< Ἰώβ 8 >
1 ὑπολαβὼν δὲ Βαλδαδ ὁ Σαυχίτης λέγει
Şuahlı Bildad belə cavab verdi:
2 μέχρι τίνος λαλήσεις ταῦτα πνεῦμα πολυρῆμον τοῦ στόματός σου
«Bunları nə vaxta qədər deyəcəksən? Sözlərin sərt küləyə bənzər.
3 μὴ ὁ κύριος ἀδικήσει κρίνων ἢ ὁ τὰ πάντα ποιήσας ταράξει τὸ δίκαιον
Allah ədaləti azdırarmı? Külli-İxtiyar salehi əyri edərmi?
4 εἰ οἱ υἱοί σου ἥμαρτον ἐναντίον αὐτοῦ ἀπέστειλεν ἐν χειρὶ ἀνομίας αὐτῶν
Bəlkə oğulların Ona qarşı günah edib, O da üsyankarlıqlarının cəzasını verib.
5 σὺ δὲ ὄρθριζε πρὸς κύριον παντοκράτορα δεόμενος
Əgər cəhd göstərib Allahı axtarsaydın, Külli-İxtiyara yalvarsaydın,
6 εἰ καθαρὸς εἶ καὶ ἀληθινός δεήσεως ἐπακούσεταί σου ἀποκαταστήσει δέ σοι δίαιταν δικαιοσύνης
Əgər təmiz, doğru olsaydın, O sənin üçün, həqiqətən, qalxardı, Sənə layiqincə bir məskən verərdi.
7 ἔσται οὖν τὰ μὲν πρῶτά σου ὀλίγα τὰ δὲ ἔσχατά σου ἀμύθητα
Başlanğıcın kiçik olsa da, Sonun böyük olacaq.
8 ἐπερώτησον γὰρ γενεὰν πρώτην ἐξιχνίασον δὲ κατὰ γένος πατέρων
Gəl indi əvvəlki nəsillərdən soruş, Ata-babaların sınağından keçənlərə yaxşı nəzər sal.
9 χθιζοὶ γάρ ἐσμεν καὶ οὐκ οἴδαμεν σκιὰ γάρ ἐστιν ἡμῶν ἐπὶ τῆς γῆς ὁ βίος
Dünənki övladlarıq, heç nə bilmirik. Bu dünyada ömrümüz sadəcə bir kölgədir.
10 ἦ οὐχ οὗτοί σε διδάξουσιν καὶ ἀναγγελοῦσιν καὶ ἐκ καρδίας ἐξάξουσιν ῥήματα
Onlar izah edib sənə öyrətməzlərmi? Köksündəki sözləri dilə gətirməzlərmi?
11 μὴ θάλλει πάπυρος ἄνευ ὕδατος ἢ ὑψωθήσεται βούτομον ἄνευ πότου
Bataqlıq olmayan yerdə qarğı bitərmi? Su olmayan yerdə qamış çıxarmı?
12 ἔτι ὂν ἐπὶ ῥίζης καὶ οὐ μὴ θερισθῇ πρὸ τοῦ πιεῖν πᾶσα βοτάνη οὐχὶ ξηραίνεται
Hələ yaşıl ikən qırılmadan, Hər otdan əvvəl onlar quruyar.
13 οὕτως τοίνυν ἔσται τὰ ἔσχατα πάντων τῶν ἐπιλανθανομένων τοῦ κυρίου ἐλπὶς γὰρ ἀσεβοῦς ἀπολεῖται
Allahı unudan hər kəs axırda belə qalar, Allahsız insanın ümidi beləcə yox olar.
14 ἀοίκητος γὰρ αὐτοῦ ἔσται ὁ οἶκος ἀράχνη δὲ αὐτοῦ ἀποβήσεται ἡ σκηνή
Onun etibar etdiyi şeylər qırılar, Bel bağladığı sanki hörümçək toru olar.
15 ἐὰν ὑπερείσῃ τὴν οἰκίαν αὐτοῦ οὐ μὴ στῇ ἐπιλαβομένου δὲ αὐτοῦ οὐ μὴ ὑπομείνῃ
Evinə söykənərkən evi uçar, Evindən tutarkən dağılar.
16 ὑγρὸς γάρ ἐστιν ὑπὸ ἡλίου καὶ ἐκ σαπρίας αὐτοῦ ὁ ῥάδαμνος αὐτοῦ ἐξελεύσεται
Sanki bu allahsızlar günəşə baxar, yaşıllaşar, Pöhrələri bağçanın hər tərəfinə yayılar.
17 ἐπὶ συναγωγὴν λίθων κοιμᾶται ἐν δὲ μέσῳ χαλίκων ζήσεται
Rişələri daş qalağına dolaşar, Çınqılların arasında yer axtarar.
18 ἐὰν καταπίῃ ὁ τόπος ψεύσεται αὐτόν οὐχ ἑόρακας τοιαῦτα
Amma yerindən qoparılarkən Yer inkar edərək deyər: “Səni görməmişəm”.
19 ὅτι καταστροφὴ ἀσεβοῦς τοιαύτη ἐκ δὲ γῆς ἄλλον ἀναβλαστήσει
Bax belə sevincinə son qoyular, Onun yerində başqa bitkilər bitər.
20 ὁ γὰρ κύριος οὐ μὴ ἀποποιήσηται τὸν ἄκακον πᾶν δὲ δῶρον ἀσεβοῦς οὐ δέξεται
Allah kamil insanı Özündən kənar etməz, Pislik edənlərinsə əlindən tutmaz.
21 ἀληθινῶν δὲ στόμα ἐμπλήσει γέλωτος τὰ δὲ χείλη αὐτῶν ἐξομολογήσεως
O sənin ağzını yenə gülüşlə, Dodaqlarını sevinc nidaları ilə doldurar.
22 οἱ δὲ ἐχθροὶ αὐτῶν ἐνδύσονται αἰσχύνην δίαιτα δὲ ἀσεβοῦς οὐκ ἔσται
Düşmənlərini rüsvayçılıq bürüyəcək, Pislərin çadırı məhv ediləcək».