< שמואל ב 4 >

וישמע בן שאול כי מת אבנר בחברון וירפו ידיו וכל ישראל נבהלו 1
Şaul oğlu İş-Boşet Avnerin Xevronda öldürüldüyünü eşidəndə əlləri sustaldı və bütün İsraili dəhşət bürüdü.
ושני אנשים שרי גדודים היו בן שאול שם האחד בענה ושם השני רכב בני רמון הבארתי--מבני בנימן כי גם בארות תחשב על בנימן 2
Şaul oğlu İş-Boşetin dəstə başçısı olan iki adamı var idi. Bunlar Binyamin övladlarından olan Beerotlu Rimmonun oğulları olub, birinin adı Baana, o birinin adı isə Rekav idi. Beerot da Binyaminin bir hissəsi sayılır.
ויברחו הבארתים גתימה ויהיו שם גרים עד היום הזה 3
Beerotlular Gittayimə qaçmışdı və bu günə qədər orada qəriblikdə yaşayırlar.
וליהונתן בן שאול בן נכה רגלים בן חמש שנים היה בבא שמעת שאול ויהונתן מיזרעאל ותשאהו אמנתו ותנס ויהי בחפזה לנוס ויפל ויפסח ושמו מפיבשת 4
Şaul oğlu Yonatanın ayaqdan şikəst bir oğlu var idi. İzreeldən Şaulla Yonatanın ölüm xəbəri çatanda onun beş yaşı var idi. Dayəsi onu götürüb qaçdı. Tələsib qaçanda uşaq əlindən düşüb topal oldu. Bu uşağın adı Mefiboşet idi.
וילכו בני רמון הבארתי רכב ובענה ויבאו כחם היום אל בית איש בשת והוא שכב את משכב הצהרים 5
İş-Boşet günorta vaxtı dincələndə Beerotlu Rimmonun oğulları Rekav və Baana yola çıxıb günortanın isti çağında onun evinə çatdılar.
והנה באו עד תוך הבית לקחי חטים ויכהו אל החמש ורכב ובענה אחיו נמלטו 6
Rekav qardaşı Baana ilə buğda daşıyanlar görkəmində evə girdilər və İş-Boşeti qarnından vurub aradan çıxdılar.
ויבאו הבית והוא שכב על מטתו בחדר משכבו ויכהו וימתהו ויסירו את ראשו ויקחו את ראשו וילכו דרך הערבה כל הלילה 7
Onlar evə girəndə İş-Boşet yataq otağında, öz yatağında yatırdı. Onu vurub öldürdülər, başını kəsdilər və başını götürüb bütün gecəni Arava yolu ilə getdilər.
ויבאו את ראש איש בשת אל דוד חברון ויאמרו אל המלך הנה ראש איש בשת בן שאול איבך אשר בקש את נפשך ויתן יהוה לאדני המלך נקמות היום הזה משאול ומזרעו 8
İş-Boşetin başını Xevrona Davudun yanına gətirdilər və padşaha dedilər: «Budur, sənin canına qəsd etmək istəyən düşmənin Şaul oğlu İş-Boşetin başı! Rəbb Şauldan və onun övladlarından ağam padşaha bu gün qisaslar ehsan etdi».
ויען דוד את רכב ואת בענה אחיו בני רמון הבארתי--ויאמר להם חי יהוה אשר פדה את נפשי מכל צרה 9
Davud Beerotlu Rimmonun oğullarına – Rekavla qardaşı Baanaya belə cavab verdi: «Canımı hər cür bəlalardan qurtaran var olan Rəbbə and olsun,
כי המגיד לי לאמר הנה מת שאול והוא היה כמבשר בעיניו ואחזה בו ואהרגהו בצקלג--אשר לתתי לו בשרה 10
Ziqlaqda olanda özünə görə guya müjdə verərək “budur, Şaul öldü” deyə birisi mənə xəbər gətirmişdi. Buna görə də onu yaxalayıb öldürdüm. Ona gətirdiyi xəbərə görə mükafatım bu oldu.
אף כי אנשים רשעים הרגו את איש צדיק בביתו--על משכבו ועתה הלוא אבקש את דמו מידכם ובערתי אתכם מן הארץ 11
İndi şər adamlar bir günahsızı öz evində, yatağı üstündə öldürərkən sizdən onun qan qisasını alıb sizi yer üzündən yox etməyəcəyəmmi?»
ויצו דוד את הנערים ויהרגום ויקצצו את ידיהם ואת רגליהם ויתלו על הברכה בחברון ואת ראש איש בשת לקחו ויקברו בקבר אבנר בחברון 12
Sonra Davud nökərlərinə əmr etdi, nökərlər onları öldürdü və əl-ayaqlarını kəsib Xevrondakı gölməçənin yanından asdı. İş-Boşetin başını isə götürüb Xevronda Avnerin qəbrinin yanında basdırdılar.

< שמואל ב 4 >