< Ἰώβ 38 >
1 μετὰ δὲ τὸ παύσασθαι Ελιουν τῆς λέξεως εἶπεν ὁ κύριος τῷ Ιωβ διὰ λαίλαπος καὶ νεφῶν
O zaman Rəbb qasırğanın içindən Əyyuba belə cavab verdi:
2 τίς οὗτος ὁ κρύπτων με βουλήν συνέχων δὲ ῥήματα ἐν καρδίᾳ ἐμὲ δὲ οἴεται κρύπτειν
«Məsləhəti savadsız sözlərlə qaranlığa salan bu kimdir?
3 ζῶσαι ὥσπερ ἀνὴρ τὴν ὀσφύν σου ἐρωτήσω δέ σε σὺ δέ μοι ἀποκρίθητι
İndi kişi kimi belinə qurşaq bağla, Sual verəcəyəm, Mənə cavab ver.
4 ποῦ ἦς ἐν τῷ θεμελιοῦν με τὴν γῆν ἀπάγγειλον δέ μοι εἰ ἐπίστῃ σύνεσιν
Mən yerin təməlini qoyarkən haradaydın? Anlayışın varsa, söylə.
5 τίς ἔθετο τὰ μέτρα αὐτῆς εἰ οἶδας ἢ τίς ὁ ἐπαγαγὼν σπαρτίον ἐπ’ αὐτῆς
İndi ki bilirsən, De görüm, yerin ölçüsünü kim qoydu, Yaxud yer üstündə ölçü xəttini kim çəkdi?
6 ἐπὶ τίνος οἱ κρίκοι αὐτῆς πεπήγασιν τίς δέ ἐστιν ὁ βαλὼν λίθον γωνιαῖον ἐπ’ αὐτῆς
Nəyin üstündə onun təməlləri quruldu? Kim onun guşədaşını qoydu?
7 ὅτε ἐγενήθησαν ἄστρα ᾔνεσάν με φωνῇ μεγάλῃ πάντες ἄγγελοί μου
Onda dan ulduzları birgə nəğmə oxuyurdu, Bütün ilahi varlıqlar sevincdən haray salırdı.
8 ἔφραξα δὲ θάλασσαν πύλαις ὅτε ἐμαίμασσεν ἐκ κοιλίας μητρὸς αὐτῆς ἐκπορευομένη
Dəniz bətndən çıxıb fışqırarkən Onu qapılar arasında kim bağladı?
9 ἐθέμην δὲ αὐτῇ νέφος ἀμφίασιν ὁμίχλῃ δὲ αὐτὴν ἐσπαργάνωσα
Ona buludları libas, Qatı qaranlıqları qundaq etdim.
10 ἐθέμην δὲ αὐτῇ ὅρια περιθεὶς κλεῖθρα καὶ πύλας
Onun sərhədini çəkdim, Qapı və cəftələrini qoydum.
11 εἶπα δὲ αὐτῇ μέχρι τούτου ἐλεύσῃ καὶ οὐχ ὑπερβήσῃ ἀλλ’ ἐν σεαυτῇ συντριβήσεταί σου τὰ κύματα
O vaxt dedim: “Buraya qədər gəlib o tərəfə çıxmayacaqsan, Qürurlu dalğaların burada dursun”.
12 ἦ ἐπὶ σοῦ συντέταχα φέγγος πρωινόν ἑωσφόρος δὲ εἶδεν τὴν ἑαυτοῦ τάξιν
Sən ömründə səhərə buyruq verdinmi? Şəfəqə yerini göstərdinmi?
13 ἐπιλαβέσθαι πτερύγων γῆς ἐκτινάξαι ἀσεβεῖς ἐξ αὐτῆς
Belə ki yer üzünün ucqarlarını tutsun, Üstündən pisləri çırpıb atsın.
14 ἦ σὺ λαβὼν γῆν πηλὸν ἔπλασας ζῷον καὶ λαλητὸν αὐτὸν ἔθου ἐπὶ γῆς
Torpağın quruluşu dəyişir, Möhür vurulanda palçıqda əksi qalan kimi, Libasdakı qırışlar kimi gözə görünür.
15 ἀφεῖλας δὲ ἀπὸ ἀσεβῶν τὸ φῶς βραχίονα δὲ ὑπερηφάνων συνέτριψας
Pislərin nuru batırılar, Qaldırdıqları qolları qırılar.
16 ἦλθες δὲ ἐπὶ πηγὴν θαλάσσης ἐν δὲ ἴχνεσιν ἀβύσσου περιεπάτησας
Dənizin mənbələrinə getmisənmi? Dərinliyin dibində gəzmisənmi?
17 ἀνοίγονται δέ σοι φόβῳ πύλαι θανάτου πυλωροὶ δὲ ᾅδου ἰδόντες σε ἔπτηξαν
Ölüm dərgahı sənə göstərilibmi? Ölüm kölgəsinin qapılarını görmüsənmi?
18 νενουθέτησαι δὲ τὸ εὖρος τῆς ὑπ’ οὐρανόν ἀνάγγειλον δή μοι πόση τίς ἐστιν
Dünyanın həcmini dərk edə bilirsənmi? De görüm, bunların hamısını bilirsənmi?
19 ποίᾳ δὲ γῇ αὐλίζεται τὸ φῶς σκότους δὲ ποῖος ὁ τόπος
İşıq məskəninə gedən yol haradadır? Qaranlığın yeri haradadır?
20 εἰ ἀγάγοις με εἰς ὅρια αὐτῶν εἰ δὲ καὶ ἐπίστασαι τρίβους αὐτῶν
Onları yerlərinə apara bilərsənmi? Evlərinin yolunu bilirsənmi?
21 οἶδα ἄρα ὅτι τότε γεγέννησαι ἀριθμὸς δὲ ἐτῶν σου πολύς
Əlbəttə, heç nə anlamırsan, Çünki onlarla eyni vaxtda doğulmusan! Yaşın bu qədərdir.
22 ἦλθες δὲ ἐπὶ θησαυροὺς χιόνος θησαυροὺς δὲ χαλάζης ἑόρακας
Qar anbarlarına girmisənmi? Dolu anbarlarını görmüsənmi?
23 ἀπόκειται δέ σοι εἰς ὥραν ἐχθρῶν εἰς ἡμέραν πολέμου καὶ μάχης
Mən onları dar gün üçün, Döyüş və müharibə günləri üçün saxlayıram.
24 πόθεν δὲ ἐκπορεύεται πάχνη ἢ διασκεδάννυται νότος εἰς τὴν ὑπ’ οὐρανόν
Hansı yolla işıq yayılar, Yer üzündə şərq küləyi qopar?
25 τίς δὲ ἡτοίμασεν ὑετῷ λάβρῳ ῥύσιν ὁδὸν δὲ κυδοιμῶν
Kim sellər üçün arx, İldırım üçün yol açdı ki,
26 τοῦ ὑετίσαι ἐπὶ γῆν οὗ οὐκ ἀνήρ ἔρημον οὗ οὐχ ὑπάρχει ἄνθρωπος ἐν αὐτῇ
Kimsəsiz yerləri, İnsan yaşamayan çölləri sulasın,
27 τοῦ χορτάσαι ἄβατον καὶ ἀοίκητον καὶ τοῦ ἐκβλαστῆσαι ἔξοδον χλόης
Səhralar – biyabanlar doyunca su içsin, Yaşıl ot bitsin?
28 τίς ἐστιν ὑετοῦ πατήρ τίς δέ ἐστιν ὁ τετοκὼς βώλους δρόσου
Yağışın atası varmı? Şeh damlalarını kim yaratdı?
29 ἐκ γαστρὸς δὲ τίνος ἐκπορεύεται ὁ κρύσταλλος πάχνην δὲ ἐν οὐρανῷ τίς τέτοκεν
Buz kimin bətnindən çıxdı? Göylərdən düşən şaxtanı kim doğdu?
30 ἣ καταβαίνει ὥσπερ ὕδωρ ῥέον πρόσωπον δὲ ἀβύσσου τίς ἔπηξεν
Sular nə zaman daş kimi bərkiyir, Dərinliklərin səthi donur?
31 συνῆκας δὲ δεσμὸν Πλειάδος καὶ φραγμὸν Ὠρίωνος ἤνοιξας
Ülkər ulduzlarını bağlaya bilərsənmi? Orionun bağlarını aça bilərsənmi?
32 ἦ διανοίξεις μαζουρωθ ἐν καιρῷ αὐτοῦ καὶ Ἕσπερον ἐπὶ κόμης αὐτοῦ ἄξεις αὐτά
Hər bürcü öz vaxtında çıxara bilərsənmi? Böyük, Kiçik Ayı bürcünə yol göstərə bilərsənmi?
33 ἐπίστασαι δὲ τροπὰς οὐρανοῦ ἢ τὰ ὑπ’ οὐρανὸν ὁμοθυμαδὸν γινόμενα
Göylərin qanunlarını bilirsənmi? Allahın hakimiyyətini yer üzərində qura bilərsənmi?
34 καλέσεις δὲ νέφος φωνῇ καὶ τρόμῳ ὕδατος λάβρῳ ὑπακούσεταί σου
Başına bol yağış yağsın deyə Buludları səsləyə bilərsənmi?
35 ἀποστελεῖς δὲ κεραυνοὺς καὶ πορεύσονται ἐροῦσιν δέ σοι τί ἐστιν
Şimşəkləri göndərə bilərsənmi getsinlər, Sənə də “bax buradayıq” desinlər?
36 τίς δὲ ἔδωκεν γυναιξὶν ὑφάσματος σοφίαν ἢ ποικιλτικὴν ἐπιστήμην
Kim ürəyə hikmət qoydu, Dərk etmək üçün şüur verdi?
37 τίς δὲ ὁ ἀριθμῶν νέφη σοφίᾳ οὐρανὸν δὲ εἰς γῆν ἔκλινεν
Kim buludları ağılla saya bilər? Göyün tuluqlarını kim boşalda bilər?
38 κέχυται δὲ ὥσπερ γῆ κονία κεκόλληκα δὲ αὐτὸν ὥσπερ λίθῳ κύβον
Onda toz yatıb yer bərkiyər, Kəsəklər bir-birinə yapışar.
39 θηρεύσεις δὲ λέουσιν βοράν ψυχὰς δὲ δρακόντων ἐμπλήσεις
Dişi aslanlar üçün ov ovlaya bilərsənmi, Gənc aslanların qarnını doyura bilərsənmi
40 δεδοίκασιν γὰρ ἐν κοίταις αὐτῶν κάθηνται δὲ ἐν ὕλαις ἐνεδρεύοντες
Yuvalarına girəndə, Kolluqda pusqu quranda?
41 τίς δὲ ἡτοίμασεν κόρακι βοράν νεοσσοὶ γὰρ αὐτοῦ πρὸς κύριον κεκράγασιν πλανώμενοι τὰ σῖτα ζητοῦντες
Kim qarğaya yem verə bilər Balaları Allaha fəryad edəndə, Acından vurnuxanda?