< Psalm 70 >
1 Dem Musikmeister. Von David, um in Erinnerung zu bringen. Laß dir's gefallen, Gott, mich zu retten; Jahwe, eile mir zu Hilfe!
Musiqi rəhbəri üçün. Davudun yadasalma məzmuru. Ey Allah, məni xilas et, Ya Rəbb, dadıma tez çat!
2 Laß beschämt und enttäuscht werden, die mir nach dem Leben trachten: laß zurückweichen und zu Schanden werden, die mein Unglück wollen.
Canımın qəsdinə duranlar Qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar Geri qovulub rüsvay olsunlar.
3 Laß umkehren ob ihrer Schande, die da rufen: Ha, Ha!
«Aha! Aha!» deyənlər Xəcalət içində çaşıb-qalsınlar.
4 Laß jubeln und sich freuen über dich alle, die dich suchen, und mögen immerdar rufen: Groß ist Gott! die nach deinem Heile verlangen.
Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər, Verdiyin xilası sevənlər Daim «Qoy ucalsın Allah!» desinlər.
5 Ich aber bin elend und arm; o Gott, eile, mir zu gut! Meine Hilfe und mein Retter bist du; Jahwe, säume nicht!
Budur, bir məzlum, bir fəqirəm, Ey Allah, Sən Özünü tez yetir. Köməyim, xilaskarım Sənsən, Ya Rəbb, ləngimə!