< Jérémie 17 >

1 Le péché de Juda est écrit avec un burin de fer, avec une pointe de diamant; il est gravé sur la table de leurs cœurs et sur les cornes de leurs autels.
Yəhudanın günahı dəmir qələmlə yazıldı, Ürəklərinin lövhələri və qurbangahlarının buynuzları üzərinə Almaz uclu alətlə həkk edildi.
2 Comme ils pensent à leurs enfants, ainsi pensent-ils à leurs autels et à leurs images d'Ashéra auprès des arbres verts et sur les hautes collines.
Onlar kölgəli ağacların yanında, Yüksək təpələrdə, çöldəki dağlarda Qurbangahlarına və Aşera bütlərinə Öz uşaqlarına göstərdikləri qədər maraq göstərir.
3 Je livrerai au pillage ma montagne avec la campagne, tes richesses, tes trésors et tes hauts lieux, à cause de tes péchés sur tout ton territoire.
Sənin mal-dövlətini, Bütün xəzinələrini, səcdəgahlarını Ölkənin hər tərəfində işlənən günahlardan ötrü Qarətə təslim edəcəyəm.
4 Et, par ta faute, tu laisseras en repos l'héritage que je t'avais donné, et je t'asservirai à tes ennemis dans un pays que tu ne connais pas; car vous avez allumé le feu de ma colère, et il brûlera à toujours.
Sənə verdiyim irsi Öz qəbahətinlə yox edəcəksən. Tanımadığın ölkədə səni Düşmənlərinə qul edəcəyəm. Çünki siz Mənim qəzəbimdən Od alışdırdınız, O əbədi yanacaq».
5 Ainsi a dit l'Éternel: Maudit est l'homme qui se confie en l'homme, et qui de la chair fait son bras, et dont le cœur se retire de l'Éternel!
Rəbb belə deyir: «O adam lənətlidir ki, İnsana güvənir, Bəşərin gücünə arxalanır, Ürəyi Rəbdən ayrılır.
6 Il sera comme un homme dénué de secours dans la plaine stérile; il ne verra point venir le bien; mais il habitera au désert, dans les lieux secs, dans une terre salée et inhabitable.
O, çöldəki yulğun ağacı kimi olacaq, Xeyir gələndə onu görməyəcək. Səhrada olan quraq yerlərdə Heç kəs yaşamayan şoranlıqda sakin olacaq.
7 Béni soit l'homme qui se confie en l'Éternel, dont l'Éternel est la confiance!
Nə xoşbəxtdir o adam ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır.
8 Il sera comme un arbre planté près des eaux, qui étend ses racines le long d'une eau courante; qui, lorsque vient la chaleur, ne la craint point, mais dont la feuille est verte; il n'est point en peine dans l'année de sécheresse, et ne cesse pas de porter du fruit.
O, sular kənarında Əkilmiş ağac kimi olacaq. Elə ağac ki çay kənarında kök salar, İsti gələndə qorxmaz, Yarpağı həmişə yaşıl qalar, Quraqlıq olan il qayğı çəkməz, Bəhər verməkdən qalmaz».
9 Le cœur est trompeur par-dessus tout, et désespérément malin; qui le connaîtra?
İnsan ürəyi hər şeydən hiyləgərdir, Çarəsi yoxdur. Onu kim başa düşə bilər?
10 Moi, l'Éternel, je sonde le cœur, et j'éprouve les reins; et cela pour rendre à chacun selon ses voies, selon le fruit de ses actions.
«Mən Rəbb ürəyi yoxlayıram, İnsanın fikrini sınayıram ki, Hər kəsə əməllərinə görə, İşlərinin bəhrəsinə görə əvəz verim».
11 Celui qui acquiert des richesses, mais non point avec droit, est comme une perdrix qui couve ce qu'elle n'a point pondu; il les laissera au milieu de ses jours, et à la fin il se trouvera qu'il est un insensé.
Haqsızlıqla var-dövlət toplayan adam Özünün yumurtlamadığı yumurtaların üstünə Oturan kəklik kimidir. Ömrünün ortasında var-dövləti əldən gedəcək, Axırda o adam axmaq çıxacaq.
12 Le lieu de notre sanctuaire est un trône de gloire, un lieu élevé dès le commencement.
Müqəddəs məkanımızdakı yer Əvvəlcədən ucaldılmış izzət taxtıdır.
13 Éternel, qui es l'attente d'Israël! tous ceux qui t'abandonnent seront confondus! - Ceux qui se détournent de moi seront écrits sur la terre; car ils abandonnent la source des eaux vives, l'Éternel.
Ya Rəbb, İsrailin Ümidgahı, Səni tərk edənlərin hamısı utanacaq. Rəbb deyir: «Məndən üz döndərənlərin adı Toz-torpağa yazılacaq, Çünki Rəbbi – axar sular mənbəyini tərk etdilər».
14 Éternel! guéris-moi, et je serai guéri; sauve-moi, et je serai sauvé; car tu es ma louange.
Ya Rəbb, mənə şəfa versən, Mən sağalaram. Məni xilas etsən, Mən xilas olaram. Çünki həmd etdiyim Sənsən.
15 Voici, ceux-ci me disent: “Où est la parole de l'Éternel? Qu'elle arrive donc! “
Bax onlar mənə «Rəbbin sözü hanı? Qoy yerinə yetsin!» deyir.
16 Et moi, je n'ai pas refusé d'être pasteur à ta suite, et je n'ai pas désiré le jour du malheur, tu le sais! Ce qui est sorti de mes lèvres a été devant toi.
Mən Sənin xidmətində Çoban olmaqdan boyun qaçırmadım. Bəla gününün gəlməsini istəmədim. Sən bilirsən ki, Ağzımdan nə çıxdısa, Sənin gözünün önündədir.
17 Ne sois pas pour moi un sujet d'effroi! Tu es mon refuge au jour de l'affliction.
Məni dəhşətə salma, Fəlakət günündə sığınacağım Sənsən.
18 Que ceux qui me persécutent soient honteux, et que je ne sois point confus; qu'ils soient effrayés, et que je ne sois point effrayé! Amène sur eux le jour du malheur, et frappe-les d'une double plaie!
Qoy məni təqib edənlər utansın, Mənsə utanmayım. Qoy onlar qorxuya düşsün, Mən isə qorxmayım. Qara günü onların başına gətir, Tamamilə qırılana qədər onları qır.
19 Ainsi m'a dit l'Éternel: Va, et tiens-toi à la porte des enfants du peuple, par laquelle entrent les rois de Juda et par laquelle ils sortent, et à toutes les portes de Jérusalem,
Rəbb mənə belə dedi: «Get Yəhuda padşahlarının girib-çıxdıqları Xalq darvazasında və Yerusəlimin bütün darvazalarında dayanıb
20 Et dis-leur: Écoutez la parole de l'Éternel, rois de Juda, et tout Juda, et vous tous, habitants de Jérusalem, qui entrez par ces portes.
onlara söylə ki, ey Yəhuda padşahları, Yəhuda və Yerusəlimin bütün əhalisi, bu darvazalardan girənlər, Rəbbin sözünə qulaq asın.
21 Ainsi a dit l'Éternel: Prenez garde à vos âmes, et ne portez aucun fardeau le jour du sabbat, et n'en faites point passer par les portes de Jérusalem;
Rəbb belə deyir: “Öz canınızı qorumaq üçün Şənbə günü yük daşımayın, Yerusəlim darvazalarından içəri gətirməyin.
22 Et ne transportez hors de vos maisons aucun fardeau, le jour du sabbat; et ne faites aucune œuvre; mais sanctifiez le jour du sabbat, comme je l'ai commandé à vos pères.
Şənbə günü evlərinizdən yük çıxarmayın, heç bir iş görməyin. Atalarınıza əmr etdiyim kimi Şənbə gününü təqdis edin.
23 Cependant ils n'ont pas écouté; ils n'ont pas incliné l'oreille; mais ils ont roidi leur cou, pour ne point écouter et ne point recevoir instruction.
Ancaq onlar eşitmədi, qulaq asmadı. İnadkarlıq edərək Məni eşitmədilər və nəsihət almaq istəmədilər”.
24 Mais si vous m'écoutez attentivement, dit l'Éternel, pour ne faire passer aucun fardeau par les portes de cette ville le jour du sabbat, et pour sanctifier le jour du sabbat, en ne faisant aucun travail ce jour-là,
Rəbb bəyan edir: “Əgər siz Şənbə günü bu şəhərin darvazalarından yük daşımamaq, Şənbə gününü təqdis etmək və bu gün heç bir işlə məşğul olmamaqla Mənə, həqiqətən, itaət etsəniz,
25 Alors les rois et les princes, assis sur le trône de David, entreront par les portes de cette ville, montés sur des chars et sur des chevaux, eux et leurs princes, les hommes de Juda et les habitants de Jérusalem; et cette ville sera habitée à toujours.
o zaman Davudun taxtında oturan padşahlar və başçılar döyüş arabalarına və atlara minib Yəhuda adamları, Yerusəlimdə yaşayanlarla birgə bu şəhərin darvazalarından girəcək. Bu şəhər əbədi olaraq məskunlaşmış qalacaq.
26 On viendra des villes de Juda et des environs de Jérusalem, du pays de Benjamin, du bas-pays, de la montagne et du Midi, pour apporter des holocaustes et des victimes, des oblations et de l'encens, pour apporter aussi des actions de grâces dans la maison de l'Éternel.
Yəhuda şəhərlərindən, Yerusəlimin ətrafından, Binyamin torpağından, yamaclı-düzənlikli bölgədən, dağlıq bölgədən və Negevdən adamlar gəlib Rəbbin məbədinə yandırma qurbanları, başqa qurbanlar, taxıl təqdimləri, kündür və şükür təqdimləri gətirəcək.
27 Mais si vous ne m'écoutez pas, pour sanctifier le jour du sabbat, et pour ne porter aucun fardeau, et n'en point faire passer par les portes de Jérusalem le jour du sabbat, je mettrai le feu à ses portes; il consumera les palais de Jérusalem, et ne sera point éteint.
Əgər siz Şənbə günü yük daşıyıb Yerusəlim darvazalarından girərək Şənbə gününü təqdis etməməklə Mənim sözümə qulaq asmasanız, onda Mən şəhərin darvazalarına od vuracağam, alov Yerusəlimin saraylarını yandırıb-yaxacaq və heç vaxt sönməyəcək”».

< Jérémie 17 >