< ישעה 38 >

בימים ההם חלה חזקיהו למות ויבוא אליו ישעיהו בן אמוץ הנביא ויאמר אליו כה אמר יהוה צו לביתך--כי מת אתה ולא תחיה 1
O günlərdə Xizqiya ölümcül xəstələndi. Peyğəmbər Amots oğlu Yeşaya onun yanına gəlib dedi: «Rəbb belə deyir: “Evin üçün vəsiyyət et, çünki xəstəlikdən sağalmayıb öləcəksən”».
ויסב חזקיהו פניו אל הקיר ויתפלל אל יהוה 2
Xizqiya üzünü divara çevirdi və Rəbbə dua edib dedi:
ויאמר אנה יהוה זכר נא את אשר התהלכתי לפניך באמת ובלב שלם והטוב בעיניך עשיתי ויבך חזקיהו בכי גדול 3
«Yalvarıram, ya Rəbb, yadına sal ki, necə Sənin önündə salehliklə və sidq ürəklə davranmışam, necə Sənin gözündə yaxşı olan işlər etmişəm». Xizqiya acı-acı ağladı.
ויהי דבר יהוה אל ישעיהו לאמר 4
Sonra Rəbbin sözü Yeşayaya nazil oldu:
הלוך ואמרת אל חזקיהו כה אמר יהוה אלהי דוד אביך שמעתי את תפלתך ראיתי את דמעתך הנני יוסף על ימיך חמש עשרה שנה 5
«Qayıt, Xizqiyaya söylə ki, baban Davudun Allahı Rəbb belə deyir: “Sənin duanı eşitdim, göz yaşlarını gördüm. Bax sənin ömrünü on beş il artırıram.
ומכף מלך אשור אצילך ואת העיר הזאת וגנותי על העיר הזאת 6
Səni və bu şəhəri Aşşur padşahının əlindən qurtaracağam. Bu şəhəri qoruyacağam.
וזה לך האות מאת יהוה אשר יעשה יהוה את הדבר הזה אשר דבר 7
Söylədiyi sözə əməl edəcəyinə Rəbbin verdiyi əlamət budur:
הנני משיב את צל המעלות אשר ירדה במעלות אחז בשמש אחרנית--עשר מעלות ותשב השמש עשר מעלות במעלות אשר ירדה 8
batan günəşin Axazın tikdiyi günəş saatının üstünə düşən kölgəsi on dərəcə geri çəkiləcək”». Beləliklə, günəş enmə dərəcəsindən on dərəcə geri çəkildi.
מכתב לחזקיהו מלך יהודה בחלתו ויחי מחליו 9
Yəhuda padşahı Xizqiya xəstələnib şəfa tapdığından sonra bunu yazdı:
אני אמרתי בדמי ימי אלכה--בשערי שאול פקדתי יתר שנותי (Sheol h7585) 10
«Mən öz-özümə dedim: Ömrüm yarıya çatan zaman Ölülər diyarının qapısından keçməliyəm, Həyatımın qalan illərindən məhrum olmuşam. (Sheol h7585)
אמרתי לא אראה יה יה בארץ החיים לא אביט אדם עוד עם יושבי חדל 11
Dedim, Rəbbi dirilər arasında, Bəli, Rəbbi bir daha görməyəcəyəm. Bu dünyada yaşayanlar kimi Artıq insan üzü görməyəcəyəm.
דורי נסע ונגלה מני--כאהל רעי קפדתי כארג חיי מדלה יבצעני מיום עד לילה תשלימני 12
Evim çoban çadırı kimi dağıldı, Əlimdən alındı. Həyatım dəzgahda toxunan saplar kimi dövr edirdi, Ya Rəbb, bu dəzgahdan məni kəsdin. Bir günün içində əcəlimi çatdırdın.
שויתי עד בקר כארי כן ישבר כל עצמותי מיום עד לילה תשלימני 13
Səhərə qədər ağrılardan çığırdım, Rəbb aslan tək bütün sümüklərimi qırır. Bir günün içində əcəlimi çatdırdın.
כסוס עגור כן אצפצף אהגה כיונה דלו עיני למרום אדני עשקה לי ערבני 14
Qaranquş kimi, durna kimi çığırdım, Mən göyərçin tək inləyirəm. Göyə baxmaqdan gözlərim yoruldu. Ya Xudavənd, imdadıma çat, zülmə düşmüşəm!
מה אדבר ואמר לי והוא עשה אדדה כל שנותי על מר נפשי 15
Nə deyim? Mənimlə danışan, bunu edən Rəbdir. Çəkdiyim əzablardan sonra qalan illərimi Sakit yaşayacağam.
אדני עליהם יחיו ולכל בהן חיי רוחי ותחלימני והחיני 16
Ya Xudavənd, adamları yaşadan Sənsən, Məni də Sən yaşadırsan. Məni yenə canlandıracaqsan, Yaşat məni!
הנה לשלום מר לי מר ואתה חשקת נפשי משחת בלי כי השלכת אחרי גוך כל חטאי 17
Çəkdiyim əzab-əziyyətim mənim xeyrimə oldu. Sən sevginlə canımı qəbirdən qurtardın, Bütün günahlarımı aradan götürdün.
כי לא שאול תודך מות יהללך לא ישברו יורדי בור אל אמתך (Sheol h7585) 18
Axı ölülər diyarı Sənə şükür etməz, Ölüm həmdlər söyləməz, Qəbirə düşənlər Sənin sədaqətinə ümid etməz. (Sheol h7585)
חי חי הוא יודך כמוני היום אב לבנים יודיע אל אמתך 19
Bu gün Sənə etdiyim kimi Dirilər, yalnız dirilər Sənə şükür edər. Atalar Sənin sədaqətini övladlarına tanıtdırır.
יהוה להושיעני ונגנותי ננגן כל ימי חיינו על בית יהוה 20
Rəbb mənə qurtuluş verdi, Ömrümüz boyu Rəbbin məbədində Səni simli alətlərlə, ilahilərlə mədh edərik».
ויאמר ישעיהו ישאו דבלת תאנים וימרחו על השחין ויחי 21
Əvvəl Yeşaya demişdi: «Əncir kündəsi götürün, çibanın üstünə qoyun ki, padşah sağalsın».
ויאמר חזקיהו מה אות כי אעלה בית יהוה 22
Xizqiya dedi: «Rəbbin məbədinə qalxmağım üçün əlamət nədir?»

< ישעה 38 >