< שמואל א 29 >

ויקבצו פלשתים את כל מחניהם אפקה וישראל חנים בעין אשר ביזרעאל 1
Filiştlilər bütün ordularını Afeqdə topladılar. İsraillilər isə İzreeldəki bulağın yanında ordugah qurdular.
וסרני פלשתים עברים למאות ולאלפים ודוד ואנשיו עברים באחרנה--עם אכיש 2
Filiştlilərin ağaları yüz və min nəfərlik dəstələrlə irəliləyirdilər. Davudla adamları isə Akişlə birlikdə arxadan gəlirdilər.
ויאמרו שרי פלשתים מה העברים האלה ויאמר אכיש אל שרי פלשתים הלוא זה דוד עבד שאול מלך ישראל אשר היה אתי זה ימים או זה שנים ולא מצאתי בו מאומה מיום נפלו עד היום הזה 3
Filiştlilərin ağaları dedilər: «Bu İbranilərin burada nə işi var?» Akiş onlara belə cavab verdi: «Bu adam bu günlərdə yaxud daha doğrusu, bu illərdə yanımda olan İsrail padşahı Şaulun qulu Davud deyilmi? Mənim yanıma gələn gündən bəri onda pis bir şey görmədim».
ויקצפו עליו שרי פלשתים ויאמרו לו שרי פלשתים השב את האיש וישב אל מקומו אשר הפקדתו שם ולא ירד עמנו במלחמה ולא יהיה לנו לשטן במלחמה ובמה יתרצה זה אל אדניו--הלוא בראשי האנשים ההם 4
Filiştlilərin ağaları Akişin üstünə qəzəblənib dedilər: «Bu adamı geri qaytar, qoy o təyin etdiyin yerə qayıtsın və bizimlə döyüşə getməsin, yoxsa döyüşdə bizə düşmənçilik edər. Çünki o, ağasının rəğbətini qazanmaq üçün buradakı adamların başını kəsib ona aparmaqdan daha yaxşı yol taparmı?
הלוא זה דוד אשר יענו לו במחלות לאמר הכה שאול באלפיו ודוד ברבבתו 5
Rəqslərdə “Şaul qırdı minləri, Davudsa on minləri” deyə haqqında tərənnüm sözləri söylənən Davud bu deyilmi?»
ויקרא אכיש אל דוד ויאמר אליו חי יהוה כי ישר אתה וטוב בעיני צאתך ובאך אתי במחנה--כי לא מצאתי בך רעה מיום באך אלי עד היום הזה ובעיני הסרנים לא טוב אתה 6
Akiş Davudu çağırıb ona dedi: «Var olan Rəbbə and olsun, sən düz adamsan. Orduda mənimlə yürüşə çıxmağın gözümdə xoşdur, çünki yanıma gəldiyin gündən bu günə qədər səndə pis bir şey tapmadım. Lakin ağaların gözünə xoş görünmürsən.
ועתה שוב ולך בשלום ולא תעשה רע בעיני סרני פלשתים 7
İndi sağ-salamat öz yerinə qayıt. Filiştlilərin ağalarının gözündə pis olanı etmə».
ויאמר דוד אל אכיש כי מה עשיתי ומה מצאת בעבדך מיום אשר הייתי לפניך עד היום הזה כי לא אבוא ונלחמתי באיבי אדני המלך 8
Davud Akişə dedi: «Axı mən nə etmişəm? Yanına gələn gündən bu günə qədər qulunda nə tapdın ki, ağam padşahın düşmənlərinə qarşı gedib vuruşmayım?»
ויען אכיש ויאמר אל דוד ידעתי כי טוב אתה בעיני כמלאך אלהים אך שרי פלשתים אמרו לא יעלה עמנו במלחמה 9
Akiş Davuda cavab verdi: «Bilirəm ki, mənim gözümdə sən Allahın mələyi kimi yaxşısan, amma Filiştlilərin başçıları dedilər: “O bizimlə bir döyüşə çıxmasın”.
ועתה השכם בבקר ועבדי אדניך אשר באו אתך והשכמתם בבקר ואור לכם ולכו 10
İndi səninlə gələn ağanın qulları ilə birgə səhər tezdən qalxın. Sübh tezdən qalxın və dan yeri ağarar-ağarmaz buradan gedin».
וישכם דוד הוא ואנשיו ללכת בבקר לשוב אל ארץ פלשתים ופלשתים עלו יזרעאל 11
Səhəri yola çıxmaq üçün Davud özü və adamları qalxıb Filiştlilərin torpağına qayıtdı. Filiştlilər isə İzreelə getdilər.

< שמואל א 29 >