< דניאל 1 >
בשנת שלוש למלכות יהויקים מלך יהודה--בא נבוכדנאצר מלך בבל ירושלם ויצר עליה | 1 |
Yəhuda padşahı Yehoyaqimin padşahlığının üçüncü ilində Babil padşahı Navuxodonosor Yerusəlimə hücum edib oranı mühasirəyə aldı.
ויתן אדני בידו את יהויקים מלך יהודה ומקצת כלי בית האלהים ויביאם ארץ שנער בית אלהיו ואת הכלים הביא בית אוצר אלהיו | 2 |
Xudavənd Yəhuda padşahı Yehoyaqimi və Allah məbədinin əşyalarından bir hissəsini ona təslim etdi. Navuxodonosor onları Şinar torpağına, öz allahının məbədinə apardı və əşyaları həmin məbədin xəzinəsinə qoydu.
ויאמר המלך לאשפנז רב סריסיו להביא מבני ישראל ומזרע המלוכה--ומן הפרתמים | 3 |
Padşah hərəmağalar rəisi Aşpenaza əmr etdi ki, padşah nəslindən və zadəganlardan olan İsraillilərin arasından
ילדים אשר אין בהם כל מאום וטובי מראה ומשכלים בכל חכמה וידעי דעת ומביני מדע ואשר כח בהם לעמד בהיכל המלך וללמדם ספר ולשון כשדים | 4 |
bədənlərində qüsur olmayan, yaraşıqlı, hər elmdən xəbərdar, bilikli, dərrakəli, sarayda padşaha xidmət etməyə layiq olan cavanlar seçərək onlara Xaldeylilərin dilini və ədəbiyyatını öyrətsin.
וימן להם המלך דבר יום ביומו מפת בג המלך ומיין משתיו ולגדלם שנים שלוש ומקצתם--יעמדו לפני המלך | 5 |
Padşah onlara özünün yediyi yeməklərdən və içdiyi şərabdan gündəlik yemək payı təyin etdi ki, üç il onlara tərbiyə versinlər, sonra isə padşahın xidmətinə gətirsinlər.
ויהי בהם מבני יהודה--דניאל חנניה מישאל ועזריה | 6 |
Onların arasında Yəhuda nəslindən olan Daniel, Xananya, Mişael və Azarya var idi.
וישם להם שר הסריסים שמות וישם לדניאל בלטשאצר ולחנניה שדרך ולמישאל מישך ולעזריה עבד נגו | 7 |
Hərəmağalar rəisi onlara yeni ad qoydu: Danieli Belteşassar, Xananyanı Şadrak, Mişaeli Meşak və Azaryanı Aved-Neqo adlandırdı.
וישם דניאל על לבו אשר לא יתגאל בפת בג המלך וביין משתיו ויבקש משר הסריסים אשר לא יתגאל | 8 |
Daniel qərara aldı ki, padşahın yediyi yeməklərlə və içdiyi şərabla özünü murdar etməsin. Buna görə də özünü murdar etməmək üçün hərəmağalar rəisinə müraciət etdi.
ויתן האלהים את דניאל לחסד ולרחמים לפני שר הסריסים | 9 |
Allah hərəmağalar rəisinin gözündə Danielə lütf və rəğbət qazandırdı.
ויאמר שר הסריסים לדניאל--ירא אני את אדני המלך אשר מנה את מאכלכם ואת משתיכם אשר למה יראה את פניכם זעפים מן הילדים אשר כגילכם וחיבתם את ראשי למלך | 10 |
Hərəmağalar rəisi Danielə dedi: «Sizin yeyib-içməyinizi təyin edən ağam padşahdan qorxuram. Nə üçün o sizin simanızı həmyaşıdınız olan cavanların simasından solğun görsün? Siz bununla padşahın yanında həyatımı təhlükə altına qoyursunuz».
ויאמר דניאל אל המלצר--אשר מנה שר הסריסים על דניאל חנניה מישאל ועזריה | 11 |
Daniel hərəmağalar rəisinin özü, Xananya, Mişael və Azaryanın üzərinə qoyduğu məmura dedi:
נס נא את עבדיך ימים עשרה ויתנו לנו מן הזרעים ונאכלה--ומים ונשתה | 12 |
«Gəl qullarını on gün ərzində yoxla. Qoy bizə yemək üçün göyərti, içmək üçün su versinlər.
ויראו לפניך מראינו ומראה הילדים האכלים את פת בג המלך וכאשר תראה עשה עם עבדיך | 13 |
Sonra isə sənin hüzurunda həm bizim üzümüzə, həm də padşah yeməklərindən yeyən cavanların üzünə baxsınlar. Bunu görəndən sonra qullarınla necə istəyərsən, elə də rəftar edərsən».
וישמע להם לדבר הזה וינסם ימים עשרה | 14 |
Məmur bu məsələdə cavanların sözünə qulaq asdı və onları on gün yoxladı.
ומקצת ימים עשרה נראה מראיהם טוב ובריאי בשר מן כל הילדים--האכלים את פת בג המלך | 15 |
On gün sonra onların siması padşah yeməklərindən yeyən başqa cavanların simasından daha gözəl göründü və onlar bədəncə daha dolğun idi.
ויהי המלצר נשא את פת בגם ויין משתיהם ונתן להם זרענים | 16 |
Onda məmur cavanların yeməyini və içəcəkləri şərabı götürüb onlara göyərti verdi.
והילדים האלה ארבעתם נתן להם האלהים מדע והשכל בכל ספר וחכמה ודניאל הבין בכל חזון וחלמות | 17 |
Allah bu dörd gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Daniel isə hər cür görüntüləri və yuxuları yozmağı bacarırdı.
ולמקצת הימים אשר אמר המלך להביאם ויביאם שר הסריסים לפני נבכדנצר | 18 |
Onların gətirilməsi üçün padşahın əmr etdiyi gün çatanda hərəmağalar rəisi onları Navuxodonosorun hüzuruna gətirdi.
וידבר אתם המלך ולא נמצא מכלם כדניאל חנניה מישאל ועזריה ויעמדו לפני המלך | 19 |
Padşah onlarla danışdı və hamının arasında Daniel, Xananya, Mişael və Azarya kimisi tapılmadı. Onlar padşahın hüzurunda xidmətə qoyuldu.
וכל דבר חכמת בינה אשר בקש מהם המלך--וימצאם עשר ידות על כל החרטמים האשפים אשר בכל מלכותו | 20 |
Padşah onlardan hər cür elm və bilik barədə soruşanda gördü ki, bunlar ölkəsindəki sehrbazların və ruhçağıranların hamısından on qat üstündür.
ויהי דניאל עד שנת אחת לכורש המלך | 21 |
Daniel padşah Kirin hökmranlığının birinci ilinə qədər orada qaldı.