< יחזקאל 39 >

ואתה בן אדם הנבא על גוג ואמרת כה אמר אדני יהוה הנני אליך גוג--נשיא ראש משך ותבל 1
Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm.
ושבבתיך וששאתיך והעליתיך מירכתי צפון והבאותך על הרי ישראל 2
Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm.
והכיתי קשתך מיד שמאולך וחציך מיד ימינך אפיל 3
Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam.
על הרי ישראל תפול אתה וכל אגפיך ועמים אשר אתך לעיט צפור כל כנף וחית השדה נתתיך לאכלה 4
Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm.
על פני השדה תפול כי אני דברתי נאם אדני יהוה 5
Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir.
ושלחתי אש במגוג ובישבי האיים לבטח וידעו כי אני יהוה 6
Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm.
ואת שם קדשי אודיע בתוך עמי ישראל ולא אחל את שם קדשי עוד וידעו הגוים כי אני יהוה קדוש בישראל 7
Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam.
הנה באה ונהיתה נאם אדני יהוה הוא היום אשר דברתי 8
Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür.
ויצאו ישבי ערי ישראל ובערו והשיקו בנשק ומגן וצנה בקשת ובחצים ובמקל יד וברמח ובערו בהם אש שבע שנים 9
Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar.
ולא ישאו עצים מן השדה ולא יחטבו מן היערים--כי בנשק יבערו אש ושללו את שלליהם ובזזו את בזזיהם--נאם אדני יהוה 10
Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir.
והיה ביום ההוא אתן לגוג מקום שם קבר בישראל גי העברים קדמת הים וחסמת היא את העברים וקברו שם את גוג ואת כל המונה וקראו גיא המון גוג 11
“O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək.
וקברום בית ישראל למען טהר את הארץ שבעה חדשים 12
Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq.
וקברו כל עם הארץ והיה להם לשם--יום הכבדי נאם אדני יהוה 13
Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir.
ואנשי תמיד יבדילו עברים בארץ מקברים את העברים את הנותרים על פני הארץ לטהרה--מקצה שבעה חדשים יחקרו 14
“Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar.
ועברו העברים בארץ וראה עצם אדם ובנה אצלו ציון--עד קברו אתו המקברים אל גיא המון גוג 15
Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq.
וגם שם עיר המונה וטהרו הארץ 16
Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”.
ואתה בן אדם כה אמר אדני יהוה אמר לצפור כל כנף ולכל חית השדה הקבצו ובאו האספו מסביב על זבחי אשר אני זבח לכם זבח גדול על הרי ישראל ואכלתם בשר ושתיתם דם 17
Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz.
בשר גבורים תאכלו ודם נשיאי הארץ תשתו אילים כרים ועתודים פרים מריאי בשן כלם 18
Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz.
ואכלתם חלב לשבעה ושתיתם דם לשכרון מזבחי אשר זבחתי לכם 19
Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz.
ושבעתם על שלחני סוס ורכב גבור וכל איש מלחמה--נאם אדני יהוה 20
Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir.
ונתתי את כבודי בגוים וראו כל הגוים את משפטי אשר עשיתי ואת ידי אשר שמתי בהם 21
“İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək.
וידעו בית ישראל כי אני יהוה אלהיהם מן היום ההוא והלאה 22
Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm.
וידעו הגוים כי בעונם גלו בית ישראל על אשר מעלו בי ואסתר פני מהם ואתנם ביד צריהם ויפלו בחרב כלם 23
Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu.
כטמאתם וכפשעיהם עשיתי אתם ואסתר פני מהם 24
Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”.
לכן כה אמר אדני יהוה עתה אשיב את שבית (שבות) יעקב ורחמתי כל בית ישראל וקנאתי לשם קדשי 25
Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam.
ונשו את כלמתם ואת כל מעלם אשר מעלו בי--בשבתם על אדמתם לבטח ואין מחריד 26
Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar.
בשובבי אותם מן העמים וקבצתי אתם מארצות איביהם ונקדשתי בם לעיני הגוים רבים 27
Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam.
וידעו כי אני יהוה אלהיהם בהגלותי אתם אל הגוים וכנסתים על אדמתם ולא אותיר עוד מהם שם 28
Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm.
ולא אסתיר עוד פני מהם אשר שפכתי את רוחי על בית ישראל נאם אדני יהוה 29
Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».

< יחזקאל 39 >