< ישעה 52 >

עורי עורי לבשי עזך ציון לבשי בגדי תפארתך ירושלם עיר הקדש--כי לא יוסיף יבא בך עוד ערל וטמא 1
Qalx, qalx, ey Sion, qüdrətinə qurşan! Ey müqəddəs şəhər, ey Yerusəlim, Gözəl paltarlarını geyin! Çünki sünnətsizlər, murdarlar Sənin darvazalarından əsla keçməyəcək.
התנערי מעפר קומי שבי ירושלם התפתחו (התפתחי) מוסרי צוארך שביה בת ציון 2
Üst-başındakı tozu çırp, Qalx, ey Yerusəlim, taxtına otur, Zənciri boynundan qır, Ey əsir aparılan Sion qızı!
כי כה אמר יהוה חנם נמכרתם ולא בכסף תגאלו 3
Rəbb belə deyir: «Siz müftə satılmışdınız, Müftə də satın alınacaqsınız».
כי כה אמר אדני יהוה מצרים ירד עמי בראשנה לגור שם ואשור באפס עשקו 4
Xudavənd Rəbb belə deyir: «Xalqım qürbətdə yaşamaq üçün Əvvəllər Misirə enmişdi. Sonra Aşşurlular onlara boş yerə zülm etdi.
ועתה מה לי פה נאם יהוה כי לקח עמי חנם משלו יהילילו נאם יהוה ותמיד כל היום שמי מנאץ 5
Xalqım nahaq yerə götürülüb aparıldı, İndi bundan Mənə nə qaldı?» Rəbb bəyan edir. Bu, Rəbbin sözüdür: «Onların başçıları ah-zar edir, Həmişə, gün boyu adım küfrlə çəkilir.
לכן ידע עמי שמי לכן ביום ההוא כי אני הוא המדבר הנני 6
Buna görə xalqım Mənim adımı tanıyacaq, O gün “budur, Mənəm” deyənin Mən olduğunu başa düşəcək».
מה נאוו על ההרים רגלי מבשר משמיע שלום מבשר טוב--משמיע ישועה אמר לציון מלך אלהיך 7
Sülh xəbəri gətirən, Dağları aşıb-gələn Müjdəçinin qədəmləri necə də gözəldir! O, xoş müjdə gətirir, Qurtuluş xəbəri verir, Sion xalqına «Allahınız hökm sürür!» bəyan edir.
קול צפיך נשאו קול יחדו ירננו כי עין בעין יראו בשוב יהוה ציון 8
Qulaq asın! Gözətçilər səslərini ucaldır, Birlikdə mədh oxuyur, Çünki Rəbbin Siona qayıdışını Öz gözləri ilə görür.
פצחו רננו יחדו חרבות ירושלם כי נחם יהוה עמו גאל ירושלם 9
Ey Yerusəlim xarabalıqları, Şənlik edin, birlikdə mədh oxuyun, Çünki Rəbb xalqına təsəlli verdi, Yerusəlimi satın aldı.
חשף יהוה את זרוע קדשו לעיני כל הגוים וראו כל אפסי ארץ את ישועת אלהינו 10
Rəbb bütün millətlərin gözləri önündə Müqəddəs qolunu çırmaladı, Yer üzünün qurtaracağınadək hər yer Allahımızın gətirdiyi xilası görəcək.
סורו סורו צאו משם טמא אל תגעו צאו מתוכה--הברו נשאי כלי יהוה 11
Çəkilin, çəkilin, oradan çıxın, Murdar şeylərə toxunmayın, Oradan çıxıb təmizlənin, Ey Rəbbin əşyalarını daşıyanlar!
כי לא בחפזון תצאו ובמנוסה לא תלכון כי הלך לפניכם יהוה ומאספכם אלהי ישראל 12
Axı siz tələsmədən çıxacaqsınız, Qaça-qaça getməyəcəksiniz, Çünki Rəbb qarşınızda gedəcək, İsrailin Allahı arxanızda olacaq.
הנה ישכיל עבדי ירום ונשא וגבה מאד 13
Budur, Mənim qulum uğur qazanacaq, O yüksəldiləcək, ucaldılacaq, çox izzətlənəcək.
כאשר שממו עליך רבים כן משחת מאיש מראהו ותארו מבני אדם 14
Çoxları onun qarşısında mat qalacaq. Bəli, onun görkəmi çox dəyişmişdi, Zahirən insan surətindən çıxmışdı.
כן יזה גוים רבים עליו יקפצו מלכים פיהם כי אשר לא ספר להם ראו ואשר לא שמעו התבוננו 15
Lakin o, çox millətləri heyrətə salacaq, Onun qarşısında padşahlar ağzını yumacaq, Çünki onlar bilmədiklərini görəcək, Eşitmədiklərini anlayacaq.

< ישעה 52 >