< שמות 8 >
ויאמר יהוה אל משה בא אל פרעה ואמרת אליו כה אמר יהוה שלח את עמי ויעבדני | 1 |
Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
ואם מאן אתה לשלח הנה אנכי נגף את כל גבולך--בצפרדעים | 2 |
Əgər sən xalqımı buraxmaq istəməsən, mən sənin bütün torpağını qurbağalarla doldurub bəlaya salacağam.
ושרץ היאר צפרדעים ועלו ובאו בביתך ובחדר משכבך ועל מטתך ובבית עבדיך ובעמך ובתנוריך ובמשארותיך | 3 |
Çay qurbağalarla qaynaşacaq və oradan çıxıb sənin sarayında, yataq otağında, yatağının üstündə gəzəcəklər, əyanlarının, xalqının evlərinə, təndirlərinə və xəmir tabaqlarına girəcəklər.
ובכה ובעמך ובכל עבדיך--יעלו הצפרדעים | 4 |
Sənin, xalqının və bütün əyanlarının üstünə qurbağalar çıxacaq”».
ויאמר יהוה אל משה אמר אל אהרן נטה את ידך במטך על הנהרת על היארים ועל האגמים והעל את הצפרדעים על ארץ מצרים | 5 |
Rəbb Musaya dedi: «Haruna belə söylə: əsanı götür və əlini çayların, arxların və göllərin üzərinə uzat. Qoy Misir torpağı qurbağalarla dolsun».
ויט אהרן את ידו על מימי מצרים ותעל הצפרדע ותכס את ארץ מצרים | 6 |
Harun əlini Misir suları üzərinə uzatdı və oradan qurbağalar çıxıb Misir torpağını bürüdü.
ויעשו כן החרטמים בלטיהם ויעלו את הצפרדעים על ארץ מצרים | 7 |
Sehrbazlar da öz sehrləri ilə belə etdilər və Misir torpağına qurbağalar yetirdilər.
ויקרא פרעה למשה ולאהרן ויאמר העתירו אל יהוה ויסר הצפרדעים ממני ומעמי ואשלחה את העם ויזבחו ליהוה | 8 |
Firon Musanı və Harunu çağırıb dedi: «Rəbbə yalvarın ki, məndən və xalqımdan qurbağaları rədd etsin, onda Rəbbə qurban gətirmək üçün xalqı buraxaram».
ויאמר משה לפרעה התפאר עלי למתי אעתיר לך ולעבדיך ולעמך להכרית הצפרדעים ממך ומבתיך רק ביאר תשארנה | 9 |
Musa firona dedi: «Söylə, nə vaxt sənin, əyanların və xalqın üçün dua edim ki, qurbağalar səndən və evlərindən yox olsun və yalnız çayda qalsınlar?»
ויאמר למחר ויאמר כדברך--למען תדע כי אין כיהוה אלהינו | 10 |
Firon dedi: «Sabah». Musa dedi: «Sən dediyin kimi olacaq. Bundan biləcəksən ki, Allahımız Rəbbə bənzəri yoxdur!
וסרו הצפרדעים ממך ומבתיך ומעבדיך ומעמך רק ביאר תשארנה | 11 |
Qurbağalar səndən, evlərindən, əyanlarından və xalqından rədd olacaq, yalnız çayda qalacaqlar».
ויצא משה ואהרן מעם פרעה ויצעק משה אל יהוה על דבר הצפרדעים אשר שם לפרעה | 12 |
Musa və Harun fironun yanından çıxdılar. Musa Rəbbin fironun üzərinə göndərdiyi qurbağalara görə Ona yalvardı.
ויעש יהוה כדבר משה וימתו הצפרדעים מן הבתים מן החצרת ומן השדת | 13 |
Rəbb də Musanın sözünə əməl etdi. Evlərdə, həyətlərdə, tarlalarda olan qurbağalar öldü.
ויצברו אתם חמרם חמרם ותבאש הארץ | 14 |
Onları qalaq-qalaq yığdılar və torpaq iylənməyə başladı.
וירא פרעה כי היתה הרוחה והכבד את לבו ולא שמע אלהם כאשר דבר יהוה | 15 |
Ancaq firon vəziyyətin yüngülləşdiyini görəndə Rəbbin söylədiyi kimi ürəyində inad etdi və onlara qulaq asmadı.
ויאמר יהוה אל משה אמר אל אהרן נטה את מטך והך את עפר הארץ והיה לכנם בכל ארץ מצרים | 16 |
Rəbb Musaya dedi: «Haruna belə söylə: “Əsanı uzadıb yerin tozuna vur ki, o bütün Misir ölkəsində mığmığalara dönsün”».
ויעשו כן ויט אהרן את ידו במטהו ויך את עפר הארץ ותהי הכנם באדם ובבהמה כל עפר הארץ היה כנים בכל ארץ מצרים | 17 |
Onlar belə də etdilər. Harun əlindəki əsanı uzadıb yerin tozuna vurdu və insanların da, heyvanların da üstünə mığmığalar qondu. Bütün Misir torpağında yerin tozu mığmığaya döndü.
ויעשו כן החרטמים בלטיהם להוציא את הכנים ולא יכלו ותהי הכנם באדם ובבהמה | 18 |
Sehrbazlar da öz sehrləri ilə mığmığalar gətirmək istədilər, ancaq bunu bacarmadılar. İnsanların da, heyvanların da üstünə mığmığalar qondu.
ויאמרו החרטמם אל פרעה אצבע אלהים הוא ויחזק לב פרעה ולא שמע אלהם כאשר דבר יהוה | 19 |
Sehrbazlar firona dedilər: «Bunda Allahın əli var». Ancaq Rəbbin söylədiyi kimi fironun ürəyi inadkar oldu və o qulaq asmadı.
ויאמר יהוה אל משה השכם בבקר והתיצב לפני פרעה--הנה יוצא המימה ואמרת אליו כה אמר יהוה שלח עמי ויעבדני | 20 |
Rəbb Musaya dedi: «Səhər tezdən qalx. Firon suya tərəf gedəndə onun qarşısına gedib belə söylə: “Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
כי אם אינך משלח את עמי--הנני משליח בך ובעבדיך ובעמך ובבתיך את הערב ומלאו בתי מצרים את הערב וגם האדמה אשר הם עליה | 21 |
Əgər sən onları azad etmək istəməsən, sənin, əyanlarının, xalqının üzərinə və evlərinin içinə mozalan yığınları göndərəcəyəm. Misirlilərin evləri, yaşadıqları torpaq mozalanlarla dolacaq.
והפליתי ביום ההוא את ארץ גשן אשר עמי עמד עליה לבלתי היות שם ערב--למען תדע כי אני יהוה בקרב הארץ | 22 |
Ancaq o gün xalqımın yaşadığı Qoşen torpağını ayıracağam ki, orada mozalanlar olmasın. Bundan biləcəksən ki, bu ölkədə Rəbb Mənəm.
ושמתי פדת בין עמי ובין עמך למחר יהיה האת הזה | 23 |
Sənin xalqınla Öz xalqım arasında fərq qoyacağam. Bu əlamət sabah olacaq”».
ויעש יהוה כן ויבא ערב כבד ביתה פרעה ובית עבדיו ובכל ארץ מצרים תשחת הארץ מפני הערב | 24 |
Rəbb belə də etdi. Fironun sarayını, əyanlarının evlərini, bütün Misir torpağını ağır mozalan yığını basdı. Mozalanların əlindən ölkə viran oldu.
ויקרא פרעה אל משה ולאהרן ויאמר לכו זבחו לאלהיכם--בארץ | 25 |
Firon Musanı və Harunu çağırıb dedi: «Gedin, bu ölkədə öz Allahınıza qurban gətirin».
ויאמר משה לא נכון לעשות כן כי תועבת מצרים נזבח ליהוה אלהינו הן נזבח את תועבת מצרים לעיניהם--ולא יסקלנו | 26 |
Ancaq Musa dedi: «Belə etmək olmaz, çünki bizim Allahımız Rəbbə qurban kəsməyimiz Misirlilərdə ikrah hissi oyadacaq. Misirlilərin qabağında ikrah oyadan qurbanlar kəssək, onlar bizi daşqalaq etməzlərmi?
דרך שלשת ימים נלך במדבר וזבחנו ליהוה אלהינו כאשר יאמר אלינו | 27 |
Biz istəyirik ki, səhrada üç gün yol gedək və Allahımız Rəbbin bizə əmr etdiyi kimi qurban gətirək».
ויאמר פרעה אנכי אשלח אתכם וזבחתם ליהוה אלהיכם במדבר--רק הרחק לא תרחיקו ללכת העתירו בעדי | 28 |
Firon dedi: «Mən sizi buraxıram ki, səhrada Allahınız Rəbbə qurban gətirəsiniz, ancaq çox uzağa getməyin. Mənim üçün də yalvarın».
ויאמר משה הנה אנכי יוצא מעמך והעתרתי אל יהוה וסר הערב מפרעה מעבדיו ומעמו מחר רק אל יסף פרעה התל לבלתי שלח את העם לזבח ליהוה | 29 |
Musa dedi: «Mən sənin yanından gedirəm. Rəbbə dua edəcəyəm ki, sabah fironu, əyanlarını və xalqını mozalanlardan qurtarsın. Ancaq qoy firon xalqı Rəbbə qurban gətirməyə buraxmamaqla yenə də bizi aldatmasın».
ויצא משה מעם פרעה ויעתר אל יהוה | 30 |
Musa fironun yanından gedib Rəbbə yalvardı.
ויעש יהוה כדבר משה ויסר הערב מפרעה מעבדיו ומעמו לא נשאר אחד | 31 |
Rəbb Musanın sözünə əməl etdi. Fironu, əyanlarını və xalqını mozalanlardan qurtardı. Daha mozalan qalmadı.
ויכבד פרעה את לבו גם בפעם הזאת ולא שלח את העם | 32 |
Ancaq bu dəfə də firon ürəyində inadkarlıq etdi və xalqı buraxmadı.