< בראשית 26 >

ויהי רעב בארץ מלבד הרעב הראשון אשר היה בימי אברהם וילך יצחק אל אבימלך מלך פלשתים גררה 1
İbrahimin yaşadığı dövrdə olan aclıqdan başqa, ölkədə daha bir aclıq oldu. İshaq Gerara, Filiştlilərin padşahı Avimelekin yanına getdi.
וירא אליו יהוה ויאמר אל תרד מצרימה שכן בארץ אשר אמר אליך 2
Rəbb ona görünüb dedi: «Misirə getmə, sənə söylədiyim ölkədə məskən sal,
גור בארץ הזאת ואהיה עמך ואברכך כי לך ולזרעך אתן את כל הארצת האל והקמתי את השבעה אשר נשבעתי לאברהם אביך 3
bu torpaqda qal. Mən səninlə olacağam və sənə xeyir-dua verib bütün bu ölkələri sənə və nəslinə verəcəyəm; atan İbrahimə içdiyim andı yerinə yetirəcəyəm.
והרביתי את זרעך ככוכבי השמים ונתתי לזרעך את כל הארצת האל והתברכו בזרעך כל גויי הארץ 4
Nəslini göydəki ulduzlar qədər çoxaldacağam və bütün bu ölkələri nəslinə verəcəyəm. Yer üzünün bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq.
עקב אשר שמע אברהם בקלי וישמר משמרתי מצותי חקותי ותורתי 5
Çünki İbrahim sözümə qulaq asıb Mənim buyruğuma, əmrlərimə, qaydalarıma və qanunlarıma əməl etdi».
וישב יצחק בגרר 6
İshaq da Gerarda yaşadı.
וישאלו אנשי המקום לאשתו ויאמר אחתי הוא כי ירא לאמר אשתי פן יהרגני אנשי המקום על רבקה כי טובת מראה הוא 7
O ölkənin sakinləri İshaqın arvadı barədə soruşanda «bu mənim bacımdır» dedi, çünki «mənim arvadımdır» deməyə qorxdu. Öz-özünə dedi: «Yoxsa Rivqadan ötrü bu yerin adamları məni öldürərlər». Rivqa görünüşcə çox gözəl idi.
ויהי כי ארכו לו שם הימים וישקף אבימלך מלך פלשתים בעד החלון וירא והנה יצחק מצחק את רבקה אשתו 8
İshaq orada uzun müddət qaldı. Bir gün Filiştlilərin padşahı Avimelek pəncərədən baxıb gördü ki, İshaq arvadı Rivqanı əzizləyir.
ויקרא אבימלך ליצחק ויאמר אך הנה אשתך הוא ואיך אמרת אחתי הוא ויאמר אליו יצחק כי אמרתי פן אמות עליה 9
Avimelek İshaqı çağırıb dedi: «O ki sənin arvadındır. Bəs niyə onun barəsində “bu mənim bacımdır” dedin?» İshaq ona dedi: «Çünki istəmədim ki, ondan ötrü ölüm».
ויאמר אבימלך מה זאת עשית לנו כמעט שכב אחד העם את אשתך והבאת עלינו אשם 10
Avimelek dedi: «Bu nə işdir başımıza gətirdin? Az qalmışdı ki, xalqdan biri sənin arvadınla yatsın. Beləcə bizi günaha batıracaqdın».
ויצו אבימלך את כל העם לאמר הנגע באיש הזה ובאשתו--מות יומת 11
Sonra Avimelek «bu adama və onun arvadına toxunan mütləq öldürüləcək» deyə bütün xalqa elan etdi.
ויזרע יצחק בארץ ההוא וימצא בשנה ההוא מאה שערים ויברכהו יהוה 12
İshaq o torpaqda toxum əkdi və o il yüz qat məhsul aldı. Beləcə Rəbb ona xeyir-dua verdi.
ויגדל האיש וילך הלוך וגדל עד כי גדל מאד 13
Bu şəxs böyük adam oldu. Çox böyük adam olana qədər get-gedə yüksəldi.
ויהי לו מקנה צאן ומקנה בקר ועבדה רבה ויקנאו אתו פלשתים 14
Onun çoxlu qoyun-keçisi, mal-qarası və xidmətçiləri olduğuna görə Filiştlilər ona paxıllıq etməyə başladı.
וכל הבארת אשר חפרו עבדי אביו בימי אברהם אביו--סתמום פלשתים וימלאום עפר 15
Atası İbrahimin dövründə atasının qullarının qazdığı bütün quyuları Filiştlilər qapayıb torpaqla doldurmuşdular.
ויאמר אבימלך אל יצחק לך מעמנו כי עצמת ממנו מאד 16
Avimelek İshaqa dedi: «Yanımızdan get, çünki bizdən çox güclü oldun».
וילך משם יצחק ויחן בנחל גרר וישב שם 17
İshaq oradan getdi, Gerar vadisində məskən saldı və orada qaldı.
וישב יצחק ויחפר את בארת המים אשר חפרו בימי אברהם אביו ויסתמום פלשתים אחרי מות אברהם ויקרא להן שמות כשמת אשר קרא להן אביו 18
İshaq atası İbrahimin dövründə qazılmış su quyularını yenə qazdı, çünki Filiştlilər İbrahimin ölümündən sonra onları qapamışdılar. O, atasının qoyduğu adları yenə onlara verdi.
ויחפרו עבדי יצחק בנחל וימצאו שם--באר מים חיים 19
İshaqın qulları vadidə torpağı qazdılar və bir içməli su quyusu tapdılar.
ויריבו רעי גרר עם רעי יצחק לאמר--לנו המים ויקרא שם הבאר עשק כי התעשקו עמו 20
Gerar çobanları «su bizimdir» deyib İshaqın çobanları ilə mübahisə etdilər. O, quyunun adını Eseq qoydu, çünki onun üstündə mübahisə etmişdilər.
ויחפרו באר אחרת ויריבו גם עליה ויקרא שמה שטנה 21
Onlar başqa bir quyu qazdılar. Onun üçün də mübahisə etdilər. İshaq bu quyunun adını Sitna qoydu.
ויעתק משם ויחפר באר אחרת ולא רבו עליה ויקרא שמה רחבות ויאמר כי עתה הרחיב יהוה לנו ופרינו בארץ 22
İshaq oradan köçüb başqa bir quyu qazdı. Ancaq onun üçün mübahisə etmədilər, buna görə də İshaq onun adını Rexovot qoyub dedi: «İndi Rəbb bizə genişlik verdi və biz bu torpaqda çoxalacağıq».
ויעל משם באר שבע 23
İshaq oradan Beer-Şevaya getdi.
וירא אליו יהוה בלילה ההוא ויאמר אנכי אלהי אברהם אביך אל תירא כי אתך אנכי וברכתיך והרביתי את זרעך בעבור אברהם עבדי 24
O gecə Rəbb ona görünüb dedi: «Mən atan İbrahimin Allahıyam. Qorxma, çünki Mən səninləyəm. Qulum İbrahimə görə sənə xeyir-dua verəcəyəm və nəslini çoxaldacağam».
ויבן שם מזבח ויקרא בשם יהוה ויט שם אהלו ויכרו שם עבדי יצחק באר 25
İshaq orada bir qurbangah düzəltdi və Rəbbin adını çağırdı. O özünə çadır qurdu. İshaqın qulları orada bir quyu qazdılar.
ואבימלך הלך אליו מגרר ואחזת מרעהו ופיכל שר צבאו 26
O zaman Avimelek məsləhətçisi Axuzzat, ordu başçısı Pikol ilə birgə Gerardan İshaqın yaşadığı torpağa gəldi.
ויאמר אלהם יצחק מדוע באתם אלי ואתם שנאתם אתי ותשלחוני מאתכם 27
İshaq onlara dedi: «Nə üçün yanıma gəlmisiniz? Sizin ki məndən acığınız gəlirdi və məni yanınızdan qovdunuz».
ויאמרו ראו ראינו כי היה יהוה עמך ונאמר תהי נא אלה בינותינו בינינו ובינך ונכרתה ברית עמך 28
Onlar dedilər: «Biz aydın gördük ki, Rəbb, doğrudan da, səninlədir. İndi istəyirik ki, səninlə bizim aramızda and olsun. Gəl səninlə əhd bağlayaq ki,
אם תעשה עמנו רעה כאשר לא נגענוך וכאשר עשינו עמך רק טוב ונשלחך בשלום אתה עתה ברוך יהוה 29
biz sənə toxunmadığımız və yalnız yaxşılıq edib sağ-salamat yola saldığımız kimi sən də bizə heç bir pislik etməyəcəksən. İndi sən Rəbbin xeyir-dua verdiyi adamsan».
ויעש להם משתה ויאכלו וישתו 30
İshaq onlara ziyafət verdi və onlar yeyib-içdilər.
וישכימו בבקר וישבעו איש לאחיו וישלחם יצחק וילכו מאתו בשלום 31
Səhər tezdən qalxıb bir-birlərinə and içdilər. İshaq onları yola saldı və onlar sağ-salamat onun yanından getdilər.
ויהי ביום ההוא ויבאו עבדי יצחק ויגדו לו על אדות הבאר אשר חפרו ויאמרו לו מצאנו מים 32
O gün İshaqın qulları gəldilər və qazdıqları quyu barədə ona bildirərək «su tapdıq» dedilər.
ויקרא אתה שבעה על כן שם העיר באר שבע עד היום הזה 33
İshaq bu quyunun adını Şiva qoydu, buna görə də şəhərin adı bu günə qədər Beer-Şevadır.
ויהי עשו בן ארבעים שנה ויקח אשה את יהודית בת בארי החתי--ואת בשמת בת אילן החתי 34
Esav qırx yaşında olanda Xetli Beerinin qızı Yehuditi və Xetli Elonun qızı Basmatı arvad aldı.
ותהיין מרת רוח ליצחק ולרבקה 35
Onlar İshaqın və Rivqanın ürəklərinə dərd oldu.

< בראשית 26 >