< Ἠσαΐας 16 >

1 ἀποστελῶ ὡς ἑρπετὰ ἐπὶ τὴν γῆν μὴ πέτρα ἔρημός ἐστιν τὸ ὄρος Σιων
Seladan səhra yolu ilə Sion dağına, Ölkənin hökmdarına quzular göndərin.
2 ἔσῃ γὰρ ὡς πετεινοῦ ἀνιπταμένου νεοσσὸς ἀφῃρημένος θύγατερ Μωαβ ἔπειτα δέ Αρνων
Moav qızları yuvalarından atılmış, Ora-bura uçan quşlara bənzəyir, Onlar Arnon çayının bərələrində dolaşır.
3 πλείονα βουλεύου ποιεῖτε σκέπην πένθους αὐτῇ διὰ παντός ἐν μεσημβρινῇ σκοτίᾳ φεύγουσιν ἐξέστησαν μὴ ἀπαχθῇς
«Bizə öyüd ver, ədalət göstər, Gündüzün istisində gecə kimi üstümüzə kölgə sal, Sürgünləri saxla, qaçqınları təslim etmə.
4 παροικήσουσίν σοι οἱ φυγάδες Μωαβ ἔσονται σκέπη ὑμῖν ἀπὸ προσώπου διώκοντος ὅτι ἤρθη ἡ συμμαχία σου καὶ ὁ ἄρχων ἀπώλετο ὁ καταπατῶν ἐπὶ τῆς γῆς
Qoy Moavdan sürgün olanlar Səninlə birlikdə yaşasın, Məhv edənlərə qarşı biz Moavlıların pənahı ol». Qarət və qırğın qurtaranda, Ölkəni ayaqları altına salanlar yox olanda,
5 καὶ διορθωθήσεται μετ’ ἐλέους θρόνος καὶ καθίεται ἐπ’ αὐτοῦ μετὰ ἀληθείας ἐν σκηνῇ Δαυιδ κρίνων καὶ ἐκζητῶν κρίμα καὶ σπεύδων δικαιοσύνην
Məhəbbət üzərində taxt qurulacaq, Davud nəslindən bir nəfər Sədaqətlə padşahlıq edəcək, Hökm edərkən ədaləti axtaracaq, Tezliklə salehliyi yerinə yetirəcək.
6 ἠκούσαμεν τὴν ὕβριν Μωαβ ὑβριστὴς σφόδρα τὴν ὑπερηφανίαν ἐξῆρας οὐχ οὕτως ἡ μαντεία σου
Moavlıların nə dərəcədə Qürurlanıb lovğalandıqlarını, Nə cür təkəbbürlü olduqlarını eşitdik, Boş yerə öyünürlər.
7 οὐχ οὕτως ὀλολύξει Μωαβ ἐν γὰρ τῇ Μωαβίτιδι πάντες ὀλολύξουσιν τοῖς κατοικοῦσιν Δεσεθ μελετήσεις καὶ οὐκ ἐντραπήσῃ
Buna görə Moavlılar Moav üçün fəryad edəcək; Hamısı fəryad edəcək, Qir-Xaresetin kişmiş kökələrini Yada salaraq inləyib kədərlənəcək.
8 τὰ πεδία Εσεβων πενθήσει ἄμπελος Σεβαμα καταπίνοντες τὰ ἔθνη καταπατήσατε τὰς ἀμπέλους αὐτῆς ἕως Ιαζηρ οὐ μὴ συνάψητε πλανήθητε τὴν ἔρημον οἱ ἀπεσταλμένοι ἐγκατελείφθησαν διέβησαν γὰρ τὴν ἔρημον
Çünki Xeşbon tarlaları, Sivma tənəkləri qurudu. Başqa millətlərin başçıları seçmə budaqlarını qırdı, O budaqları ki Yazerə qədər uzanardı, Səhraya çatırdı, şaxələnib dənizi aşırdı.
9 διὰ τοῦτο κλαύσομαι ὡς τὸν κλαυθμὸν Ιαζηρ ἄμπελον Σεβαμα τὰ δένδρα σου κατέβαλεν Εσεβων καὶ Ελεαλη ὅτι ἐπὶ τῷ θερισμῷ καὶ ἐπὶ τῷ τρυγήτῳ σου καταπατήσω καὶ πάντα πεσοῦνται
Buna görə Yazer ağlaşması ilə Sivma tənəkləri üçün acı-acı ağlayıram. Ey Xeşbon və Elale, Çünki yay meyvələrinizin və biçininizin üzərinə Döyüş nərəsi düşdü.
10 καὶ ἀρθήσεται εὐφροσύνη καὶ ἀγαλλίαμα ἐκ τῶν ἀμπελώνων σου καὶ ἐν τοῖς ἀμπελῶσίν σου οὐ μὴ εὐφρανθήσονται καὶ οὐ μὴ πατήσουσιν οἶνον εἰς τὰ ὑπολήνια πέπαυται γάρ
Meyvə bağlarından sevinc və fərəh götürüldü, Üzümlüklərdə nə nəğmələr, nə də sevinc nidaları səslənir. Üzümsıxanlardan şərab götürülməyəcək, Onların sevinc səslərini kəsdim.
11 διὰ τοῦτο ἡ κοιλία μου ἐπὶ Μωαβ ὡς κιθάρα ἠχήσει καὶ τὰ ἐντός μου ὡσεὶ τεῖχος ὃ ἐνεκαίνισας
Buna görə ürəyim Moav üçün lira kimi inləyir, Qəlbim Qir-Xareset üçün sızlayır.
12 καὶ ἔσται εἰς τὸ ἐντραπῆναί σε ὅτι ἐκοπίασεν Μωαβ ἐπὶ τοῖς βωμοῖς καὶ εἰσελεύσεται εἰς τὰ χειροποίητα αὐτῆς ὥστε προσεύξασθαι καὶ οὐ μὴ δύνηται ἐξελέσθαι αὐτόν
Moav xalqı səcdəgahlarına çıxaraq Boş yerə özünü yorur, Dua etmək üçün Müqəddəs məkanına gedəcək, Amma hər şey boş-boşunadır!
13 τοῦτο τὸ ῥῆμα ὃ ἐλάλησεν κύριος ἐπὶ Μωαβ ὁπότε καὶ ἐλάλησεν
Rəbbin Moav haqqında keçmişdə dediyi sözü budur.
14 καὶ νῦν λέγω ἐν τρισὶν ἔτεσιν ἐτῶν μισθωτοῦ ἀτιμασθήσεται ἡ δόξα Μωαβ ἐν παντὶ τῷ πλούτῳ τῷ πολλῷ καὶ καταλειφθήσεται ὀλιγοστὸς καὶ οὐκ ἔντιμος
İndi isə Rəbb belə deyir: «Tam üç ilin ərzində Moavın şan-şöhrəti çoxsaylı xalqı ilə birgə alçaldılacaq, sağ qalanları azalıb zəifləyəcək».

< Ἠσαΐας 16 >