< בראשית 37 >

וישב יעקב בארץ מגורי אביו--בארץ כנען 1
Yaqub atasının qərib olduğu Kənan torpağında yaşadı.
אלה תלדות יעקב יוסף בן שבע עשרה שנה היה רעה את אחיו בצאן והוא נער את בני בלהה ואת בני זלפה נשי אביו ויבא יוסף את דבתם רעה אל אביהם 2
Yaqubun tarixçəsi belədir. Yusif on yeddi yaşında bir gənc idi. O öz qardaşları – atasının arvadları Bilhanın və Zilpanın oğulları ilə birlikdə sürü otarırdı. Yusif onların pis işləri barədə xəbərləri atasına çatdırırdı.
וישראל אהב את יוסף מכל בניו--כי בן זקנים הוא לו ועשה לו כתנת פסים 3
İsrail Yusifi bütün oğullarından çox sevirdi, çünki Yusif onun qocalıq çağının oğlu idi. O, Yusifə əlvan paltar tikdirdi.
ויראו אחיו כי אתו אהב אביהם מכל אחיו--וישנאו אתו ולא יכלו דברו לשלם 4
Qardaşları gördülər ki, ataları onlardan çox Yusifi sevir. Buna görə də ona nifrət etdilər və onunla yaxşı rəftar etmədilər.
ויחלם יוסף חלום ויגד לאחיו ויוספו עוד שנא אתו 5
Bir dəfə Yusif yuxu gördü və onu qardaşlarına danışdı. Bundan sonra ona daha çox nifrət etməyə başladılar.
ויאמר אליהם שמעו נא החלום הזה אשר חלמתי 6
Yusif onlara dedi: «Gördüyüm bu yuxuya qulaq asın:
והנה אנחנו מאלמים אלמים בתוך השדה והנה קמה אלמתי וגם נצבה והנה תסבינה אלמתיכם ותשתחוין לאלמתי 7
biz zəminin ortasında dərz bağlayırdıq; mənim dərzim qalxıb dik durdu, sizin dərzləriniz isə mənim dərzimi əhatəyə alıb ona təzim etdilər».
ויאמרו לו אחיו המלך תמלך עלינו אם משול תמשל בנו ויוספו עוד שנא אתו על חלמתיו ועל דבריו 8
Qardaşları ona dedilər: «Doğrudanmı, sən bizə padşah olacaqsan, hökmranlıq edəcəksən?» Onlar yuxularına və sözlərinə görə Yusifə daha çox nifrət etdilər.
ויחלם עוד חלום אחר ויספר אתו לאחיו ויאמר הנה חלמתי חלום עוד והנה השמש והירח ואחד עשר כוכבים משתחוים לי 9
Yusif başqa bir yuxu gördü və onu qardaşlarına danışıb dedi: «Yenə bir yuxu gördüm; gördüm ki, günəş, ay və on bir ulduz mənə təzim edir».
ויספר אל אביו ואל אחיו ויגער בו אביו ויאמר לו מה החלום הזה אשר חלמת הבוא נבוא אני ואמך ואחיך להשתחות לך ארצה 10
O, yuxusunu atasına və qardaşlarına danışanda atası onu danlayıb dedi: «Bu gördüyün yuxu nə deməkdir? Doğrudanmı, mən, anan və qardaşların yerə əyilib sənə təzim etmək üçün gələcəyik?»
ויקנאו בו אחיו ואביו שמר את הדבר 11
Qardaşları ona paxıllıq etdilər, atası isə bu sözü yadda saxladı.
וילכו אחיו לרעות את צאן אביהם בשכם 12
Bir gün Yusifin qardaşları atalarının sürüsünü otarmaq üçün Şekemə getdilər.
ויאמר ישראל אל יוסף הלוא אחיך רעים בשכם--לכה ואשלחך אליהם ויאמר לו הנני 13
İsrail Yusifə dedi: «Qardaşların Şekemdə sürü otarırlar. Gəl səni də onların yanına göndərim». O, atasına dedi: «Getməyə hazıram».
ויאמר לו לך נא ראה את שלום אחיך ואת שלום הצאן והשבני דבר וישלחהו מעמק חברון ויבא שכמה 14
İsrail yenə ona dedi: «Get bax, qardaşların yaxşıdırmı, sürü salamatdırmı? Sonra mənə xəbər gətir». Beləcə onu Xevron vadisindən yola saldı. Yusif gəlib Şekemə çatdı.
וימצאהו איש והנה תעה בשדה וישאלהו האיש לאמר מה תבקש 15
Çöldə dolaşarkən bir nəfər ona rast gəldi. Bu adam «Nə axtarırsan?» deyə ondan soruşdu.
ויאמר את אחי אנכי מבקש הגידה נא לי איפה הם רעים 16
O dedi: «Mən qardaşlarımı axtarıram. Mənə de görüm, onlar sürünü harada otarırlar?»
ויאמר האיש נסעו מזה--כי שמעתי אמרים נלכה דתינה וילך יוסף אחר אחיו וימצאם בדתן 17
Bu adam dedi: «Buradan getdilər, çünki mən onların “Dotana gedək” sözlərini eşitdim». Yusif qardaşlarının dalınca düşdü və onları Dotanda tapdı.
ויראו אתו מרחק ובטרם יקרב אליהם ויתנכלו אתו להמיתו 18
Qardaşları onu uzaqdan gördülər. Yusif onların yanına çatmamış onu öldürmək qərarına gəldilər.
ויאמרו איש אל אחיו הנה בעל החלמות הלזה--בא 19
Qardaşlar bir-birlərinə dedilər: «Baxın, bu yuxular görən gəlir.
ועתה לכו ונהרגהו ונשלכהו באחד הברות ואמרנו חיה רעה אכלתהו ונראה מה יהיו חלמתיו 20
İndi gəlin onu öldürüb bir quyuya ataq, sonra da deyək ki, vəhşi heyvan onu parçaladı. Onda görərik, yuxuları necə çin çıxır».
וישמע ראובן ויצלהו מידם ויאמר לא נכנו נפש 21
Ruven bunu eşidib Yusifi onların əlindən qurtarmaq üçün dedi: «Gəlin ona toxunmayaq».
ויאמר אלהם ראובן אל תשפכו דם--השליכו אתו אל הבור הזה אשר במדבר ויד אל תשלחו בו למען הציל אתו מידם להשיבו אל אביו 22
Ruven onlara «qan tökməyin, onu çöldə olan bu quyuya atın, ancaq ona toxunmayın» dedi. Bunu ona görə deyirdi ki, Yusifi qardaşlarının əlindən qurtarıb atasının yanına qaytarsın.
ויהי כאשר בא יוסף אל אחיו ויפשיטו את יוסף את כתנתו את כתנת הפסים אשר עליו 23
Yusif qardaşlarının yanına çatanda onlar Yusifin əyninə geydiyi alabəzək paltarı dartıb çıxartdılar.
ויקחהו--וישלכו אתו הברה והבור רק אין בו מים 24
Özünü də götürüb quyuya atdılar. Quyu boş idi, orada su yox idi.
וישבו לאכל לחם וישאו עיניהם ויראו והנה ארחת ישמעאלים באה מגלעד וגמליהם נשאים נכאת וצרי ולט--הולכים להוריד מצרימה 25
Qardaşlar çörək yemək üçün oturdular. Onlar başlarını qaldıranda gördülər ki, Gileaddan İsmaillilərin bir karvanı gəlir. Onların dəvələri ədviyyat, balzam və ətriyyatla yüklənmişdi və bunları Misirə aparırdılar.
ויאמר יהודה אל אחיו מה בצע כי נהרג את אחינו וכסינו את דמו 26
Yəhuda qardaşlarına dedi: «Əgər qardaşımızı öldürüb qətli ört-basdır etsək, bunun nə xeyri olar?
לכו ונמכרנו לישמעאלים וידנו אל תהי בו כי אחינו בשרנו הוא וישמעו אחיו 27
Gəlin onu İsmaillilərə sataq və ona toxunmayaq, çünki qardaşımızdır, biz eyni qandanıq». Qardaşları onun sözü ilə razılaşdılar.
ויעברו אנשים מדינים סחרים וימשכו ויעלו את יוסף מן הבור וימכרו את יוסף לישמעאלים בעשרים כסף ויביאו את יוסף מצרימה 28
Oradan Midyan tacirləri keçəndə Yusifi quyudan çıxarıb İsmaillilərə iyirmi gümüşə satdılar. Onlar da Yusifi Misirə apardılar.
וישב ראובן אל הבור והנה אין יוסף בבור ויקרע את בגדיו 29
Ruven quyuya tərəf qayıdıb gördü ki, Yusif orada yoxdur. O, paltarını cırdı.
וישב אל אחיו ויאמר הילד איננו ואני אנה אני בא 30
Sonra qardaşlarının yanına qayıdıb dedi: «Uşaq yoxdur, bəs mən nə edim?»
ויקחו את כתנת יוסף וישחטו שעיר עזים ויטבלו את הכתנת בדם 31
Onlar Yusifin paltarını götürdülər və bir keçi kəsib paltarı qana batırdılar.
וישלחו את כתנת הפסים ויביאו אל אביהם ויאמרו זאת מצאנו הכר נא הכתנת בנך הוא--אם לא 32
Sonra qardaşlar bu əlvan paltarı götürüb atalarına gətirdilər və dedilər: «Biz bunu tapdıq: gör, oğlunun paltarıdır ya yox?»
ויכירה ויאמר כתנת בני חיה רעה אכלתהו טרף טרף יוסף 33
O, paltarı tanıyıb dedi: «Bu, oğlumun paltarıdır; yəqin onu vəhşi bir heyvan yeyib. Həqiqətən, Yusif parçalanıb».
ויקרע יעקב שמלתיו וישם שק במתניו ויתאבל על בנו ימים רבים 34
Yaqub öz paltarını cırdı və belinə çul bağladı; o uzun müddət oğlu üçün yas tutdu.
ויקמו כל בניו וכל בנתיו לנחמו וימאן להתנחם ויאמר כי ארד אל בני אבל שאלה ויבך אתו אביו (Sheol h7585) 35
Bütün oğulları və qızları ona təsəlli vermək üçün yığışdı, ancaq o təsəlli tapmaq istəməyib dedi: «Kədərlə oğlumun yanına – ölülər diyarına enəcəyəm». Beləcə atası onun üçün ağladı. (Sheol h7585)
והמדנים--מכרו אתו אל מצרים לפוטיפר סריס פרעה שר הטבחים 36
Midyanlılar isə Yusifi Misirdə fironun bir əyanı olan mühafizəçilər rəisi Potifara satdılar.

< בראשית 37 >