< Daniel 4 >

1 Nébucadnetsar, roi, à tous les peuples, aux nations et langues qui habitent sur toute la terre. Que votre paix soit multipliée!
Padşah Navuxodonosor bütün dünyada yaşayan xalqlara, millətlərə və dillərə mənsub adamlara müraciət etdi: «Sülhünüz bol olsun!
2 Il m'a semblé bon de faire connaître les signes et les prodiges que le Dieu souverain a faits en ma faveur.
Məsləhət bildim ki, Allah-Taalanın mənim üçün etdiyi əlamətləri və möcüzələri sizə elan edim.
3 Que ses signes sont grands! et ses prodiges pleins de force! Son règne est un règne éternel, et sa domination dure de génération en génération!
Onun əlamətləri necə də böyükdür, Onun möcüzələri necə də qüdrətlidir! Onun padşahlığı əbədi padşahlıqdır, Onun hökmranlığı nəsildən-nəslə qalacaq».
4 Moi, Nébucadnetsar, j'étais tranquille dans ma maison, et florissant dans mon palais.
Mən Navuxodonosor öz evimdə – sarayımda rahat və naz-nemət içində yaşayırdım.
5 J'eus un songe qui m'épouvanta, et mes pensées sur ma couche et les visions de ma tête me troublèrent.
Ancaq bir gün məni qorxudan bir yuxu gördüm. Yatarkən düşüncələrim və gördüyüm görüntülər məni vahiməyə saldı.
6 Et de ma part ordre fut donné de faire venir devant moi tous les sages de Babylone, afin qu'ils me donnassent l'interprétation du songe.
Ona görə də əmr etdim ki, yuxunu yozmaq üçün bütün Babil müdriklərini hüzuruma çağırsınlar.
7 Alors vinrent les magiciens, les astrologues, les Caldéens et les devins, et je leur dis le songe, mais ils ne m'en firent pas connaître l'interprétation.
Onda sehrbazlar, ruhçağıranlar, Xaldeyli müdriklər və əlamət baxıcıları gəldi. Mən yuxumu danışdım, ancaq onlar yuxunu yoza bilmədi.
8 Et à la fin, Daniel, qui est nommé Beltshatsar, selon le nom de mon dieu, et en qui est l'esprit des dieux saints, se présenta devant moi, et je lui dis le songe.
Nəhayət, allahımın adı ilə Belteşassar adlanan və müqəddəs allahların ruhuna malik olan Daniel hüzuruma gəldi. Mən yuxumu ona danışaraq dedim:
9 Beltshatsar, chef des magiciens, comme je sais que l'esprit des dieux saints est en toi, et que nul secret ne t'est difficile, dis-moi les visions que j'ai eues en songe et donne-m'en l'interprétation.
«Ey sehrbazların ən böyüyü Belteşassar! Bilirəm ki, səndə müqəddəs allahların ruhu var və sənin üçün hər hansı bir sirri açmaq çətin deyil. İndi yuxuda gördüyüm görüntüləri və onların yozumunu mənə söylə.
10 Voici quelles étaient les visions de ma tête, sur ma couche: Je regardais, et voici il y avait un arbre au milieu de la terre, et sa hauteur était grande.
Yatarkən belə yuxu görmüşdüm: dünyanın ortasında çox hündür bir ağac var idi.
11 Cet arbre était devenu grand et fort, et sa cime touchait aux cieux, et on le voyait de tous les bouts de la terre.
Ağac o qədər böyüdü və möhkəmləndi ki, başı göylərə çatdı. O, dünyanın hər tərəfindən görünürdü.
12 Son feuillage était beau et son fruit abondant; il y avait sur lui de la nourriture pour tous; les bêtes des champs se mettaient à l'ombre sous lui, et les oiseaux du ciel se tenaient dans ses branches, et de lui se nourrissait toute chair.
Onun gözəl yarpaqları və çoxlu meyvələri var idi, üstündə hər kəs üçün qida var idi. Ağacın altında çöl heyvanları kölgə tapır, budaqlarında göy quşları yuva salır və bütün canlı məxluqlar onunla qidalanırdı.
13 Je regardais, dans les visions de ma tête, sur ma couche, et voici un des saints qui veillent descendit du ciel.
Yatarkən yuxumda gördüm ki, göylərdən qoruyucu, müqəddəs bir mələk endi.
14 Il cria à haute voix, et parla ainsi: Coupez l'arbre, et l'ébranchez; abattez son feuillage, et dispersez son fruit; que les bêtes fuient de dessous, et les oiseaux du milieu de ses branches!
O ucadan elan edib dedi: “Bu ağacı kəsin, budaqlarını qırın, yarpaqlarını yolun və meyvəsini səpələyin. Qoy heyvanlar onun altından, quşlar isə budaqlarından qaçsın.
15 Toutefois laissez en terre le tronc de ses racines, et liez-le avec une chaîne de fer et d'airain, parmi l'herbe des champs. Qu'il soit trempé de la rosée du ciel, et qu'avec les animaux il ait sa portion de l'herbe de la terre.
Ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və heyvanlarla birgə yerin otu ilə qidalansın.
16 Que son cœur d'homme soit changé, et qu'un cœur de bête lui soit donné, et que sept temps passent sur lui.
Onun insan ağlı əlindən alınsın və ona heyvan ağlı verilsin. Yeddi il keçənə qədər belə qalsın.
17 La sentence est rendue par le décret des veillants, et la décision est l'ordre des saints, afin que les vivants sachent que le Souverain domine sur le règne des hommes, et qu'il le donne à qui il veut, et qu'il y élève le plus abject des hommes.
Qoruyucu mələklər belə əmr edib, müqəddəs mələklər belə qərara gəlib ki, indi yaşayanlar bunu bilsin: insan padşahlıqları üzərində Allah-Taala hökmranlıq edir, padşahlığı kimə istəyir, ona verir və insanlar arasında ən aşağı olanı onlara başçı qoyur”.
18 Tel est le songe que j'ai eu, moi, le roi Nébucadnetsar. Toi donc, Beltshatsar, donnes-en l'interprétation, puisque aucun des sages de mon royaume ne peut me la donner; mais pour toi, tu le peux, car l'esprit des dieux saints est en toi.
Mən padşah Navuxodonosor belə bir yuxu gördüm. Ey Belteşassar, sən bu yuxunu yoz, çünki padşahlığımın müdrik adamlarından heç biri bu yuxunu yoza bilmir. Sən isə bunu edə bilərsən, çünki səndə müqəddəs allahların ruhu var».
19 Alors Daniel, qui est nommé Beltshatsar, demeura un instant stupéfait, et ses pensées le troublaient. Le roi prit la parole et dit: Beltshatsar, que le songe et l'interprétation ne te troublent pas. Beltshatsar répondit, et dit: Mon seigneur! que le songe soit pour ceux qui te haïssent, et sa signification pour tes adversaires!
O zaman Belteşassar adlanan Daniel bir müddət heyrət içində qaldı və fikirləri onu vahiməyə saldı. Padşah belə dedi: «Ey Belteşassar, bu yuxu və onun yozumu səni vahiməyə salmasın». Belteşassar cavab verdi: «Ey ağam, bu yuxu sənə nifrət edənlərin, onun yozumu sənin düşmənlərinin nəsibi olsun!
20 L'arbre que tu as vu, et qui était devenu grand et fort, dont la cime touchait aux cieux, et qu'on voyait de toute la terre;
Sənin gördüyün böyük və möhkəm olan, başı göylərə çatan və dünyanın hər tərəfindən görünən,
21 Cet arbre dont le feuillage était beau et le fruit abondant, qui avait de la nourriture pour tous, sous lequel les bêtes des champs demeuraient, et dans les branches duquel se tenaient les oiseaux du ciel:
yarpaqları gözəl, meyvələri çox və hər kəs üçün qidası olan, altında çöl heyvanları kölgə tapan və budaqlarında göy quşları yuva quran
22 C'est toi, ô roi! qui es devenu grand et puissant, dont la grandeur s'est accrue et s'est élevée jusqu'aux cieux, et dont la domination s'étend jusqu'aux extrémités de la terre.
ağac sənsən, ey padşah. Sən böyüyüb möhkəmləndin, əzəmətin artıb göylərə, hakimiyyətin dünyanın hər tərəfinə çatdı.
23 Quant à ce que le roi a vu un des saints qui veillent, descendre du ciel en disant: “Coupez l'arbre et le détruisez; toutefois laissez en terre le tronc de ses racines, et liez-le avec des chaînes de fer et d'airain parmi l'herbe des champs; qu'il soit trempé de la rosée du ciel, et qu'il ait sa portion avec les bêtes des champs, jusqu'à ce que sept temps aient passé sur lui”,
Padşah gördü ki, qoruyucu, müqəddəs bir mələk göylərdən enib dedi: “Bu ağacı kəsib xarab edin, ancaq kötüyü ilə köklərini dəmir və tuncla çənbərləyib torpağın içində, çöl otları arasında saxlayın. Qoy o, göylərin şehi ilə islansın və yeddi il keçənə qədər çöl heyvanları ilə birgə qidalansın”.
24 En voici l'interprétation, ô roi! et c'est la sentence du Souverain qui va atteindre le roi, mon seigneur.
Ey padşah, yuxunun yozumu və Allah-Taalanın ağam padşaha qarşı hökmü belədir:
25 On te chassera du milieu des hommes, et ton habitation sera avec les bêtes des champs. Tu seras nourri d'herbe comme les bœufs, et tu seras trempé de la rosée du ciel, et sept temps passeront sur toi, jusqu'à ce que tu reconnaisses que le Souverain domine sur le règne des hommes et qu'il le donne à qui il lui plaît.
sən insanlar arasından qovulacaqsan, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər, göylərin şehi ilə islanacaqsan. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən.
26 Et s'il a été dit de laisser le tronc des racines de l'arbre, cela signifie que ton règne te sera restitué dès que tu auras reconnu que les cieux dominent.
Ağacın kötüyü ilə köklərinin qalması barədə olan fərmanın mənası budur ki, sən göylərin hökmranlıq etdiyini dərk edəndən sonra padşahlığın sənə qaytarılacaq.
27 C'est pourquoi, ô roi! agrée mon conseil, et mets un terme à tes péchés par la justice, et à tes iniquités par la miséricorde envers les pauvres, si ta prospérité doit se prolonger.
Ey padşah, buna görə də sən mənim məsləhətimi qəbul et: ədalətlə rəftar etməklə günahlarından, yoxsullara mərhəmət etməklə təqsirlərindən vaz keç. Bəlkə bununla sənin əmin-amanlığının müddəti uzadılar».
28 Toutes ces choses arrivèrent au roi Nébucadnetsar.
Bütün bunlar padşah Navuxodonosorun başına gəldi.
29 Au bout de douze mois, comme il se promenait sur le palais royal de Babylone,
On iki ay keçəndən sonra Babildəki sarayının damında gəzən padşah dedi:
30 Le roi prit la parole et dit: “N'est-ce pas ici la grande Babylone, que j'ai bâtie pour être la demeure royale, par la puissance de ma force et pour la gloire de ma magnificence? “
«Bu, şan-şöhrətim üçün böyük qüdrətimlə paytaxt kimi tikdiyim böyük Babil deyilmi?»
31 La parole était encore dans la bouche du roi, qu'une voix descendit du ciel: Roi Nébucadnetsar, on t'annonce que ta royauté va t'être ôtée.
Söz padşahın ağzından çıxmamışdı ki, göylərdən səs gəldi: «Ey padşah Navuxodonosor, sənə deyilir ki, padşahlığın əlindən alındı.
32 On te chassera du milieu des hommes, et ton habitation sera avec les bêtes des champs: tu seras nourri d'herbe comme les bœufs, et sept temps passeront sur toi, jusqu'à ce que tu reconnaisses que le Souverain domine sur le règne des hommes, et qu'il le donne à qui il lui plaît.
Sən insanlar arasından qovulacaq, çöl heyvanları ilə yaşayacaqsan, sənə öküz kimi ot yedirəcəklər. Yeddi il keçəcək ki, Allah-Taalanın insan padşahlığı üzərində hökmranlıq etdiyini və onu kimə istəsə verdiyini dərk edəsən».
33 Au même instant la parole s'accomplit sur Nébucadnetsar; il fut chassé du milieu des hommes, et il mangea l'herbe comme les bœufs; son corps fut trempé de la rosée du ciel, jusqu'à ce que ses cheveux crussent comme les plumes de l'aigle, et ses ongles comme ceux des oiseaux.
Deyilən hadisələr o saat Navuxodonosorun başına gəldi: o, insanlar arasından qovuldu, öküz kimi ot yeməyə başladı və göylərin şehi ilə islandı. Onun tükü qartal tükü kimi, dırnağı quş dırnağı kimi uzandı.
34 Mais à la fin de ces jours-là, moi, Nébucadnetsar, je levai les yeux vers le ciel; le sens me revint, et je bénis le Souverain, et je magnifiai, et j'honorai Celui qui vit éternellement, dont la puissance est une puissance éternelle, dont le règne dure de génération en génération.
«O günlərin sonunda mən Navuxodonosor üzümü göylərə tutdum və ağlım başıma qayıtdı. Allah-Taalaya həmd etdim, Əbədi Yaşayanı mədh edib izzətləndirdim. Onun hökmranlığı əbədidir, Padşahlığı nəsildən-nəslə qalır.
35 Devant lui tous les habitants de la terre sont estimés néant; il fait ce qu'il lui plaît, tant de l'armée des cieux que des habitants de la terre, et il n'y a personne qui puisse arrêter sa main et lui dire: Que fais-tu?
Dünyada yaşayanların hamısı heç bir şey sayılır. O həm səma ordusunun, həm də dünyada yaşayanların arasında Öz hökmünü yeridir. Onun əlini saxlayacaq yaxud Ona “Nə edirsən?” deyəcək bir kəs yoxdur.
36 En ce temps-là, le sens me revint; la gloire de mon royaume, ma majesté et ma splendeur me furent rendues; mes conseillers et mes grands me redemandèrent; je fus rétabli dans mon royaume, et une plus grande puissance me fut donnée.
O zaman ağlım başıma gəldi. Padşahlığımın izzəti üçün cah-calalım yenə özümə qayıtdı. Müşavirlərim və əyanlarım məni axtarıb tapdı. Mən yenə öz taxtıma qayıtdım və əzəmətim daha da artdı.
37 Maintenant, moi, Nébucadnetsar, je loue, j'exalte et je glorifie le Roi des cieux, dont toutes les œuvres sont véritables, et les voies justes; et qui peut abaisser ceux qui marchent avec orgueil.
İndi isə mən Navuxodonosor göylərin Padşahına həmd edirəm və Onu mədh edib izzətləndirirəm, çünki Onun bütün işləri həqiqət, əməlləri ədalətlidir və qürurla gəzənləri alçaltmağa qüdrəti var».

< Daniel 4 >