< Ἰώβ 39 >

1 εἰ ἔγνως καιρὸν τοκετοῦ τραγελάφων πέτρας ἐφύλαξας δὲ ὠδῖνας ἐλάφων
Dağ keçilərinin nə vaxt doğduğunu bilirsənmi? Maralların balalamasının vaxtını sən gözləyirsənmi?
2 ἠρίθμησας δὲ αὐτῶν μῆνας πλήρεις τοκετοῦ ὠδῖνας δὲ αὐτῶν ἔλυσας
Onlar boğaz olanda ayını-gününü sən sayırsanmı? Nə vaxt doğacaqlarını bilirsənmi?
3 ἐξέθρεψας δὲ αὐτῶν τὰ παιδία ἔξω φόβου ὠδῖνας αὐτῶν ἐξαποστελεῖς
Diz çöküb balalarını doğar, Ağrılardan qurtarar.
4 ἀπορρήξουσιν τὰ τέκνα αὐτῶν πληθυνθήσονται ἐν γενήματι ἐξελεύσονται καὶ οὐ μὴ ἀνακάμψουσιν αὐτοῖς
Balaları çöldə böyüyüb güc alar, Gedər, geri qayıtmaz.
5 τίς δέ ἐστιν ὁ ἀφεὶς ὄνον ἄγριον ἐλεύθερον δεσμοὺς δὲ αὐτοῦ τίς ἔλυσεν
Kim vəhşi eşşəyi azad buraxdı? Kim onun iplərini açdı?
6 ἐθέμην δὲ τὴν δίαιταν αὐτοῦ ἔρημον καὶ τὰ σκηνώματα αὐτοῦ ἁλμυρίδα
Ona çölləri məskən verdim, Şoran düzləri ona yurd etdim.
7 καταγελῶν πολυοχλίας πόλεως μέμψιν δὲ φορολόγου οὐκ ἀκούων
O, şəhərdəki izdihama gülər, Sahibinin hay-küyünü eşitməz.
8 κατασκέψεται ὄρη νομὴν αὐτοῦ καὶ ὀπίσω παντὸς χλωροῦ ζητεῖ
Təpələri dolaşıb otlar, Yaşıllığı axtarar.
9 βουλήσεται δέ σοι μονόκερως δουλεῦσαι ἢ κοιμηθῆναι ἐπὶ φάτνης σου
Çöl öküzü sənə xidmət etmək istəyərmi? Gecəni sənin axurunda keçirərmi?
10 δήσεις δὲ ἐν ἱμᾶσι ζυγὸν αὐτοῦ ἢ ἑλκύσει σου αὔλακας ἐν πεδίῳ
Kotan sürsün deyə onu boyunduruğa sala bilərsənmi? Ardınca dərələrdə şırım aça bilərmi?
11 πέποιθας δὲ ἐπ’ αὐτῷ ὅτι πολλὴ ἡ ἰσχὺς αὐτοῦ ἐπαφήσεις δὲ αὐτῷ τὰ ἔργα σου
Onun hədsiz gücünə bel bağlaya bilərsənmi? Ona ağır iş gördürə bilərsənmi?
12 πιστεύσεις δὲ ὅτι ἀποδώσει σοι τὸν σπόρον εἰσοίσει δέ σου τὸν ἅλωνα
Çöl öküzünə etibar edə bilərsən ki, Əkininin məhsulunu daşısın, Onu xırmanına yığsın?
13 πτέρυξ τερπομένων νεελασα ἐὰν συλλάβῃ ασιδα καὶ νεσσα
Dəvəquşu qanadını sevinclə çırpar, Amma onun qanadı nə leyləyin qanadları ilə, Nə də ki pərləri ilə müqayisə olunur.
14 ὅτι ἀφήσει εἰς γῆν τὰ ᾠὰ αὐτῆς καὶ ἐπὶ χοῦν θάλψει
Yerdə yumurtalayır, Onları toz-torpaq üstündə qızdırır.
15 καὶ ἐπελάθετο ὅτι ποὺς σκορπιεῖ καὶ θηρία ἀγροῦ καταπατήσει
Yadından çıxarır ki, yumurtalar ayaq altında sınır, Çöl heyvanlarının ayağı altında qalır.
16 ἀπεσκλήρυνεν τὰ τέκνα αὐτῆς ὥστε μὴ ἑαυτῇ εἰς κενὸν ἐκοπίασεν ἄνευ φόβου
Balaları ilə elə sərt rəftar edir ki, Elə bil özününkü deyil, Çəkdiyi zəhmətin boşa getməsindən narahat olmaz.
17 ὅτι κατεσιώπησεν αὐτῇ ὁ θεὸς σοφίαν καὶ οὐκ ἐμέρισεν αὐτῇ ἐν τῇ συνέσει
Çünki Allah ona müdriklik verməyib, Ona dərrakə bəxş etməyib.
18 κατὰ καιρὸν ἐν ὕψει ὑψώσει καταγελάσεται ἵππου καὶ τοῦ ἐπιβάτου αὐτοῦ
Qaçmaq üçün yenə qanad açanda Ata və atlıya gülər.
19 ἦ σὺ περιέθηκας ἵππῳ δύναμιν ἐνέδυσας δὲ τραχήλῳ αὐτοῦ φόβον
Ata güc verən sənsənmi? Boynuna yalı qoyan sənsənmi?
20 περιέθηκας δὲ αὐτῷ πανοπλίαν δόξαν δὲ στηθέων αὐτοῦ τόλμῃ
Onu çəyirtkə kimi tullandıran sənsənmi? Onun təmtəraqlı kişnəməsi xof salır.
21 ἀνορύσσων ἐν πεδίῳ γαυριᾷ ἐκπορεύεται δὲ εἰς πεδίον ἐν ἰσχύι
Dərələrə ayağını bərk vurur, Öz qüvvəsi ilə sevinib-coşur, Silahlıların qabağına çıxır.
22 συναντῶν βέλει καταγελᾷ καὶ οὐ μὴ ἀποστραφῇ ἀπὸ σιδήρου
Qorxuya gülər, heç bir şeydən çəkinməz, Qılınc qarşısında ayağını geri çəkməz.
23 ἐπ’ αὐτῷ γαυριᾷ τόξον καὶ μάχαιρα
Onun üstündə oxdan cingildəyir, Parlaq nizə və mizraq şimşək tək keçir.
24 καὶ ὀργῇ ἀφανιεῖ τὴν γῆν καὶ οὐ μὴ πιστεύσῃ ἕως ἂν σημάνῃ σάλπιγξ
Coşanda qəzəblənib yeri-yurdu qapır, Şeypur çalınan kimi yerindən dik atılır.
25 σάλπιγγος δὲ σημαινούσης λέγει εὖγε πόρρωθεν δὲ ὀσφραίνεται πολέμου σὺν ἅλματι καὶ κραυγῇ
Şeypur çalınanda “hiaaa!” deyib kişnəyir, Döyüş qoxusunu, sərkərdələrin gurlayan səsini, Döyüşün nərəsini uzaqdan hiss edir.
26 ἐκ δὲ τῆς σῆς ἐπιστήμης ἕστηκεν ἱέραξ ἀναπετάσας τὰς πτέρυγας ἀκίνητος καθορῶν τὰ πρὸς νότον
Məgər qırğı sənin dərrakənləmi uçur, Cənuba tərəf qanad açır?
27 ἐπὶ δὲ σῷ προστάγματι ὑψοῦται ἀετός γὺψ δὲ ἐπὶ νοσσιᾶς αὐτοῦ καθεσθεὶς αὐλίζεται
Məgər qartal sənin əmrinləmi göyə qalxır, Uca yerlərdə özünə yuva qurur?
28 ἐπ’ ἐξοχῇ πέτρας καὶ ἀποκρύφῳ
Sıldırım qayalarda yaşayır, Şiş uclu qayalarda məskən salır.
29 ἐκεῖσε ὢν ζητεῖ τὰ σῖτα πόρρωθεν οἱ ὀφθαλμοὶ αὐτοῦ σκοπεύουσιν
Oradan şikarını axtarır, Gözləri onları uzaqdan görür.
30 νεοσσοὶ δὲ αὐτοῦ φύρονται ἐν αἵματι οὗ δ’ ἂν ὦσι τεθνεῶτες παραχρῆμα εὑρίσκονται
Onun balaları qanla qidalanır, Harada leş olsa, o da oradadır».

< Ἰώβ 39 >