< אסתר 4 >
ומרדכי ידע את כל אשר נעשה ויקרע מרדכי את בגדיו וילבש שק ואפר ויצא בתוך העיר ויזעק זעקה גדולה ומרה | 1 |
Mordokay baş vermiş bu hadisələrdən xəbər tutanda paltarlarını cırdı və çula bürünüb başına kül tökdü. Şəhərin mərkəzinə çıxıb nalə ilə acı şivən qopardı.
ויבוא עד לפני שער המלך כי אין לבוא אל שער המלך בלבוש שק | 2 |
O ancaq padşah sarayının darvazasına qədər gəldi, çünki çula bürünən adam padşah sarayına girə bilməzdi.
ובכל מדינה ומדינה מקום אשר דבר המלך ודתו מגיע--אבל גדול ליהודים וצום ובכי ומספד שק ואפר יצע לרבים | 3 |
Padşahın bu əmri və fərmanı hansı vilayətə çatmışdısa, oradakı Yəhudilər arasında böyük matəm, oruc, ağlaşma və fəğan var idi. Bir çoxu da çula bürünüb kül üzərində uzanmışdı.
ותבואינה (ותבואנה) נערות אסתר וסריסיה ויגידו לה ותתחלחל המלכה מאד ותשלח בגדים להלביש את מרדכי ולהסיר שקו מעליו--ולא קבל | 4 |
Esterin xidmətçi qızları və hərəmağaları gəlib bu xəbəri ona çatdırdı. Mələkə bundan çox məyus oldu. O, Mordokay üçün paltar göndərdi ki, çulunu çıxarıb əyninə geyinsin, lakin Mordokay bunu qəbul etmədi.
ותקרא אסתר להתך מסריסי המלך אשר העמיד לפניה ותצוהו על מרדכי--לדעת מה זה ועל מה זה | 5 |
Sonra Ester padşahın onun xidmətinə təyin etdiyi hərəmağalarından biri olan Hatakı çağırıb tapşırdı ki, Mordokayın yanına gedərək bu işin nə olduğunu və niyə baş verdiyini öyrənsin.
ויצא התך אל מרדכי--אל רחוב העיר אשר לפני שער המלך | 6 |
Hatak saray darvazasının qarşısında olan şəhər meydanına – Mordokayın yanına getdi.
ויגד לו מרדכי את כל אשר קרהו ואת פרשת הכסף אשר אמר המן לשקול על גנזי המלך ביהודיים (ביהודים)--לאבדם | 7 |
Mordokay başına gələn hal-qəziyyəni ona danışdı. Yəhudi qırğını üçün padşah xəzinələrinə Hamanın vəd edərək vermək istədiyi gümüşün tam miqdarını ona bildirdi.
ואת פתשגן כתב הדת אשר נתן בשושן להשמידם נתן לו--להראות את אסתר ולהגיד לה ולצוות עליה לבוא אל המלך להתחנן לו ולבקש מלפניו--על עמה | 8 |
Sonra Yəhudi qırğını üçün Şuşanda dəst-xətlə yazılan fərmanın surətlərindən birini verdi ki, bunu göstərərək Esterə izah etsin, həm də ona padşahın yanına gedib öz xalqı üçün yalvararaq mərhəmət istəməsini tapşırsın.
ויבוא התך ויגד לאסתר את דברי מרדכי | 9 |
Hatak qayıdıb Mordokayın sözlərini Esterə çatdırdı.
ותאמר אסתר להתך ותצוהו אל מרדכי | 10 |
Ester də Mordokaya Hatak vasitəsilə belə bir xəbər göndərdi:
כל עבדי המלך ועם מדינות המלך ידעים אשר כל איש ואשה אשר יבוא אל המלך אל החצר הפנימית אשר לא יקרא אחת דתו להמית לבד מאשר יושיט לו המלך את שרביט הזהב וחיה ואני לא נקראתי לבוא אל המלך--זה שלושים יום | 11 |
«Padşahın bütün əyanları və padşah vilayətlərinin xalqları bilir ki, kişi, qadın – kim olursa-olsun – padşahın çağırışı olmadan içəri həyətə girərsə, onun haqqında təkcə ölüm hökmü veriləcək. Yalnız padşah qızıl əsasını kimə uzatsa, o sağ qalar. Otuz gündür ki, padşahın yanına getmək üçün çağırışım yoxdur».
ויגידו למרדכי את דברי אסתר | 12 |
Esterin bu sözləri Mordokaya çatdırıldı.
ויאמר מרדכי להשיב אל אסתר אל תדמי בנפשך להמלט בית המלך מכל היהודים | 13 |
Mordokay Esterə belə cavab vermələrini xahiş etdi: «Elə düşünmə ki, padşah sarayında olduğun üçün o biri Yəhudilər qırılanda təkcə sən sağ qalacaqsan.
כי אם החרש תחרישי בעת הזאת--רוח והצלה יעמוד ליהודים ממקום אחר ואת ובית אביך תאבדו ומי יודע--אם לעת כזאת הגעת למלכות | 14 |
Əgər sən susarsansa, Yəhudilərə yardım və qurtuluş başqa yerdən gələcək, amma sən və ata evin tamamilə məhv olacaq. Kim bilir, bəlkə sən elə bu gün üçün mələkəliyə çatmısan?»
ותאמר אסתר להשיב אל מרדכי | 15 |
Ester Mordokayın bu cavabı qarşısında belə söylədi:
לך כנוס את כל היהודים הנמצאים בשושן וצומו עלי ואל תאכלו ואל תשתו שלשת ימים לילה ויום--גם אני ונערתי אצום כן ובכן אבוא אל המלך אשר לא כדת וכאשר אבדתי אבדתי | 16 |
«Get, Şuşanda olan bütün Yəhudiləri topla. Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun. Mən də burada xidmətçi qızlarımla oruc tutacağam və sonra qanunu pozub padşahın yanına girəcəyəm. Buna görə ölməliyəmsə, qoy ölüm».
ויעבר מרדכי ויעש ככל אשר צותה עליו אסתר | 17 |
Mordokay gedib Esterin ona tapşırdığı kimi etdi.