, Rəbb deyir.
כי מי נח זאת לי אשר נשבעתי מעבר מי נח עוד על הארץ--כן נשבעתי מקצף עליך ומגער בך 9
«Bu Mənim üçün sanki Nuhun dövründə baş verən daşqındır, Nuhun dövründəki daşqının suları Bir daha yer üzünü örtməyəcəyi barədə necə and içmişdimsə, İndi də and içirəm ki, Sənə qəzəblənməyəcəyəm, səni məzəmmət etməyəcəyəm.
כי ההרים ימושו והגבעות תמוטינה--וחסדי מאתך לא ימוש וברית שלומי לא תמוט אמר מרחמך יהוה 10
Dağlar yerini dəyişsə də, Təpələr sarsılsa da, Sənə olan məhəbbətim dəyişməz, Sülh əhdim sarsılmaz». Bunu sənə rəhm edən Rəbb deyir.
עניה סערה לא נחמה הנה אנכי מרביץ בפוך אבניך ויסדתיך בספירים 11
«Ey tufana düşmüş, Təsəlli tapmamış yazıq şəhər! Sənin daşlarını əqiqlərlə, Təməlini göy yaqutlarla qoyacağam.
ושמתי כדכד שמשתיך ושעריך לאבני אקדח וכל גבולך לאבני חפץ 12
Qüllələrini yaqutdan, Darvazalarını ləl-cəvahirdən, Divarlarını qiymətli daşlardan hörəcəyəm.
וכל בניך למודי יהוה ורב שלום בניך 13
Bütün övladlarını Mən Rəbb öyrədəcəyəm, Onlar tam sülh içində olacaq.
בצדקה תכונני רחקי מעשק כי לא תיראי וממחתה כי לא תקרב אליך 14
Salehliyində möhkəmlənəcəksən, Zülmdən uzaq olacaqsan, qorxmayacaqsan. Qorxu hissi səndən uzaq olacaq, sənə yaxınlaşmayacaq.
הן גור יגור אפס מאותי--מי גר אתך עליך יפול 15
Sənə hücum edən olsa, bil ki, bu Məndən deyil, Sənə hücum edən hər kəs Qarşında yerə yıxılacaq.
הן (הנה) אנכי בראתי חרש--נפח באש פחם ומוציא כלי למעשהו ואנכי בראתי משחית לחבל 16
Budur, odda kömürü körükləyən, Öz məqsədi üçün silah hazırlayan Dəmirçini Mən yaratdım. Məhv etmək üçün qırıcını da Mən yaratdım.
כל כלי יוצר עליך לא יצלח וכל לשון תקום אתך למשפט תרשיעי זאת נחלת עבדי יהוה וצדקתם מאתי--נאם יהוה 17
Sənə qarşı işlənən Heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən Hər kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir». Bunu Rəbb bəyan edir.

< ישעה 54 >

A Dove is Sent Forth from the Ark
A Dove is Sent Forth from the Ark