< Richter 8 >

1 Und die Männer von Ephraim sprachen zu ihm: Warum hast du uns das getan, daß du uns nicht riefst, als du zogst wider Midjan zu streiten? Und sie haderten gewaltig mit ihm.
Efrayimlilər Gideona dedilər: «Bu nə işdir başımıza gətirdin? Midyanlılarla döyüşə gedəndə niyə bizi çağırmadın?» Bundan ötrü onunla kəskin mübahisə etdilər.
2 Und er sprach zu ihnen: Was habe ich nun getan wie ihr? Ist nicht die Nachlese Ephraims besser, als die Weinlese Abiesers?
Gideon onlara dedi: «Axı sizin gördüyünüz işlərin yanında indi gördüyüm bu iş nədir ki? Efrayimin üzüm başaqları Aviezerin üzüm bağının məhsullarından yaxşı deyilmi?
3 In eure Hand hat Gott die Obersten Midjans gegeben, den Oreb und den Seeb! Und was konnte ich tun, wie ihr? Da ließ ihr Geist von ihm ab, da er solches Wort redete.
Midyan başçıları olan, Orevi və Zeevi Allah sizə təslim etdi. Axı sizin gördüyünüz işlərin yanında mən nə edə bilmişəm?» Bunu deyəndən sonra Efrayimlilərin ona olan qəzəbi yatdı.
4 Und Gideon kam an den Jordan und setzte über, er und die dreihundert Mann, die mit ihm waren, matt, und doch setzten sie nach.
Gideon İordan çayına çatdı, özü və yanındakı üç yüz nəfərlə bərabər çayı keçdilər. Onlar yorulmaqlarına baxmayaraq düşmənləri təqib etməkdə davam edirdilər.
5 Und er sprach zu den Männern von Sukkoth: Gebt doch dem Volke, das mir zu Fuße folgt, einige Laibe Brot, denn sie sind matt, und ich setze hinter dem Sebach und Zalmunna, Midjans Königen, nach.
O gəlib Sukkot adamlarının yanına çataraq dedi: «Rica edirəm, arxamca gələn adamlara bir parça çörək verin, çünki taqətdən düşüblər. Mən isə Midyan padşahları Zevah və Salmunnanın ardınca qaçıram».
6 Und die Obersten von Sukkoth sprachen: Hast du die Faust Sebachs und Zalmunnas schon in deiner Hand, daß wir deinem Heere Brot geben sollen?
Sukkot başçıları ona dedilər: «Zevah və Salmunnanın biləyi indi sənin əlindədir ki, sənin döyüşçülərinə çörək verək?»
7 Und Gideon sprach: Deshalb will ich, wenn Jehovah Sebach und Zalmunna in meine Hand gibt, dann euer Fleisch mit Dornen der Wüste und mit Stechdisteln dreschen.
Gideon onlara dedi: «Elə buna görə sizə deyirəm ki, Rəbb Zevah və Salmunnanı mənə təslim edəndə çölün tikanları və kolları ilə ətinizi didəcəyəm».
8 Und von dannen zog er hinauf gen Penuel und sprach zu ihnen ebenso. Und die Männer von Penuel antworteten ihm, wie die Männer von Sukkoth geantwortet.
Oradan gəlib Penuelə çıxdı və oradakılardan da eyni şeyi istədi. Sukkot sakinləri necə ona cavab vermişdilərsə, Penuel sakinləri də ona elə cavab verdilər.
9 Und er sprach auch zu den Männern von Penuel und sagte: Komme ich mit Frieden zurück, so will ich diesen Turm niederreißen.
Gideon Penuel sakinlərinə isə belə dedi: «Sağ-salamat geriyə qayıtdığım zaman bu qülləni dağıdacağam».
10 Und Sebach und Zalmunna waren in Karkor und ihr Lager mit ihnen bei fünfzehntausend Mann, alle, die noch übrig waren vom ganzen Lager der Söhne des Ostens; der Gefallenen aber waren hundertzwanzigtausend Männer, die das Schwert zogen.
Zevahla Salmunna və bütün şərq xalqlarının ordusundan sağ qalan təxminən on beş min nəfərlik bir ordu Qarqorda idi. Onların ordusundan yüz iyirmi min qılınc gəzdirən adam yerə sərilmişdi.
11 Und Gideon zog den Weg der Zeltbewohner hinauf auf der Ostseite von Nobach und Jogbehah und schlug das Lager. Das Lager war sicher.
Gideon Novah və Yoqbohanın şərqindən – köçərilərin yolundan keçərək laqeyd dayanan düşmən ordugahına hücum etdi.
12 Und Sebach und Zalmunna flohen, und er setzte hinter ihnen nach und fing die zwei Könige Midjans, Sebach und Zalmunna, und scheuchte ihr ganzes Lager.
Zevah və Salmunna qaçdı. Gideon isə onları təqib etdi. O, Midyanın iki padşahı Zevahla Salmunnanı tutub bütün ordunu məğlub etdi.
13 Und Gideon, der Sohn des Joasch, kehrte, bevor die Sonne aufging, vom Streite zurück.
Yoaş oğlu Gideon Xeres keçidi ilə döyüşdən qayıtdı.
14 Und er fing einen Jungen der Männer von Sukkoth auf und befragte ihn. Und der schrieb ihm die Obersten von Sukkoth und ihre Ältesten auf, siebenundsiebzig Männer.
Sukkot sakinlərindən bir cavanı tutub ondan söz aldı. O da ona Sukkot başçısı olan yetmiş yeddi ağsaqqalın adını yazıb verdi.
15 Und er kam zu den Männern von Sukkoth und sprach. Siehe, hier sind Sebach und Zalmunna, wegen derer ihr mich geschmäht und gesagt habt: Sind die Fäuste Sebachs und Zalmunnas schon in deiner Hand, daß wir deinen Männern, die matt sind, Brot geben sollen?
Gideon Sukkot sakinlərinin yanına gəlib dedi: «“Zevah və Salmunnanın biləyi sənin əlindədir ki, sənin yorğun adamlarına çörək verək?” deyərək məni ələ salırdınız. Budur, bu da Zevah və Salmunna!»
16 Und er nahm die Ältesten der Stadt und Dornen der Wüste und Stechdisteln und ließ die Männer von Sukkoth sie fühlen.
Sonra o, şəhər ağsaqqallarını topladı və Sukkot sakinlərini çöl tikanları və kollarla döyərək tənbeh etdi.
17 Und den Turm von Penuel riß er nieder und erwürgte die Männer der Stadt.
Bundan sonra da gəlib Penuel qülləsini dağıtdı və şəhərin sakinlərini qırdı.
18 Und zu Sebach und Zalmunna sprach er: Wie waren die Männer, die ihr auf Thabor erwürgtet? Und sie sprachen: Wie du, so waren sie, ein jeder von Gestalt wie Königssöhne.
Gideon Zevah ilə Salmunnaya dedi: «Tavorda öldürdüyünüz adamlar necə adamlar idi?» Onlar dedilər: «Hamısı sənin kimi padşah oğullarına oxşayırdı».
19 Und er sprach. Es waren meine Brüder, meiner Mutter Söhne. Beim Leben Jehovahs: Wenn ihr sie hättet leben lassen, so wollte ich euch nicht erwürgen.
Gideon dedi: «Onlar mənim qardaşlarım, anamın oğulları idi. Var olan Rəbb haqqı, əgər siz onları sağ buraxsaydınız, mən də sizi öldürməzdim».
20 Und er sprach zu Jether, seinem Erstgeborenen: Stehe auf und erwürge sie. Der Junge aber zog sein Schwert nicht, denn er fürchtete sich, weil er noch ein Junge war.
İlk oğlu Yeterə dedi: «Qalx onları öldür». Lakin oğlan qılıncını çəkmədi, çünki hələ cavan olduğuna görə qorxurdu.
21 Und Sebach und Zalmunna sprachen: Stehe du auf und stoß auf uns, denn wie der Mann ist, ist auch seine Macht. Und Gideon stand auf und erwürgte Sebach und Zalmunna nun und nahm dann die Halbmonde, die an den Hälsen ihrer Kamele waren.
Zevah və Salmunna dedilər: «Dur, bizi sən vur, çünki kişi güclü olar». Gideon qalxıb Zevahla Salmunnanı öldürdü və sonra onların dəvələrinin boyunlarından asılan ayparalarını götürdü.
22 Und die Männer Israels sprachen zu Gideon: Herrsche du über uns, du und auch dein Sohn und auch deines Sohnes Sohn; denn du hast uns aus der Hand Midjans gerettet.
İsraillilər Gideona dedilər: «Sən, oğlun və nəvən bizə hakimlik edin. Çünki bizi Midyanın əlindən sən qurtardın».
23 Und Gideon sprach zu ihnen: Ich will nicht herrschen über euch, und auch mein Sohn soll nicht herrschen über euch. Jehovah soll über euch herrschen!
Gideon onlara dedi: «Nə mən sizin üstünüzdə hakimlik edəcəyəm, nə də oğlum. Sizə hökmranlığı Rəbb edəcək».
24 Und Gideon sprach zu ihnen: Eine Bitte will ich mir von euch erbitten: So gebt mir ein jeder Mann den Ring von seiner Beute; denn sie hatten goldene Ringe, weil sie Ischmaeliten waren.
Sonra Gideon onlara dedi: «Ancaq sizdən bir ricam var ki, götürdüyünüz talan malından hər kəs mənə bir sırğa versin». Çünki düşmənlər İsmailli olduqları üçün qızıl sırğa taxırdılar.
25 Und sie sprachen: Wir wollen sie geben. Und sie breiteten ein Gewand aus, und sie warfen darein, jeder Mann den Ring von seiner Beute.
Onlar Gideona dedilər: «Bunu məmnuniyyətlə verərik». Onlar yerə bir paltar sərdilər və hamı talan malından götürdüyü sırğaları bu paltarın üstünə atdı.
26 Und das Gewicht der goldenen Ringe, die er sich erbeten, war tausendsiebenhundert Goldschekel außer den Halbmonden und Ohrgehängen und Purpurkleidern, die Midjans Könige anhatten, und außer dem Halsgehänge am Halse der Kamele.
Ayparalardan, boyunbağılardan, Midyan padşahlarının əynindəki tünd qırmızı paltarlardan və dəvələrin boynundakı zəncirlərdən əlavə bu qızıl sırğaların çəkisi min yeddi yüz şekel gəlirdi.
27 Und Gideon machte es zu einem Ephod, und stellte es auf in seiner Stadt Ophrah; und ganz Israel buhlte ihm nach daselbst; und es ward Gideon und seinem Hause zum Fallstricke.
Gideon onlardan bir efod düzəltdi və onu öz şəhərində Ofrada qoydu. Bundan sonra bütün İsraillilər orada bu efoda səcdə etməklə Rəbbə xəyanət etdilər. Bu efod Gideon və onun külfəti üçün tələ oldu.
28 Midjan aber beugte sich vor den Söhnen Israels und sie erhoben ihr Haupt nicht mehr, und das Land war stille vierzig Jahre in den Tagen Gideons.
Midyanlılar İsrail övladlarına tabe olub bir daha başlarını qaldıra bilmədilər. Gideonun dövründə ölkə qırx il rahat yaşadı.
29 Und Jerubbaal, der Sohn des Joasch, ging hin und wohnte in seinem Hause.
Yoaş oğlu Yerub-Baal qayıdıb yenə öz evində yaşadı.
30 Und Gideon hatte siebzig Söhne, die aus seiner Hüfte hervorgingen; denn er hatte viele Weiber.
Onun belindən gələn yetmiş oğlu var idi, çünki arvadı çox idi.
31 Und sein Kebsweib, das er in Schechem hatte, gebar ihm auch einen Sohn, dem er den Namen Abimelech gab.
Şekemdə olan cariyəsi də ona bir oğul doğdu və Yerub-Baal onun adını Avimelek qoydu.
32 Gideon, der Sohn des Joasch, starb in gutem Greisenalter und ward begraben im Grab des Joasch, seines Vaters, in Ophrah der Abieseriter.
Yoaş oğlu Gideon uzun və yaxşı ömür sürüb öldü. O, Aviezerlilərin Orfa şəhərində atası Yoaşın məqbərəsində dəfn olundu.
33 Und es geschah, als Gideon gestorben war, da kehrten die Söhne Israels zurück und buhlten den Baalim nach, und setzten Baal-Berith zu ihrem Gotte.
Gideonun vəfatından sonra İsrail övladları yenə də Baal bütlərinə sitayiş edərək Rəbbə xəyanət etdilər. Onlar Baal-Beriti özlərinə allah etdilər.
34 Und die Söhne Israels gedachten nicht an Jehovah, ihren Gott, Der sie aus der Hand aller ihrer Feinde ringsum errettet hatte,
İsrail övladları ətraflarındakı bütün düşmənlərinin əlindən onları azad edən özlərinin Allahı Rəbbi yada salmadılar.
35 Und taten keine Barmherzigkeit dem Hause des Jerubbaal-Gideon nach all dem Guten, das er an Israel getan.
Yerub-Baalın, yəni Gideonun İsraillilərə etdiyi bütün xeyirxahlığın əvəzinə onun nəsli ilə yaxşı rəftar etmədilər.

< Richter 8 >