< יחזקאל 46 >
כה אמר אדני יהוה שער החצר הפנימית הפנה קדים יהיה סגור ששת ימי המעשה וביום השבת יפתח וביום החדש יפתח | 1 |
Xudavənd Rəbb belə deyir: “İçəri həyətin şərqə baxan darvazası altı iş günü bağlı qalmalı, Şənbə günləri və Təzə Ay mərasimi günləri isə açıq olmalıdır.
ובא הנשיא דרך אולם השער מחוץ ועמד על מזוזת השער ועשו הכהנים את עולתו ואת שלמיו והשתחוה על מפתן השער ויצא והשער לא יסגר עד הערב | 2 |
Rəhbər bayırdan, darvaza eyvanı yolundan içəri girib darvazanın yan taxtalarının yanında dursun. Kahinlər onun yandırma qurbanını və ünsiyyət qurbanlarını təqdim etsin. Rəhbər darvaza kandarında ibadət etsin, sonra bayıra çıxsın, ancaq darvaza axşama qədər açıq qalsın.
והשתחוו עם הארץ פתח השער ההוא בשבתות ובחדשים--לפני יהוה | 3 |
Şənbə günləri və Təzə Ay mərasimi günləri ölkə xalqı bu darvazanın girişində Rəbbin önündə ibadət etsin.
והעלה אשר יקרב הנשיא ליהוה ביום השבת ששה כבשים תמימם--ואיל תמים | 4 |
Rəhbər Şənbə günü Rəbbə yandırma qurbanı olaraq verdiyi qüsursuz altı quzu, bir qoç təqdim etsin.
ומנחה איפה לאיל ולכבשים מנחה מתת ידו ושמן הין לאיפה | 5 |
Qoç üçün veriləcək taxıl təqdimi bir efa olsun, quzular üçün isə istədiyi qədər taxıl təqdimi verə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.
וביום החדש פר בן בקר תמימם וששת כבשים ואיל תמימם יהיו | 6 |
Təzə Ay mərasimi günü qüsursuz bir buğa, altı quzu və bir qoç qurban gətirsin.
ואיפה לפר ואיפה לאיל יעשה מנחה ולכבשים כאשר תשיג ידו ושמן הין לאיפה | 7 |
Buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl təmin etsin. Quzular üçün istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı təmin etsin.
ובבוא הנשיא--דרך אולם השער יבוא ובדרכו יצא | 8 |
Rəhbər içəri girəcəyi zaman darvaza eyvanından girsin, həmin yolla da bayıra çıxsın.
ובבוא עם הארץ לפני יהוה במועדים הבא דרך שער צפון להשתחות יצא דרך שער נגב והבא דרך שער נגב יצא דרך שער צפונה לא ישוב דרך השער אשר בא בו--כי נכחו יצאו (יצא) | 9 |
Ölkə xalqı bayramlarda Rəbbin önünə gəldiyi zaman ibadət etmək üçün şimal darvazasından girən adam cənub darvazasından çıxsın, cənub darvazasından girən adam şimal darvazasından çıxsın. Heç kəs girdiyi darvazadan çıxmasın, hər kəs girdiyi darvazanın qarşısındakı darvazadan çıxsın.
והנשיא--בתוכם בבואם יבוא ובצאתם יצאו | 10 |
Rəhbər xalqın arasında olsun, xalqla birgə girsin, xalqla birgə çıxsın.
ובחגים ובמועדים תהיה המנחה איפה לפר ואיפה לאיל ולכבשים מתת ידו ושמן הין לאיפה | 11 |
Bayramlarda və müqəddəs günlərdə buğa və qoç üçün taxıl təqdimi olaraq hərəsinə bir efa taxıl versin. Quzular üçün isə istədiyi qədər taxıl təmin edə bilər. Hər efa taxıl üçün bir hin zeytun yağı versin.
וכי יעשה הנשיא נדבה עולה או שלמים נדבה ליהוה ופתח לו את השער הפנה קדים ועשה את עלתו ואת שלמיו כאשר יעשה ביום השבת ויצא וסגר את השער אחרי צאתו | 12 |
Rəhbər Rəbbə könüllü olaraq verdiyi yandırma qurbanı yaxud ünsiyyət qurbanları təqdim edəcəyi zaman şərqə baxan darvaza onun üzünə açılsın. Yandırma qurbanı yaxud ünsiyyət qurbanlarını Şənbə günü qurban gətirdiyi kimi təmin etsin, sonra bayıra çıxsın. O çıxdıqdan sonra darvaza bağlansın.
וכבש בן שנתו תמים תעשה עולה ליום--ליהוה בבקר בבקר תעשה אתו | 13 |
Hər gün səhərlər yandırma qurbanı olaraq Rəbbə bir yaşında qüsursuz bir quzu təmin et.
ומנחה תעשה עליו בבקר בבקר ששית האיפה ושמן שלישית ההין לרס את הסלת מנחה ליהוה--חקות עולם תמיד | 14 |
Bununla yanaşı, hər səhər taxıl təqdimi olaraq efanın altıda biri qədər taxıl və narın unu islatmaq üçün bir hinin üçdə biri qədər zeytun yağı təmin et. Bu taxıl təqdiminin Rəbbə verilməsi daimi bir qayda olsun.
ועשו (יעשו) את הכבש ואת המנחה ואת השמן בבקר בבקר עולת תמיד | 15 |
Beləcə hər səhər daimi yandırma qurbanı olaraq quzu, taxıl təqdimi və zeytun yağı təmin edilsin”.
כה אמר אדני יהוה כי יתן הנשיא מתנה לאיש מבניו--נחלתו היא לבניו תהיה אחזתם היא בנחלה | 16 |
Xudavənd Rəbb belə deyir: “Əgər rəhbər oğullarından birinə öz mülkündən pay verərsə, öz irsi kimi nəslinə də keçsin, irs olaraq bu pay onların mülkü olsun.
וכי יתן מתנה מנחלתו לאחד מעבדיו--והיתה לו עד שנת הדרור ושבת לנשיא אך נחלתו--בניו להם תהיה | 17 |
Lakin rəhbər öz mülkündən qulluqçularından birinə pay verərsə, bu pay azadlıq ilinə qədər qulluqçununku olsun, sonra isə rəhbərə qaytarılsın. Rəhbərin irsi ancaq oğullarına keçə bilər və onların olsun.
ולא יקח הנשיא מנחלת העם להונתם מאחזתם--מאחזתו ינחל את בניו למען אשר לא יפצו עמי איש מאחזתו | 18 |
Lakin rəhbər xalqı mülkündən qovaraq irsindən məhrum etməməlidir. O, oğullarına yalnız öz mülkündən irs verə bilər, ona görə ki xalqımdan olan heç kəs mülkünü tərk edib kənara getməsin”».
ויביאני במבוא אשר על כתף השער אל הלשכות הקדש אל הכהנים הפנות צפונה והנה שם מקום בירכתם (בירכתים) ימה | 19 |
Sonra o adam məni darvazanın yanındakı girişdən şimala baxan, kahinlərə məxsus müqəddəs otaqlara gətirdi və mənə qərb tərəfdə bir yer göstərdi.
ויאמר אלי--זה המקום אשר יבשלו שם הכהנים את האשם ואת החטאת אשר יאפו את המנחה לבלתי הוציא אל החצר החיצונה לקדש את העם | 20 |
O mənə dedi: «Kahinlərin təqsir qurbanı ilə günah qurbanının ətini qaynadacaqları və taxıl təqdimini bişirəcəkləri yer buradır. Ona görə ki bunları bayır həyətə çıxarıb xalqı təqdis etməsinlər».
ויוציאני אל החצר החיצונה ויעברני אל ארבעת מקצועי החצר והנה חצר במקצע החצר חצר במקצע החצר | 21 |
Sonra o adam məni bayır həyətə çıxarıb həyətin dörd küncündən keçirdi. Gördüm ki, həyətin hər küncündə kiçik bir həyət var.
בארבעת מקצעות החצר חצרות קטרות--ארבעים ארך ושלשים רחב מדה אחת לארבעתם מהקצעות | 22 |
Həyətin dörd küncündə olan bu qapalı həyətlərin hər birinin uzunluğu qırx, eni isə otuz qulac idi. Künclərdəki həyətlər eyni boyda idi.
וטור סביב בהם סביב לארבעתם ומבשלות עשוי מתחת הטירות סביב | 23 |
Dörd həyətin hər birinin ətrafında daş divar var idi. Divarın dibində yemək bişirmək üçün yerlər düzəldilmişdi.
ויאמר אלי אלה בית המבשלים אשר יבשלו שם משרתי הבית את זבח העם | 24 |
O adam mənə dedi: «Bunlar mətbəxdir. Məbəd xidmətçiləri xalqın qurbanlıq ətlərini burada qaynadacaq».