< Matthieu 22 >

1 Jésus, prenant la parole, continua à leur parler en paraboles et dit:
İsa yenə onlara məsəllərlə xitab edərək dedi:
2 Le royaume des cieux est semblable à un roi qui fit les noces de son fils.
«Səmavi Padşahlıq oğluna toy ziyafəti verən bir padşaha bənzəyir.
3 Et il envoya ses serviteurs pour appeler ceux qui avaient été invités aux noces; mais ils ne voulurent point venir.
O, toy ziyafətinə dəvət olunanları çağırmaq üçün qullarını göndərdi. Lakin onlar gəlmək istəmədi.
4 Il envoya encore d'autres serviteurs avec cet ordre: Dites à ceux qui ont été invités: J'ai préparé mon dîner; mes taureaux et mes bêtes grasses sont tués, et tout est prêt; venez aux noces.
Bir daha başqa qulları göndərərək onlara dedi: “Dəvət olunanlara deyin ki, budur, mən ziyafətimi hazırladım, öküzlərim və bəslənmiş heyvanlarım kəsilib, hər şey hazırdır, toy ziyafətinə gəlin!”
5 Mais eux, n'en tenant compte, s'en allèrent, l'un à sa métairie, et l'autre à son trafic.
Amma dəvət olunanlar etinasızlıq göstərərək kimi tarlasına, kimi ticarətinə getdi.
6 Et les autres prirent ses serviteurs, et les maltraitèrent, et les tuèrent.
O biriləri isə onun qullarını tutub təhqir etdilər və öldürdülər.
7 Le roi, l'ayant appris, se mit en colère; et ayant envoyé ses troupes, il fit périr ces meurtriers et brûla leur ville.
Padşah bundan xəbər tutaraq qəzəbləndi. Öz qoşunlarını göndərib o qatilləri məhv etdi, şəhərlərini isə yandırdı.
8 Alors il dit à ses serviteurs: Les noces sont bien prêtes, mais ceux qui étaient invités n'en étaient pas dignes.
Onda qullarına dedi: “Toy ziyafəti hazırdır, fəqət dəvət olunanlar buna layiq deyil.
9 Allez donc dans les carrefours des chemins, et invitez aux noces tous ceux que vous trouverez.
Beləliklə, yolayrıclarına gedin və kimi tapsanız, toy ziyafətinə dəvət edin”.
10 Et ses serviteurs, étant allés dans les chemins, rassemblèrent tous ceux qu'ils trouvèrent, tant mauvais que bons, en sorte que la salle des noces fut remplie de gens qui étaient à table.
Həmin qullar yollara çıxdılar. Pis-yaxşı kimi tapdılarsa, hamısını topladılar. Toy məclisi qonaqlarla doldu.
11 Et le roi, étant entré pour voir ceux qui étaient à table, aperçut un homme qui n'était pas vêtu d'un vêtement de noces.
Padşah qonaqlara baxmaq üçün girdikdə orada toy libası geyməmiş bir nəfəri gördü,
12 Et il lui dit: Mon ami, comment es-tu entré ici sans avoir un habit de noces? Et il eut la bouche fermée.
ona dedi: “Dostum! Sən toy libası geyməmiş buraya necə girdin?” O isə susdu.
13 Alors le roi dit aux serviteurs: Liez-le pieds et mains, emportez-le, et le jetez dans les ténèbres de dehors; là seront les pleurs et les grincements de dents.
O zaman padşah xidmətçilərə dedi: “Onun əllərini, ayaqlarını bağlayın və qaranlıq çölə atın! Orada ağlaşma və diş qıcırtısı olacaq”.
14 Car il y a beaucoup d'appelés, mais peu d'élus.
Çünki dəvət edilmiş çox, seçilmiş isə azdır».
15 Alors les pharisiens, s'étant retirés, consultèrent pour le surprendre dans ses discours.
O zaman fariseylər gedib məsləhətləşirdilər ki, Onu söz üstündə necə tutsunlar.
16 Et ils lui envoyèrent de leurs disciples, avec des hérodiens, qui lui dirent: Maître, nous savons que tu es sincère, et que tu enseignes la voie de Dieu selon la vérité, sans avoir égard à qui que ce soit; car tu ne regardes point à l'apparence des hommes.
Onlar hirodçularla birgə öz şagirdlərini İsanın yanına göndərib dedilər: «Müəllim, biz bilirik ki, Sən etibarlı adamsan, Allahın yolunu həqiqətə görə öyrədirsən və heç kimə tərəfkeşlik etmirsən. Çünki insanlar arasında fərq qoymursan.
17 Dis-nous donc ce qu'il te semble de ceci: Est-il permis de payer le tribut à César, ou non?
İndi bizə de görək, Səncə bizim üçün qeysərə vergi verməyə icazə var ya yox?»
18 Mais Jésus, connaissant leur malice, répondit: Hypocrites, pourquoi me tentez-vous?
Amma İsa onların pis niyyətini bilərək dedi: «Ey ikiüzlülər, Məni niyə sınağa çəkirsiniz?
19 Montrez-moi la monnaie du tribut. Et ils lui présentèrent un denier.
Vergi verdiyiniz sikkəni Mənə göstərin». Onlar da Ona bir dinar gətirdilər.
20 Et il leur dit: De qui est cette image et cette inscription?
İsa onlara dedi: «Sikkənin üstündəki bu təsvir və yazı kimindir?»
21 Ils lui dirent: De César. Alors il leur dit: Rendez donc à César ce qui est à César, et à Dieu ce qui est à Dieu.
Ona dedilər: «Qeysərin». O vaxt İsa onlara dedi: «Elə isə, qeysərin haqqını qeysərə, Allahın haqqını Allaha verin».
22 Et ayant entendu cette réponse, ils l'admirèrent; et le laissant, ils s'en allèrent.
Bunu eşitdikləri zaman heyrətləndilər və İsanı tərk edib getdilər.
23 Ce jour-là les sadducéens, qui disent qu'il n'y a point de résurrection, vinrent à Jésus, et lui firent cette question:
Həmin gün dirilmənin olmadığını iddia edən bəzi sadukeylər İsanın yanına gəlib soruşdular:
24 Maître, Moïse a dit: Si quelqu'un meurt sans enfants, son frère épousera sa veuve, et suscitera lignée à son frère.
«Müəllim, Musa belə demişdir: “Əgər bir adam övladsız ölsə, qardaşı onun dul qalmış arvadını alıb ölən qardaşın nəslini davam etdirsin”.
25 Or, il y avait parmi nous sept frères, dont le premier, s'étant marié, mourut; et n'ayant point eu d'enfants, il laissa sa femme à son frère.
Aramızda yeddi qardaş var idi. Birincisi bir arvad aldı və öldü. Uşağı olmadığından arvadı ilə qardaşı evləndi.
26 De même aussi le second, puis le troisième, jusqu'au septième.
İkincisi və üçüncüsü, hətta yeddincisinə qədər eləcə öldü.
27 Or, après eux tous, la femme aussi mourut.
Hamısından sonra bu qadın da öldü.
28 Duquel donc des sept sera-t-elle femme à la résurrection, car tous les sept l'ont eue?
İndi ölülər diriləndə bu qadın o yeddi nəfərdən hansının arvadı olacaq? Çünki hamısı bu qadını almışdı».
29 Mais Jésus, répondant, leur dit: Vous êtes dans l'erreur, parce que vous n'entendez pas les Écritures, ni quelle est la puissance de Dieu.
İsa onlara cavab verib dedi: «Müqəddəs Yazıları və Allahın qüdrətini bilmədiyinizə görə yanılırsınız.
30 Car à la résurrection les hommes ne prendront point de femmes, ni les femmes de maris; mais ils seront comme les anges de Dieu dans le ciel.
Ona görə ki ölülər diriləndə insanlar nə evlənir, nə də ərə gedirlər. Ancaq səmadakı mələklər kimi olurlar.
31 Et, quant à la résurrection des morts, n'avez-vous point lu ce que Dieu vous a dit:
Bəs ölülərin dirilməsinə gəlincə, Allah tərəfindən sizə “Mən İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam” deyə söylənən sözü oxumamısınızmı? Allah ölülərin deyil, dirilərin Allahıdır».
32 Je suis le Dieu d'Abraham, le Dieu d'Isaac et le Dieu de Jacob. Dieu n'est pas le Dieu des morts, mais des vivants.
33 Et le peuple entendant cela, admirait sa doctrine.
Bunları eşidən camaat Onun təliminə təəccüblənirdi.
34 Les pharisiens, ayant appris qu'il avait fermé la bouche aux sadducéens, s'assemblèrent.
Fariseylər İsanın sadukeyləri susdurduğunu eşidəndə bir yerə toplaşdılar.
35 Et l'un d'eux, docteur de la loi, l'interrogea pour l'éprouver, et lui dit:
Onlardan biri olan qanunşünas İsanı sınamaq məqsədi ilə Ondan bunu soruşdu:
36 Maître, quel est le grand commandement de la loi?
«Müəllim, Qanunda ən böyük əmr hansıdır?»
37 Jésus lui dit: Tu aimeras le Seigneur ton Dieu de tout ton cour, de toute ton âme et de toute ta pensée.
İsa ona dedi: «“Allahın Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”.
38 C'est là le premier et le grand commandement.
Bu, böyük və əsas əmrdir.
39 Et voici le second qui lui est semblable: Tu aimeras ton prochain comme toi-même.
Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”.
40 De ces deux commandements dépendent toute la loi et les prophètes.
Bütün Qanun və Peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır».
41 Et les pharisiens étant assemblés, Jésus les interrogea,
Fariseylər toplaşdıqda İsa onlardan bunu soruşdu:
42 Et leur dit: Que vous semble-t-il du Christ? De qui est-il fils? Ils lui répondirent: De David.
«Məsih haqqında nə düşünürsünüz? O kimin Oğludur?» Onlar da İsaya «Davudun Oğlu» dedilər.
43 Et il leur dit: Comment donc David l'appelle-t-il par l'Esprit son Seigneur, en disant:
İsa onlara dedi: «Elə isə, nə üçün Davud Ruh vasitəsilə Ona “Ağa” deyə müraciət edir?
44 Le Seigneur a dit à mon Seigneur: Assieds-toi à ma droite, jusqu'à ce que j'aie fait de tes ennemis le marchepied de tes pieds?
“Rəbb mənim Ağama dedi: ‹Mən düşmənlərini ayaqlarının altına salanadək Sağımda otur›” deyib.
45 Si donc David l'appelle son Seigneur, comment est-il son fils?
Əgər Davud Ona “Ağa” deyə müraciət edirsə, O necə Davudun oğlu ola bilər?»
46 Et personne ne put lui répondre un mot; et depuis ce jour-là personne n'osa plus l'interroger.
Bunun cavabında İsaya kimsə bir söz deyə bilmədi. O gündən sonra artıq heç kim Ondan bir şey soruşmağa cəsarət etmədi.

< Matthieu 22 >