< ישעה 26 >
ביום ההוא יושר השיר הזה בארץ יהודה עיר עז לנו ישועה ישית חומות וחל | 1 |
O gün Yəhuda diyarında belə ilahi oxunacaq: «Qüvvətli şəhərimiz var, Allahın qurtuluşu şəhər üçün divarlar, səngərlər kimidir.
פתחו שערים ויבא גוי צדיק שמר אמנים | 2 |
Açın şəhərin darvazalarını, Qoy sadiq qalan saleh millət içəri girsin.
יצר סמוך תצר שלום שלום כי בך בטוח | 3 |
Ağlı Sənə yönəlmiş adamlara Sən kamil sülh verirsən, Çünki onlar Sənə güvənir.
בטחו ביהוה עדי עד כי ביה יהוה צור עולמים | 4 |
Rəbbə həmişə güvənin, Çünki Rəbb Allah əbədi Qayadır.
כי השח ישבי מרום קריה נשגבה ישפילנה ישפילה עד ארץ יגיענה עד עפר | 5 |
O, yuxarıdan gedənləri alçaldar, Onların yaşadığı şəhəri dağıdar, Yerlə yeksan edər.
תרמסנה רגל רגלי עני פעמי דלים | 6 |
O şəhər məzlumların ayaqları, Yoxsulların addımları altında tapdalanacaq.
ארח לצדיק מישרים ישר מעגל צדיק תפלס | 7 |
Saleh adamın yolu düzdür. Ey Düz Olan, saleh adamın yolunu Sən düz edirsən.
אף ארח משפטיך יהוה קוינוך--לשמך ולזכרך תאות נפש | 8 |
Həqiqətən, ya Rəbb, Sənin hökmlərinin yolunda biz Sənə ümid bağlayırıq, Sənin adın, ismin ürəyimizin istəyidir.
נפשי אויתך בלילה אף רוחי בקרבי אשחרך כי כאשר משפטיך לארץ--צדק למדו ישבי תבל | 9 |
Qəlbim gecələr Sənin üçün həsrət çəkər, Bəli, ruhum daxilimdə Səni arayar. Hökmlərin yer üzündə həyata keçdikcə Dünyanın sakinləri doğruluğu öyrənir.
יחן רשע בל למד צדק בארץ נכחות יעול ובל יראה גאות יהוה | 10 |
Pis adama rəhm etsələr də, O, doğruluğu öyrənməz, Doğruluq hökm sürən ölkədə də haqsızlıq edər, Rəbbin əzəmətini görməz.
יהוה רמה ידך בל יחזיון יחזו ויבשו קנאת עם אף אש צריך תאכלם | 11 |
Ya Rəbb, əlini qaldırdın, Amma pis adamlar bunu görmür. Öz xalqın üçün göstərdiyin qeyrəti görüb utansınlar. Bəli, düşmənlərin üçün yağdırdığın od onları məhv edəcək.
יהוה תשפת שלום לנו כי גם כל מעשינו פעלת לנו | 12 |
Ya Rəbb, bizə sülh verən Sənsən, Bütün işlərimizi Sən bizim üçün tənzimləyirsən.
יהוה אלהינו בעלונו אדנים זולתך לבד בך נזכיר שמך | 13 |
Ey Allahımız Rəbb, Səndən savayı başqa ağalar üzərimizdə hökm sürürdü, Lakin biz yalnız Sənin adını tanıyırıq.
מתים בל יחיו--רפאים בל יקמו לכן פקדת ותשמידם ותאבד כל זכר למו | 14 |
O ağalar öldü, artıq yaşamır, Onlar kölgə kimidir, dirilməyəcək, Çünki Sən onları cəzalandırıb məhv etdin, Onlar haqqında hər bir xatirəni yox etdin.
יספת לגוי יהוה יספת לגוי נכבדת רחקת כל קצוי ארץ | 15 |
Lakin Sən bu milləti çoxaltdın, ya Rəbb! Bəli, milləti çoxaltdın, Özünü izzətləndirdin. Hər tərəfə ölkənin sərhədlərini genişləndirdin».
יהוה בצר פקדוך צקון לחש מוסרך למו | 16 |
Ya Rəbb, onlar bəlaya düşəndə Səni axtardı. Sənin cəzan üzərlərində olanda Sənə dua edib yalvardı.
כמו הרה תקריב ללדת תחיל תזעק בחבליה--כן היינו מפניך יהוה | 17 |
Hamilə qadın doğuş vaxtı gələndə Ağrı çəkib qovrularaq necə qışqırırsa, Biz də Sənin qarşında elə idik, ya Rəbb!
הרינו חלנו כמו ילדנו רוח ישועת בל נעשה ארץ ובל יפלו ישבי תבל | 18 |
Biz də sanki hamilə idik, ağrı çəkirdik, Lakin küləkdən başqa bir şey doğmadıq. Nə dünyaya qurtuluş gətirə bildik, Nə də dünya sakinlərini həyata qovuşdurduq.
יחיו מתיך נבלתי יקומון הקיצו ורננו שכני עפר כי טל אורת טלך וארץ רפאים תפיל | 19 |
Sənin ölənlərin həyata qovuşacaq, meyitimlə birgə diriləcəklər. Ey torpaq altında yatanlar, oyanın, Sevinc nəğməsini oxuyun, Çünki şeh torpağı necə təravətləndirirsə, Rəbb də torpaqdakı ölüləri belə dirçəldəcək.
לך עמי בא בחדריך וסגר דלתיך (דלתך) בעדך חבי כמעט רגע עד יעבור (יעבר) זעם | 20 |
Ey xalqım, keç içəri otaqlara, Qapıları ört, Rəbbin qeyzi keçənəcən Qısa bir müddətə gizlən!
כי הנה יהוה יצא ממקומו לפקד עון ישב הארץ עליו וגלתה הארץ את דמיה ולא תכסה עוד על הרוגיה | 21 |
Çünki budur, Rəbb yer üzünün sakinlərini Qəbahətləri üzündən cəzalandırmaq üçün Öz məskənindən gəlir. Torpaq udduğu qanı üzə çıxaracaq, Öldürülənləri artıq gizlətməyəcək.