< Βασιλειῶν Αʹ 18 >
Davud Şaulla danışığını qurtaran kimi Yonatanın qəlbi Davudun qəlbinə bağlandı və Yonatan onu öz canı kimi sevdi.
Şaul o gündən sonra Davudu öz yanında saxlayıb bir daha atasının evinə qayıtmağa qoymadı.
Yonatan isə Davudla əhd bağladı, çünki onu öz canı kimi sevirdi.
Yonatan cübbəsini əynindən çıxarıb qılınc, ox-kaman və kəməri ilə birlikdə zirehini Davuda verdi.
Şaul Davudu hansı işə göndərirdisə, o uğur qazanırdı. Ona görə də Şaul Davudu döyüşçülərinin başçısı etdi və bu da həm xalqın, həm də Şaulun əyanlarının gözünə xoş göründü.
6 καὶ ἐξῆλθον αἱ χορεύουσαι εἰς συνάντησιν Δαυιδ ἐκ πασῶν πόλεων Ισραηλ ἐν τυμπάνοις καὶ ἐν χαρμοσύνῃ καὶ ἐν κυμβάλοις
Davud Filiştli Qolyatı öldürüb qayıdanda əsgərlər geri gələrkən İsrailin bütün şəhərlərindən qadınlar dəflərlə, üçsimli alətlərlə şənlik mahnısı oxuyaraq və rəqs edərək padşah Şaulu qarşılamaq üçün çıxırdılar.
7 καὶ ἐξῆρχον αἱ γυναῖκες καὶ ἔλεγον ἐπάταξεν Σαουλ ἐν χιλιάσιν αὐτοῦ καὶ Δαυιδ ἐν μυριάσιν αὐτοῦ
Qadınlar rəqs edə-edə belə mahnı oxuyurdular: «Şaul qırdı minləri, Davudsa on minləri».
8 καὶ πονηρὸν ἐφάνη τὸ ῥῆμα ἐν ὀφθαλμοῖς Σαουλ περὶ τοῦ λόγου τούτου καὶ εἶπεν τῷ Δαυιδ ἔδωκαν τὰς μυριάδας καὶ ἐμοὶ ἔδωκαν τὰς χιλιάδας
Şaul bundan çox qəzəbləndi, çünki bu söz onun gözündə pis göründü və dedi: «Davud üçün on minləri, mənim üçünsə ancaq minləri deyirlər. Təkcə padşahlıq qaldı, bundan başqa nə var ki, ona verilsin?»
9 καὶ ἦν Σαουλ ὑποβλεπόμενος τὸν Δαυιδ ἀπὸ τῆς ἡμέρας ἐκείνης καὶ ἐπέκεινα
O gündən sonra Şaul Davuda çəp-çəp baxmağa başladı.
Ertəsi gün Allahın izni ilə şər ruh Şaulun üstünə qüvvə ilə gəldi və o, evinin ortasında sayıqlamağa başladı. Davud isə hər gün etdiyi kimi yenə də əlində lira çalırdı. Şaulun nizəsi əlində olardı.
Şaul «qoy Davudu bu nizə ilə divara yapışdırım» deyərək nizəni atdı. Lakin Davud onun qabağından iki dəfə kənara çəkildi.
12 καὶ ἐφοβήθη Σαουλ ἀπὸ προσώπου Δαυιδ
Şaul Davuddan qorxdu, çünki Rəbb Davudla idi və Şauldan ayrılmışdı.
13 καὶ ἀπέστησεν αὐτὸν ἀπ’ αὐτοῦ καὶ κατέστησεν αὐτὸν ἑαυτῷ χιλίαρχον καὶ ἐξεπορεύετο καὶ εἰσεπορεύετο ἔμπροσθεν τοῦ λαοῦ
Ona görə də Şaul onu öz yanından uzaqlaşdırıb minbaşı etdi və Davud xalqı döyüşə aparıb-gətirməyə başladı.
14 καὶ ἦν Δαυιδ ἐν πάσαις ταῖς ὁδοῖς αὐτοῦ συνίων καὶ κύριος μετ’ αὐτοῦ
Davud bütün yürüşlərində uğur qazanırdı, çünki Rəbb onunla idi.
15 καὶ εἶδεν Σαουλ ὡς αὐτὸς συνίει σφόδρα καὶ εὐλαβεῖτο ἀπὸ προσώπου αὐτοῦ
Şaul Davudun böyük uğurlar qazandığını görüb çox qorxdu.
16 καὶ πᾶς Ισραηλ καὶ Ιουδας ἠγάπα τὸν Δαυιδ ὅτι αὐτὸς ἐξεπορεύετο καὶ εἰσεπορεύετο πρὸ προσώπου τοῦ λαοῦ
Bütün İsrail və Yəhuda xalqı isə Davudu çox sevirdi, çünki onları döyüşlərə aparıb-gətirirdi.
Şaul Davuda dedi: «Bax, budur böyük qızım Merav, onu sənə ərə verəcəyəm. Ancaq sən uğrumda cəsur ol və Rəbbin döyüşlərini apar». Çünki Şaul «qoy o mənim yox, Filiştlilərin əlində ölsün» deyə fikirləşdi.
Davud Şaula dedi: «Axı mən kiməm ki? Ailəm kimdir, İsraildə atamın nəsli kimdir ki, padşaha kürəkən olum?»
Şaulun qızı Merav isə Davuda veriləcəyi vaxt Mexolalı Adrielə ərə verildi.
20 καὶ ἠγάπησεν Μελχολ ἡ θυγάτηρ Σαουλ τὸν Δαυιδ καὶ ἀπηγγέλη Σαουλ καὶ ηὐθύνθη ἐν ὀφθαλμοῖς αὐτοῦ
Şaulun o biri qızı Mikal Davuda vurulmuşdu. Bu xəbəri Şaula çatdırdılar və bu onun gözündə xoş göründü.
21 καὶ εἶπεν Σαουλ δώσω αὐτὴν αὐτῷ καὶ ἔσται αὐτῷ εἰς σκάνδαλον καὶ ἦν ἐπὶ Σαουλ χεὶρ ἀλλοφύλων
Şaul «Davuda Mikalı verim ki, bu ona bir tələ olsun. Qoy Davud Filiştlilərin əli ilə öldürülsün» deyə fikirləşdi. Sonra Şaul Davuda dedi: «Bu gün mənə kürəkən olmaq üçün əlində ikinci fürsət var».
22 καὶ ἐνετείλατο Σαουλ τοῖς παισὶν αὐτοῦ λέγων λαλήσατε ὑμεῖς λάθρᾳ τῷ Δαυιδ λέγοντες ἰδοὺ ὁ βασιλεὺς θέλει ἐν σοί καὶ πάντες οἱ παῖδες αὐτοῦ ἀγαπῶσίν σε καὶ σὺ ἐπιγάμβρευσον τῷ βασιλεῖ
Şaul əyanlarına əmr etdi ki, Davuda gizlincə belə desinlər: «Bax padşahın səndən xoşu gəlir və bütün əyanları da səni sevir; gəl indi padşaha sən kürəkən ol».
23 καὶ ἐλάλησαν οἱ παῖδες Σαουλ εἰς τὰ ὦτα Δαυιδ τὰ ῥήματα ταῦτα καὶ εἶπεν Δαυιδ εἰ κοῦφον ἐν ὀφθαλμοῖς ὑμῶν ἐπιγαμβρεῦσαι βασιλεῖ κἀγὼ ἀνὴρ ταπεινὸς καὶ οὐχὶ ἔνδοξος
Şaulun əyanları bu sözləri Davuda eşitdirəndə o belə dedi: «Kasıb və gərəksiz adam olan mən padşahamı kürəkən olum? Məgər bu sizin gözünüzdə kiçik işdirmi?»
24 καὶ ἀπήγγειλαν οἱ παῖδες Σαουλ αὐτῷ κατὰ τὰ ῥήματα ταῦτα ἃ ἐλάλησεν Δαυιδ
Şaulun əyanları «Davud belə söylədi» deyərək onun sözünü Şaula çatdırdılar.
25 καὶ εἶπεν Σαουλ τάδε ἐρεῖτε τῷ Δαυιδ οὐ βούλεται ὁ βασιλεὺς ἐν δόματι ἀλλ’ ἢ ἐν ἑκατὸν ἀκροβυστίαις ἀλλοφύλων ἐκδικῆσαι εἰς ἐχθροὺς τοῦ βασιλέως καὶ Σαουλ ἐλογίσατο αὐτὸν ἐμβαλεῖν εἰς χεῖρας τῶν ἀλλοφύλων
Şaul dedi: «Davuda deyərsiniz: “Padşah səndən başlıq pulu istəmir. Ancaq padşahın düşmənlərindən qisas almaq üçün yüz Filiştlinin sünnət ətini istəyir”». Bunu da Şaul Davudu Filiştlilərin əli ilə həlak etmək üçün quraşdırmışdı.
26 καὶ ἀπαγγέλλουσιν οἱ παῖδες Σαουλ τῷ Δαυιδ τὰ ῥήματα ταῦτα καὶ εὐθύνθη ὁ λόγος ἐν ὀφθαλμοῖς Δαυιδ ἐπιγαμβρεῦσαι τῷ βασιλεῖ
Şaulun əyanları bu sözləri Davuda çatdırdılar və padşahın kürəkəni olmaq onun gözündə xoş göründü. Təyin olunan günlər hələ başa çatmamış
27 καὶ ἀνέστη Δαυιδ καὶ ἐπορεύθη αὐτὸς καὶ οἱ ἄνδρες αὐτοῦ καὶ ἐπάταξεν ἐν τοῖς ἀλλοφύλοις ἑκατὸν ἄνδρας καὶ ἀνήνεγκεν τὰς ἀκροβυστίας αὐτῶν τῷ βασιλεῖ καὶ ἐπιγαμβρεύεται τῷ βασιλεῖ καὶ δίδωσιν αὐτῷ τὴν Μελχολ θυγατέρα αὐτοῦ αὐτῷ εἰς γυναῖκα
Davud qalxıb adamları ilə getdi və Filiştlilərdən iki yüz kişini öldürdü. Padşahın kürəkəni olmaq üçün Davud onların sünnət ətini gətirdi və onları tam sayda padşaha verdilər. Şaul qızı Mikalı Davuda ərə verdi.
28 καὶ εἶδεν Σαουλ ὅτι κύριος μετὰ Δαυιδ καὶ πᾶς Ισραηλ ἠγάπα αὐτόν
Şaul Rəbbin Davudla olduğunu görüb başa düşdü. Şaulun qızı Mikal isə Davudu sevirdi.
29 καὶ προσέθετο εὐλαβεῖσθαι ἀπὸ Δαυιδ ἔτι
Bundan sonra Şaul Davuddan daha da qorxdu və ömrünün sonuna qədər ona düşmən oldu.
Filiştlilərin başçıları döyüşə çıxırdılar. Onlar hər dəfə döyüşə çıxanda Davud Şaulun əyanlarının hamısından daha çox uğur qazanırdı. Buna görə də onun adı çox şöhrətlənmişdi.