< Παραλειπομένων Αʹ 23 >
1 καὶ Δαυιδ πρεσβύτης καὶ πλήρης ἡμερῶν καὶ ἐβασίλευσεν Σαλωμων τὸν υἱὸν αὐτοῦ ἀντ’ αὐτοῦ ἐπὶ Ισραηλ
Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.
2 καὶ συνήγαγεν τοὺς πάντας ἄρχοντας Ισραηλ καὶ τοὺς ἱερεῖς καὶ τοὺς Λευίτας
Davud İsrailin bütün başçılarını, kahinləri və Levililəri topladı.
3 καὶ ἠριθμήθησαν οἱ Λευῖται ἀπὸ τριακονταετοῦς καὶ ἐπάνω καὶ ἐγένετο ὁ ἀριθμὸς αὐτῶν κατὰ κεφαλὴν αὐτῶν εἰς ἄνδρας τριάκοντα καὶ ὀκτὼ χιλιάδας
Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi.
4 ἀπὸ τούτων ἐργοδιῶκται ἐπὶ τὰ ἔργα οἴκου κυρίου εἴκοσι τέσσαρες χιλιάδες καὶ γραμματεῖς καὶ κριταὶ ἑξακισχίλιοι
Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbədində xidmət üçün qoyuldu. Altı min məmur və hakim,
5 καὶ τέσσαρες χιλιάδες πυλωροὶ καὶ τέσσαρες χιλιάδες αἰνοῦντες τῷ κυρίῳ ἐν τοῖς ὀργάνοις οἷς ἐποίησεν τοῦ αἰνεῖν τῷ κυρίῳ
dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu.
6 καὶ διεῖλεν αὐτοὺς Δαυιδ ἐφημερίας τοῖς υἱοῖς Λευι τῷ Γεδσων Κααθ Μεραρι
Levinin Gerşon, Qohat və Merari nəsillərinə görə Davud onları bölmələrə ayırdı.
7 καὶ τῷ Παροσωμ τῷ Εδαν καὶ τῷ Σεμεϊ
Gerşonun nəslindən: Ladan və Şimey.
8 υἱοὶ τῷ Εδαν ὁ ἄρχων Ιιηλ καὶ Ζεθομ καὶ Ιωηλ τρεῖς
Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər.
9 υἱοὶ Σεμεϊ Σαλωμιθ καὶ Ιιηλ καὶ Αιδαν τρεῖς οὗτοι ἄρχοντες τῶν πατριῶν τῷ Εδαν
Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi.
10 καὶ τοῖς υἱοῖς Σεμεϊ Ιεθ καὶ Ζιζα καὶ Ιωας καὶ Βερια οὗτοι υἱοὶ Σεμεϊ τέσσαρες
Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi.
11 καὶ ἦν Ιεθ ὁ ἄρχων καὶ Ζιζα ὁ δεύτερος καὶ Ιωας καὶ Βερια οὐκ ἐπλήθυναν υἱοὺς καὶ ἐγένοντο εἰς οἶκον πατριᾶς εἰς ἐπίσκεψιν μίαν
Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.
12 υἱοὶ Κααθ Αμβραμ Ισσααρ Χεβρων Οζιηλ τέσσαρες
Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər.
13 υἱοὶ Αμβραμ Ααρων καὶ Μωυσῆς καὶ διεστάλη Ααρων τοῦ ἁγιασθῆναι ἅγια ἁγίων αὐτὸς καὶ οἱ υἱοὶ αὐτοῦ ἕως αἰῶνος τοῦ θυμιᾶν ἐναντίον τοῦ κυρίου λειτουργεῖν καὶ ἐπεύχεσθαι ἐπὶ τῷ ὀνόματι αὐτοῦ ἕως αἰῶνος
Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsli əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua vermək üçün təyin olundu.
14 καὶ Μωυσῆς ἄνθρωπος τοῦ θεοῦ υἱοὶ αὐτοῦ ἐκλήθησαν εἰς φυλὴν τοῦ Λευι
Allah adamı Musaya gəlincə, onun nəsli Levi qəbiləsi arasında siyahıya alındı.
15 υἱοὶ Μωυσῆ Γηρσαμ καὶ Ελιεζερ
Musanın oğulları: Gerşom və Eliezer.
16 υἱοὶ Γηρσαμ Σουβαηλ ὁ ἄρχων
Gerşomun ilk oğlu Şevuel.
17 καὶ ἦσαν υἱοὶ τῷ Ελιεζερ Ρααβια ὁ ἄρχων καὶ οὐκ ἦσαν τῷ Ελιεζερ υἱοὶ ἕτεροι καὶ υἱοὶ Ρααβια ηὐξήθησαν εἰς ὕψος
Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi.
18 υἱοὶ Ισσααρ Σαλωμωθ ὁ ἄρχων
İsharın ilk oğlu Şelomit.
19 υἱοὶ Χεβρων Ιδουδ ὁ ἄρχων Αμαδια ὁ δεύτερος Οζιηλ ὁ τρίτος Ικεμιας ὁ τέταρτος
Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam.
20 υἱοὶ Οζιηλ Μιχας ὁ ἄρχων καὶ Ισια ὁ δεύτερος
Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.
21 υἱοὶ Μεραρι Μοολι καὶ Μουσι υἱοὶ Μοολι Ελεαζαρ καὶ Κις
Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş.
22 καὶ ἀπέθανεν Ελεαζαρ καὶ οὐκ ἦσαν αὐτῷ υἱοὶ ἀλλ’ ἢ θυγατέρες καὶ ἔλαβον αὐτὰς υἱοὶ Κις ἀδελφοὶ αὐτῶν
Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin oğulları onları arvad aldılar.
23 υἱοὶ Μουσι Μοολι καὶ Εδερ καὶ Ιαριμωθ τρεῖς
Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər.
24 οὗτοι υἱοὶ Λευι κατ’ οἴκους πατριῶν αὐτῶν ἄρχοντες τῶν πατριῶν αὐτῶν κατὰ τὴν ἐπίσκεψιν αὐτῶν κατὰ τὸν ἀριθμὸν ὀνομάτων αὐτῶν κατὰ κεφαλὴν αὐτῶν ποιοῦντες τὰ ἔργα λειτουργίας οἴκου κυρίου ἀπὸ εἰκοσαετοῦς καὶ ἐπάνω
Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.
25 ὅτι εἶπεν Δαυιδ κατέπαυσεν κύριος ὁ θεὸς Ισραηλ τῷ λαῷ αὐτοῦ καὶ κατεσκήνωσεν ἐν Ιερουσαλημ ἕως αἰῶνος
Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq.
26 καὶ οἱ Λευῖται οὐκ ἦσαν αἴροντες τὴν σκηνὴν καὶ τὰ πάντα σκεύη αὐτῆς εἰς τὴν λειτουργίαν αὐτῆς
Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq».
27 ὅτι ἐν τοῖς λόγοις Δαυιδ τοῖς ἐσχάτοις ἐστὶν ὁ ἀριθμὸς υἱῶν Λευι ἀπὸ εἰκοσαετοῦς καὶ ἐπάνω
Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı.
28 ὅτι ἔστησεν αὐτοὺς ἐπὶ χεῖρα Ααρων τοῦ λειτουργεῖν ἐν οἴκῳ κυρίου ἐπὶ τὰς αὐλὰς καὶ ἐπὶ τὰ παστοφόρια καὶ ἐπὶ τὸν καθαρισμὸν τῶν πάντων ἁγίων καὶ ἐπὶ τὰ ἔργα λειτουργίας οἴκου τοῦ θεοῦ
Onların vəzifəsi Rəbbin məbədində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək,
29 εἰς τοὺς ἄρτους τῆς προθέσεως εἰς τὴν σεμίδαλιν τῆς θυσίας καὶ εἰς τὰ λάγανα τὰ ἄζυμα καὶ εἰς τήγανον καὶ εἰς τὴν πεφυραμένην καὶ εἰς πᾶν μέτρον
təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq,
30 καὶ τοῦ στῆναι πρωὶ τοῦ αἰνεῖν ἐξομολογεῖσθαι τῷ κυρίῳ καὶ οὕτως τὸ ἑσπέρας
hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək,
31 καὶ ἐπὶ πάντων τῶν ἀναφερομένων ὁλοκαυτωμάτων τῷ κυρίῳ ἐν τοῖς σαββάτοις καὶ ἐν ταῖς νεομηνίαις καὶ ἐν ταῖς ἑορταῖς κατὰ ἀριθμὸν κατὰ τὴν κρίσιν ἐπ’ αὐτοῖς διὰ παντὸς τῷ κυρίῳ
Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək.
32 καὶ φυλάξουσιν τὰς φυλακὰς σκηνῆς τοῦ μαρτυρίου καὶ τὰς φυλακὰς υἱῶν Ααρων ἀδελφῶν αὐτῶν τοῦ λειτουργεῖν ἐν οἴκῳ κυρίου
Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.