< מלכים א 17 >
ויאמר אליהו התשבי מתשבי גלעד אל אחאב חי יהוה אלהי ישראל אשר עמדתי לפניו אם יהיה השנים האלה טל ומטר--כי אם לפי דברי | 1 |
Gilead sakinlərindən olan Tişbeli İlyas Axava dedi: «Önündə durduğum İsrailin Allahı var olan Rəbbə and olsun ki, mənim bir sözüm olmayınca bu illərdə şeh və yağış olmayacaq».
ויהי דבר יהוה אליו לאמר | 2 |
Ona Rəbbin bu sözü nazil oldu:
לך מזה ופנית לך קדמה ונסתרת בנחל כרית אשר על פני הירדן | 3 |
«Buradan get və şərqə tərəf yollan, İordan çayının şərqində olan Kerit vadisində gizlən.
והיה מהנחל תשתה ואת הערבים צויתי לכלכלך שם | 4 |
Orada vadidən su içəcəksən, səni yedirməyi də qarğalara əmr etdim».
וילך ויעש כדבר יהוה וילך וישב בנחל כרית אשר על פני הירדן | 5 |
O, Rəbbin sözünə əməl etdi və İordan çayının şərqində olan Kerit vadisinə gedib orada qaldı.
והערבים מבאים לו לחם ובשר בבקר ולחם ובשר בערב ומן הנחל ישתה | 6 |
Qarğalar ona hər səhər-axşam çörək və ət gətirərdilər, vadidən də su içərdi.
ויהי מקץ ימים וייבש הנחל כי לא היה גשם בארץ | 7 |
Bir müddət sonra vadi qurudu, çünki ölkədə yağış yağmırdı.
ויהי דבר יהוה אליו לאמר | 8 |
İlyasa Rəbbin bu sözü nazil oldu:
קום לך צרפתה אשר לצידון וישבת שם הנה צויתי שם אשה אלמנה לכלכלך | 9 |
«Qalx Sidonun Sarfat şəhərinə get və orada qal. Orada bir dul qadına sənə yemək verməyi əmr etdim».
ויקם וילך צרפתה ויבא אל פתח העיר והנה שם אשה אלמנה מקששת עצים ויקרא אליה ויאמר קחי נא לי מעט מים בכלי ואשתה | 10 |
O qalxıb Sarfata getdi. Şəhərin darvazasına çatanda bir dul qadının odun yığdığını gördü və onu çağırıb dedi: «Mənə bir qabda azca su gətir, içim».
ותלך לקחת ויקרא אליה ויאמר לקחי נא לי פת לחם בידך | 11 |
Qadın gətirməyə gedəndə onu çağırıb dedi: «Mənim üçün əlinə bir tikə çörək də al».
ותאמר חי יהוה אלהיך אם יש לי מעוג כי אם מלא כף קמח בכד ומעט שמן בצפחת והנני מקששת שנים עצים ובאתי ועשיתיהו לי ולבני ואכלנהו ומתנו | 12 |
Qadın dedi: «Allahın var olan Rəbbə and olsun ki, bişmiş heç nəyim yoxdur, ancaq küpdə bir ovuc un və qabda bir az yağ var. Bax mən iki parça odun yığıram və içəri girib özümlə oğlum üçün bunlardan yemək hazırlayacağam. Biz onu yeyəcəyik və sonra öləcəyik».
ויאמר אליה אליהו אל תיראי באי עשי כדברך אך עשי לי משם עגה קטנה בראשנה והוצאת לי ולך ולבנך תעשי באחרנה | 13 |
İlyas ona dedi: «Qorxma, get söylədiyin kimi et. Amma əvvəlcə mənim üçün ondan kiçik bir kökə düzəlt və mənə gətir, özünlə oğlun üçün sonra hazırlayarsan.
כי כה אמר יהוה אלהי ישראל כד הקמח לא תכלה וצפחת השמן לא תחסר עד יום תתן (תת) יהוה גשם--על פני האדמה | 14 |
Çünki İsrailin Allahı Rəbb belə deyir: “Rəbb torpaq üzərinə yağış verəcəyi günə qədər nə küpdə un tükənəcək, nə də qabda yağ qurtaracaq”».
ותלך ותעשה כדבר אליהו ותאכל הוא והיא (היא והוא) וביתה ימים | 15 |
Qadın gedib İlyasın sözünə əməl etdi. Qadın və onun ailəsi İlyasla birgə uzun müddət ərzində yemək yedilər.
כד הקמח לא כלתה וצפחת השמן לא חסר--כדבר יהוה אשר דבר ביד אליהו | 16 |
İlyas vasitəsilə Rəbbin söylədiyi sözə görə nə küpdə un tükəndi, nə də qabda yağ qurtardı.
ויהי אחר הדברים האלה חלה בן האשה בעלת הבית ויהי חליו חזק מאד עד אשר לא נותרה בו נשמה | 17 |
Bundan sonra ev sahibi qadının oğlu xəstələndi, xəstəliyi də çox ağır oldu, belə ki onun heç nəfəsi gəlmirdi.
ותאמר אל אליהו מה לי ולך איש האלהים באת אלי להזכיר את עוני ולהמית את בני | 18 |
Qadın İlyasa dedi: «Mən sənə nə etdim, ey Allah adamı? Günahımı xatırlatmaq və oğlumu öldürmək üçün yanıma gəlmisən?»
ויאמר אליה תני לי את בנך ויקחהו מחיקה ויעלהו אל העליה אשר הוא ישב שם וישכבהו על מטתו | 19 |
İlyas ona dedi: «Oğlunu mənə ver». Uşağı qadının qucağından götürüb özünün qaldığı yuxarı otağa çıxartdı və onu öz yatağının üstünə uzandırdı.
ויקרא אל יהוה ויאמר יהוה אלהי--הגם על האלמנה אשר אני מתגורר עמה הרעות להמית את בנה | 20 |
O, Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, yanında qaldığım dul qadının oğlunu öldürməklə onun başına bəla gətirirsən?»
ויתמדד על הילד שלש פעמים ויקרא אל יהוה ויאמר יהוה אלהי תשב נא נפש הילד הזה על קרבו | 21 |
Sonra uşağın üstünə üç dəfə uzandı və Rəbbi çağırıb dedi: «Ey Allahım Rəbb, Sənə yalvarıram, qoy bu uşağın canı özünə qayıtsın».
וישמע יהוה בקול אליהו ותשב נפש הילד על קרבו ויחי | 22 |
Rəbb İlyasın səsini eşitdi: uşağın canı özünə qayıtdı və o dirildi.
ויקח אליהו את הילד וירדהו מן העליה הביתה ויתנהו לאמו ויאמר אליהו ראי חי בנך | 23 |
İlyas uşağı götürüb yuxarı otaqdan evə düşürtdü və onu anasına verib dedi: «Bax oğlun sağdır».
ותאמר האשה אל אליהו עתה זה ידעתי כי איש אלהים אתה ודבר יהוה בפיך אמת | 24 |
Qadın İlyasa dedi: «İndi bildim ki, sən Allah adamısan və sənin ağzında Rəbbin sözü haqdır».