< שמואל א 23 >
ויגדו לדוד לאמר הנה פלשתים נלחמים בקעילה והמה שסים את הגרנות | 1 |
Davuda xəbər verərək dedilər: «Budur, Filiştlilər Qeilaya hücum çəkib xırmanları talan edirlər».
וישאל דוד ביהוה לאמר האלך והכיתי בפלשתים האלה ויאמר יהוה אל דוד לך והכית בפלשתים והושעת את קעילה | 2 |
Davud Rəbbə müraciət edib dedi: «Gedib Filiştlilərlə vuruşummu?» Rəbb Davuda dedi: «Get Filiştlilərə hücum et və Qeilanı qurtar».
ויאמרו אנשי דוד אליו הנה אנחנו פה ביהודה יראים ואף כי נלך קעלה אל מערכות פלשתים | 3 |
Davudun adamları isə ona dedilər: «Bax burada – Yəhudada biz qorxu içərisindəyik. Bəs biz Qeilaya, Filişt ordularına qarşı necə çıxaq?»
ויוסף עוד דוד לשאול ביהוה ויענהו יהוה ויאמר קום רד קעילה--כי אני נתן את פלשתים בידך | 4 |
Davud Rəbbə yenidən müraciət etdi və Rəbb ona cavab verib dedi: «Qalx Qeilaya en, çünki Filiştliləri sənə təslim edəcəyəm».
וילך דוד ואנשו קעילה וילחם בפלשתים וינהג את מקניהם ויך בהם מכה גדולה וישע דוד את ישבי קעילה | 5 |
Davudla adamları Qeilaya gedib Filiştlilərə qarşı hücuma keçdilər. Davud onların mal-qaralarını apardı və Filiştlilərə güclü zərbə vurub Qeila əhalisini qurtardı.
ויהי בברח אביתר בן אחימלך אל דוד--קעילה אפוד ירד בידו | 6 |
Aximelekin oğlu Evyatar Qeilaya – Davudun yanına qaçarkən əlində efod enmişdi.
ויגד לשאול כי בא דוד קעילה ויאמר שאול נכר אתו אלהים בידי--כי נסגר לבוא בעיר דלתים ובריח | 7 |
Davudun Qeilaya gəlməsi Şaula çatdırıldı. Şaul dedi: «Allah onu mənim ovcumun içinə qoyub, çünki cəftəli darvazaları olan bir şəhərə girməklə o özünü çıxılmaz vəziyyətə salıb».
וישמע שאול את כל העם למלחמה לרדת קעילה לצור אל דוד ואל אנשיו | 8 |
Şaul Qeilaya enmək və Davudla adamlarını mühasirəyə almaq üçün bütün xalqı müharibəyə çağırdı.
וידע דוד--כי עליו שאול מחריש הרעה ויאמר אל אביתר הכהן הגישה האפוד | 9 |
Şaulun ona pislik etmək istədiyini Davud bilirdi. O, kahin Evyatara dedi: «Efodu bura gətir».
ויאמר דוד יהוה אלהי ישראל שמע שמע עבדך כי מבקש שאול לבוא אל קעילה--לשחת לעיר בעבורי | 10 |
Davud sözünə davam etdi: «Ey İsrailin Allahı Rəbb, mən ciddi məlumat almışam ki, bu quluna görə şəhəri məhv etmək üçün Şaul Qeilaya gəlmək istəyir.
היסגרני בעלי קעילה בידו הירד שאול כאשר שמע עבדך--יהוה אלהי ישראל הגד נא לעבדך ויאמר יהוה ירד | 11 |
Qeila sakinləri məni ona təslim edəcəklərmi? Ey İsrailin Allahı Rəbb, yalvarıram, bunu quluna agah et. Şaul da Sənin qulun eşitdiyi kimi bura enəcəkmi?» Rəbb «o enəcək» dedi.
ויאמר דוד--היסגרו בעלי קעילה אתי ואת אנשי ביד שאול ויאמר יהוה יסגירו | 12 |
O zaman Davud dedi: «Qeilalılar məni və adamlarımı Şaula təslim edəcəkmi?» Rəbb «təslim edəcəklər» dedi.
ויקם דוד ואנשיו כשש מאות איש ויצאו מקעלה ויתהלכו באשר יתהלכו ולשאול הגד כי נמלט דוד מקעילה ויחדל לצאת | 13 |
Davud təxminən altı yüz nəfər adam ilə qalxıb Qeiladan çıxdı və bu yerdən başqa yerə getdi. Davudun Qeiladan qaçdığını eşidən Şaul oraya getmək fikrindən döndü.
וישב דוד במדבר במצדות וישב בהר במדבר זיף ויבקשהו שאול כל הימים ולא נתנו אלהים בידו | 14 |
Davud çöllükdə qalalarda qalıb Zif səhrasındakı dağlıq bölgəsində yaşadı. Şaul hər gün Davudu axtarırdı, lakin Allah onu Şaula təslim etmədi.
וירא דוד כי יצא שאול לבקש את נפשו ודוד במדבר זיף בחרשה | 15 |
Zif səhrasındakı Xoreşdə olan Davud gördü ki, Şaul onun canını almaq üçün yola çıxıb.
ויקם יהונתן בן שאול וילך אל דוד חרשה ויחזק את ידו באלהים | 16 |
Şaulun oğlu Yonatan qalxıb Xoreşə, Davudun yanına gəldi və onu Allah naminə ruhlandırdı.
ויאמר אליו אל תירא כי לא תמצאך יד שאול אבי ואתה תמלך על ישראל ואנכי אהיה לך למשנה וגם שאול אבי ידע כן | 17 |
Ona dedi: «Qorxma, atam Şaulun əlinə düşməyəcəksən, İsrailin padşahı sən olacaqsan, mən səndən sonra ikinci olacağam. Bunu hətta atam Şaul da bilir».
ויכרתו שניהם ברית לפני יהוה וישב דוד בחרשה ויהונתן הלך לביתו | 18 |
Sonra ikisi də Rəbbin önündə əhd bağladı və Davud Xoreşdə qaldı, Yonatan isə evinə qayıtdı.
ויעלו זפים אל שאול הגבעתה לאמר הלוא דוד מסתתר עמנו במצדות בחרשה--בגבעת החכילה אשר מימין הישימון | 19 |
Ziflilər Giveaya, Şaulun yanına qalxıb dedilər: «Davud bizim yanımızda, Yeşimonun cənubundakı Xakila təpəsində, Xoreşdəki qalalarda gizlənmişdi.
ועתה לכל אות נפשך המלך לרדת--רד ולנו הסגירו ביד המלך | 20 |
Ey padşah, indi oraya ensən, ürəyindəki arzuna çatarsan. Onu padşaha təslim etmək bizim payımıza düşər».
ויאמר שאול ברוכים אתם ליהוה כי חמלתם עלי | 21 |
Şaul dedi: «Mənə xeyirxahlıq etdiyiniz üçün Rəbb sizə bərəkət versin.
לכו נא הכינו עוד ודעו וראו את מקומו אשר תהיה רגלו--מי ראהו שם כי אמר אלי ערום יערם הוא | 22 |
Gedin daha yaxşı araşdırın və öyrənin ki, hara ayaq basıb, kimlər onu görüb. Deyirlər ki, o çox hiyləgərdir.
וראו ודעו מכל המחבאים אשר יתחבא שם ושבתם אלי אל נכון והלכתי אתכם והיה אם ישנו בארץ--וחפשתי אתו בכל אלפי יהודה | 23 |
Gizləndiyi yerlərin hamısını tapıb öyrənin, doğru xəbərlə mütləq yanıma gəlin və mən də sizinlə oraya gedəcəyəm. Əgər o bölgədə olsa, onu bütün Yəhuda tayfaları arasında axtaracağam».
ויקומו וילכו זיפה לפני שאול ודוד ואנשיו במדבר מעון בערבה--אל ימין הישימון | 24 |
Ziflilər qalxıb Şauldan qabaq Zifə qayıtdılar. Davudla adamları Yeşimonun cənubunda – Aravadakı Maon səhrasında idi.
וילך שאול ואנשיו לבקש ויגדו לדוד וירד הסלע וישב במדבר מעון וישמע שאול וירדף אחרי דוד מדבר מעון | 25 |
Şaulla adamları onu axtarmaq üçün həmin yerə getdilər. Bu, Davuda xəbər verildi və o da qayalığa enib Maon səhrasında qaldı. Şaul bunu eşidərkən Maon səhrasında Davudu təqib etdi.
וילך שאול מצד ההר מזה ודוד ואנשיו מצד ההר מזה ויהי דוד נחפז ללכת מפני שאול ושאול ואנשיו עטרים אל דוד ואל אנשיו לתפשם | 26 |
Şaul dağın bir tərəfi, Davudla adamları isə dağın o biri tərəfi ilə getməkdə idi. Davud cəld tərpənib Şaulun qabağından qaçdı, çünki Şaulla adamları Davudla adamlarını tutmaq üçün oranı mühasirəyə alırdılar.
ומלאך בא אל שאול לאמר מהרה ולכה כי פשטו פלשתים על הארץ | 27 |
Bu vaxt Şaulun yanına bir qasid gəlib dedi: «Tez ol, geri qayıt, çünki Filiştlilər ölkəyə hücum ediblər».
וישב שאול מרדף אחרי דוד וילך לקראת פלשתים על כן קראו למקום ההוא סלע המחלקות | 28 |
Şaul Davudu təqib etməkdən əl çəkərək Filiştlilərə qarşı döyüşə getdi. Ona görə də o yerə Sela-Hammaxleqot adı verildi.
ויעל דוד משם וישב במצדות עין גדי | 29 |
Davud oradan çıxıb En-Gedi qalalarında qaldı.