< ישעה 14 >

כי ירחם יהוה את יעקב ובחר עוד בישראל והניחם על אדמתם ונלוה הגר עליהם ונספחו על בית יעקב 1
Rəbb Yaqub nəslinə rəhm edəcək, İsrail xalqını yenə seçib torpaqlarına sakin edəcək, Yadellilər də Yaqub nəslinə qoşulacaq, onlarla birləşəcək.
ולקחום עמים והביאום אל מקומם והתנחלום בית ישראל על אדמת יהוה לעבדים ולשפחות והיו שבים לשביהם ורדו בנגשיהם 2
Xalqlar İsrail xalqını götürüb torpaqlarına aparacaq. Onda İsrail xalqı Rəbbin torpağında Onları özlərinə qul və kəniz edəcək; Onları əsir aparanları özləri əsir edəcək, Onlara zülm edənlərin üzərində hökm sürəcək.
והיה ביום הניח יהוה לך מעצבך ומרגזך--ומן העבדה הקשה אשר עבד בך 3
Rəbb səni ağrıdan, sıxıntıdan, Gördüyün ağır işdən qurtaranda
ונשאת המשל הזה על מלך בבל--ואמרת איך שבת נגש שבתה מדהבה 4
Babil padşahına lağ edib belə deyəcəksən: «Zülmkarın sonu gör necə oldu! Zorakılığın axırı gör necə oldu!
שבר יהוה מטה רשעים--שבט משלים 5
Rəbb pis adamların dəyənəyini, Hökmdarların əsasını qırdı.
מכה עמים בעברה מכת בלתי סרה רדה באף גוים מרדף בלי חשך 6
O əsa ki dayanmadan xalqları qəzəblə vurardı, Millətləri qeyzlə, amansızca əzərdi.
נחה שקטה כל הארץ פצחו רנה 7
İndi isə bütün dünya Sakitlik və rahatlıq içində sevincdən coşur.
גם ברושים שמחו לך ארזי לבנון מאז שכבת לא יעלה הכרת עלינו 8
Livanın şam və sidr ağacları Sənin fəlakətinə sevinərək deyir: “Sənin ölümündən bəri heç kim bizi kəsməyə gəlmir”.
שאול מתחת רגזה לך--לקראת בואך עורר לך רפאים כל עתודי ארץ--הקים מכסאותם כל מלכי גוים (Sheol h7585) 9
Yerin altındakı ölülər diyarı sənə “xoş gəldin” deyib, Səni qarşılamağa can atır, ey Babil padşahı! Yer üzünün ölən bütün başçıları Sənin gəlişindən həyəcanlanır, Millətlərin bütün keçmiş padşahları Taxtlarından ayağa qalxır. (Sheol h7585)
כלם יענו ויאמרו אליך גם אתה חלית כמונו אלינו נמשלת 10
Hamı səni çağırıb belə deyəcək: “Sən də bizim kimi zəif oldun, bizə bənzədin!”
הורד שאול גאונך המית נבליך תחתיך יצע רמה ומכסיך תולעה (Sheol h7585) 11
Cah-calalın, çənglərinin səsi Ölülər diyarına endirildi. Altını qurd, üstünü həşərat bürüdü. (Sheol h7585)
איך נפלת משמים הילל בן שחר נגדעת לארץ חולש על גוים 12
Ey parlaq ulduz, dan oğlu, Necə də göylərdən yerə düşdün! Ey millətləri tapdalayıb keçən, Necə də yerə yıxıldın!
ואתה אמרת בלבבך השמים אעלה--ממעל לכוכבי אל ארים כסאי ואשב בהר מועד בירכתי צפון 13
Sən ürəyində dedin: “Göylərə qalxacağam, Taxtımı Allahın ulduzları üzərində ucaldacağam, Şimaldakı yüksək yerdə, toplantı dağında oturacağam,
אעלה על במתי עב אדמה לעליון 14
Uca buludların üzərinə çıxacağam, Haqq-Taala kimi olacağam”.
אך אל שאול תורד אל ירכתי בור (Sheol h7585) 15
Ancaq ölülər diyarına, Ölüm çuxurunun dərinliyinə endiriləcəksən. (Sheol h7585)
ראיך אליך ישגיחו אליך יתבוננו הזה האיש מרגיז הארץ מרעיש ממלכות 16
Səni görənlər gözlərini zilləyib Sənin haqqında düşünüb belə deyəcək: “Dünyanı sarsıdan, padşahlıqları lərzəyə salan,
שם תבל כמדבר ועריו הרס אסיריו לא פתח ביתה 17
Yer üzünü səhraya çevirən, Şəhərlərini yerlə yeksan edən, Dustaqları evlərinə buraxmayan adam bu deyilmi?”
כל מלכי גוים כלם--שכבו בכבוד איש בביתו 18
Bütün millətlərin padşahları, Hər biri öz əzəmətli sərdabəsində uyuyur.
ואתה השלכת מקברך כנצר נתעב--לבש הרגים מטעני חרב יורדי אל אבני בור כפגר מובס 19
Lakin sən iyrənc budaq kimi Qəbrindən kənara, uzağa atıldın, Bir çuxurun dibinə tullanan, Bədənləri qılıncla deşilən meyitlərlə örtülmüsən, Ayaq altında qalan leş kimisən.
לא תחד אתם בקבורה כי ארצך שחת עמך הרגת לא יקרא לעולם זרע מרעים 20
Ölkəni dağıdıb xalqını öldürdüyünə görə Başqaları kimi dəfn olmayacaqsan. Pislik edənlərin nəsli bir daha xatırlanmayacaq.
הכינו לבניו מטבח בעון אבותם בל יקמו וירשו ארץ ומלאו פני תבל ערים 21
Atalarının günahına görə Övladları üçün qırğın hazırlayın ki, Onlar qalxıb dünyanı zəbt etməsinlər, Dünyanın üzərini şəhərləri ilə bürüməsinlər».
וקמתי עליהם נאם יהוה צבאות והכרתי לבבל שם ושאר ונין ונכד--נאם יהוה 22
«Babil xalqına qarşı qalxacağam» Bunu Ordular Rəbbi bəyan edir. «Babilin adını, sağ qalanlarını, oğullarını, Nəsillərini yox edəcəyəm» Rəbb bəyan edir.
ושמתיה למורש קפד ואגמי מים וטאטאתיה במטאטא השמד נאם יהוה צבאות 23
«Babili bayquş yuvasına, bataqlığa çevirəcəyəm, Qırğın süpürgəsi ilə süpürəcəyəm» Ordular Rəbbi bəyan edir.
נשבע יהוה צבאות לאמר אם לא כאשר דמיתי כן היתה וכאשר יעצתי היא תקום 24
Ordular Rəbbi and içib belə deyir: «Mütləq düşündüyüm kimi olacaq, Niyyət etdiyim kimi gerçəkləşəcək.
לשבר אשור בארצי ועל הרי אבוסנו וסר מעליהם עלו וסבלו מעל שכמו יסור 25
Ölkəmdə Aşşurluları məhv edəcəyəm, Dağlarımda onları tapdalayacağam. Xalqım Aşşurun boyunduruğundan, Çiyinlərindəki yükündən qurtulacaq.
זאת העצה היעוצה על כל הארץ וזאת היד הנטויה על כל הגוים 26
Bütün dünya üçün hazırladığım hökm budur, Bütün millətlərə qarşı uzanan əl budur.
כי יהוה צבאות יעץ ומי יפר וידו הנטויה ומי ישיבנה 27
Ordular Rəbbinin hökmünü kim poza bilər? Uzanan əlini kim geri qaytara bilər?»
בשנת מות המלך אחז היה המשא הזה 28
Padşah Axazın öldüyü ildə görüntü ilə nazil olan xəbərdarlıq:
אל תשמחי פלשת כלך כי נשבר שבט מכך כי משרש נחש יצא צפע ופריו שרף מעופף 29
«Ey bütün Filiştlilər, sevinməyin ki, sizi döyən dəyənək qırıldı, Çünki ilanın kökündən gürzə törəyəcək, Onun törəməsi də uçan ilan olacaq.
ורעו בכורי דלים ואביונים לבטח ירבצו והמתי ברעב שרשך ושאריתך יהרג 30
Kasıbların ən kasıbı doyacaq, Fəqirlər rahat dincələcək. Amma sizin kökünüzü qıtlıqla kəsəcəyəm, Sağ qalanlarınız da öldürüləcək.
הילילי שער זעקי עיר נמוג פלשת כלך כי מצפון עשן בא ואין בודד במועדיו 31
Ey darvaza, fəryad et! Ey şəhər, ağla! Ey bütün Filiştlilər, başdan-başa əriyin! Çünki şimaldan tüstü gəlir, Düşmən əsgərləri nizamı pozmadan gəlir».
ומה יענה מלאכי גוי כי יהוה יסד ציון ובה יחסו עניי עמו 32
O millətin elçilərinə nə cavab veriləcək? «Rəbb Sionun təməlini qoyub, Onun xalqının fəqirləri orada Sığınacaq tapacaq» deyiləcək.

< ישעה 14 >