< Παροιμίαι 5 >
1 υἱέ ἐμῇ σοφίᾳ πρόσεχε ἐμοῖς δὲ λόγοις παράβαλλε σὸν οὖς
Oğlum, mənim hikmətimə diqqət yetir, Qulağını müdrik sözlərimə tərəf çevir.
2 ἵνα φυλάξῃς ἔννοιαν ἀγαθήν αἴσθησιν δὲ ἐμῶν χειλέων ἐντέλλομαί σοι
Onda dərrakəyə bağlanarsan, Dilin biliyi kənara atmaz.
3 μὴ πρόσεχε φαύλῃ γυναικί μέλι γὰρ ἀποστάζει ἀπὸ χειλέων γυναικὸς πόρνης ἣ πρὸς καιρὸν λιπαίνει σὸν φάρυγγα
Əxlaqsız qadının dodağından sanki bal axır, Dili şirin, yağdan yumşaqdır.
4 ὕστερον μέντοι πικρότερον χολῆς εὑρήσεις καὶ ἠκονημένον μᾶλλον μαχαίρας διστόμου
Amma aqibəti yovşan kimi acıdır, İkiağızlı qılınc kimi kəskindir.
5 τῆς γὰρ ἀφροσύνης οἱ πόδες κατάγουσιν τοὺς χρωμένους αὐτῇ μετὰ θανάτου εἰς τὸν ᾅδην τὰ δὲ ἴχνη αὐτῆς οὐκ ἐρείδεται (Sheol )
Onun ayaqları ölümə aparır, Onun addımları ölülər diyarına çatır. (Sheol )
6 ὁδοὺς γὰρ ζωῆς οὐκ ἐπέρχεται σφαλεραὶ δὲ αἱ τροχιαὶ αὐτῆς καὶ οὐκ εὔγνωστοι
Həyat yoluna fikir vermir, Yolları dolaşıqdır, özü də bilmir.
7 νῦν οὖν υἱέ ἄκουέ μου καὶ μὴ ἀκύρους ποιήσῃς ἐμοὺς λόγους
İndi, ey övladlar, mənə qulaq asın, Dilimdən çıxan sözlərdən yayınmayın.
8 μακρὰν ποίησον ἀπ’ αὐτῆς σὴν ὁδόν μὴ ἐγγίσῃς πρὸς θύραις οἴκων αὐτῆς
Belə qadından uzaq ol, Evinin qapısına yaxın getmə.
9 ἵνα μὴ πρόῃ ἄλλοις ζωήν σου καὶ σὸν βίον ἀνελεήμοσιν
Yoxsa şərəfini yadlara verərsən, Ömrünü zalımlara sərf edərsən.
10 ἵνα μὴ πλησθῶσιν ἀλλότριοι σῆς ἰσχύος οἱ δὲ σοὶ πόνοι εἰς οἴκους ἀλλοτρίων εἰσέλθωσιν
Sənin var-yoxunu yadlar yeyər, Qazancın özgənin evinə gedər.
11 καὶ μεταμεληθήσῃ ἐπ’ ἐσχάτων ἡνίκα ἂν κατατριβῶσιν σάρκες σώματός σου
Ömrünün sonu çatanda, Canında taqət qalmayanda Ah-nalə çəkərək belə deyərsən:
12 καὶ ἐρεῖς πῶς ἐμίσησα παιδείαν καὶ ἐλέγχους ἐξέκλινεν ἡ καρδία μου
«Mən də tərbiyəyə nifrət etdim, Ürəyimdə məzəmmətlərə güldüm!
13 οὐκ ἤκουον φωνὴν παιδεύοντός με καὶ διδάσκοντός με οὐδὲ παρέβαλλον τὸ οὖς μου
Müəllimimin sözünə baxmadım, Tərbiyəçilərimə qulaq asmadım.
14 παρ’ ὀλίγον ἐγενόμην ἐν παντὶ κακῷ ἐν μέσῳ ἐκκλησίας καὶ συναγωγῆς
Camaatın və icmanın arasında Az qala hər cür bəlaya düşəcəkdim».
15 πῖνε ὕδατα ἀπὸ σῶν ἀγγείων καὶ ἀπὸ σῶν φρεάτων πηγῆς
Öz su anbarından, Öz quyunun içməli suyundan iç.
16 μὴ ὑπερεκχείσθω σοι τὰ ὕδατα ἐκ τῆς σῆς πηγῆς εἰς δὲ σὰς πλατείας διαπορευέσθω τὰ σὰ ὕδατα
Niyə sənin qaynaqların küçələrə, Su arxların meydanlara axıb getsin?
17 ἔστω σοι μόνῳ ὑπάρχοντα καὶ μηδεὶς ἀλλότριος μετασχέτω σοι
Onlar yalnız səninki olsun, Yadlara paylama.
18 ἡ πηγή σου τοῦ ὕδατος ἔστω σοι ἰδία καὶ συνευφραίνου μετὰ γυναικὸς τῆς ἐκ νεότητός σου
Qoy çeşmən bərəkətli olsun, Gənc ikən evləndiyin arvadınla xoşbəxt yaşa!
19 ἔλαφος φιλίας καὶ πῶλος σῶν χαρίτων ὁμιλείτω σοι ἡ δὲ ἰδία ἡγείσθω σου καὶ συνέστω σοι ἐν παντὶ καιρῷ ἐν γὰρ τῇ ταύτης φιλίᾳ συμπεριφερόμενος πολλοστὸς ἔσῃ
Sevimli maralın, gözəl ceyranın Həmişə səni öz döşləri ilə doydursun, Onun eşqi ilə məst ol.
20 μὴ πολὺς ἴσθι πρὸς ἀλλοτρίαν μηδὲ συνέχου ἀγκάλαις τῆς μὴ ἰδίας
Oğlum, niyə əxlaqsız qadınla məst olmalısan, Yad arvadı qoynuna almalısan?
21 ἐνώπιον γάρ εἰσιν τῶν τοῦ θεοῦ ὀφθαλμῶν ὁδοὶ ἀνδρός εἰς δὲ πάσας τὰς τροχιὰς αὐτοῦ σκοπεύει
İnsanların yolları Rəbbin gözü qarşısındadır, Onların hər addımlarını yoxlayır.
22 παρανομίαι ἄνδρα ἀγρεύουσιν σειραῖς δὲ τῶν ἑαυτοῦ ἁμαρτιῶν ἕκαστος σφίγγεται
Şər insan öz təqsirlərinə görə tutular, Günahının kəməndinə dolanar.
23 οὗτος τελευτᾷ μετὰ ἀπαιδεύτων ἐκ δὲ πλήθους τῆς ἑαυτοῦ βιότητος ἐξερρίφη καὶ ἀπώλετο δῑ ἀφροσύνην
Tərbiyəsizliyi üzündən həlak olar, Hədsiz səfehliyi üzündən azar.