< Isaïe 42 >

1 Voici mon serviteur, je le maintiendrai: c'est mon Elu, [auquel] mon âme prend son bon plaisir; j'ai mis mon Esprit sur lui; il manifestra le jugement aux nations.
Budur, Mənim saxladığım, seçdiyim qulum! Könlüm ondan razıdır! Mən Öz Ruhumu onun üzərinə qoymuşam. O, millətlərə ədalət gətirəcək.
2 Il ne criera point, et il ne haussera, ni ne fera ouïr sa voix dans les rues.
Çığırmayacaq, səsini qaldırmayacaq, Küçələrdə heç kim onun səsini eşitməyəcək.
3 Il ne brisera point le roseau cassé, et n'éteindra point le lumignon fumant; il mettra en avant le jugement en vérité.
Əzilmiş qamışı qırmayacaq, Tüstülənən piltəni söndürməyəcək. O, ədaləti sədaqətlə yayacaq.
4 Il ne se retirera point, ni ne se hâtera point, qu'il n'ait mis un règlement en la terre; et les Iles s'attendront à sa Loi.
O, yer üzündə ədaləti quranadək Ümidini, cəsarətini itirməyəcək, Uzaq diyarlar onun qanununa etibar edəcək.
5 Ainsi a dit le [Dieu] Fort, l'Eternel, qui a créé les cieux, et les a étendus, qui a aplani la terre avec ce qu'elle produit, qui donne la respiration au peuple qui est sur elle, et l'esprit à ceux qui y marchent.
Göyləri yaradıb onları sərən, Yeri və onun üzərindəkiləri düzəldən, Dünyadakı adamlara nəfəs verən, Yer üzündə gəzən insanlara ruh verən Rəbb Allah belə deyir:
6 Moi l'Eternel, je t'ai appelé en justice, et je prendrai ta main, et te garderai; et je te ferai être l'alliance du peuple, et la lumière des nations:
«Mən Rəbb salehliyimlə səni çağırdım, Səni əlindən tutacağam, Səni qoruyacağam, Səni xalqım üçün əhd edəcəyəm, Millətlərə nur edəcəyəm ki,
7 Afin d'ouvrir les yeux qui ne voient point, et de retirer les prisonniers hors du lieu où on les tient enfermés, et ceux qui habitent dans les ténèbres, hors de la prison.
Korların gözlərini açasan, Zindandan dustaqları, Zülmətdə, həbsxanada oturanları azad edəsən.
8 Je suis l'Eternel, c'est là mon Nom; et je ne donnerai point ma gloire à un autre, ni ma louange aux images taillées.
Mən Rəbbəm, adım budur. Öz izzətimi heç kimə vermərəm, Həmdlərimi bütlərə bəxş etmərəm.
9 Voici, les choses qui ont été [prédites] auparavant sont arrivées; et je vous en annonce de nouvelles, et je vous les ferai entendre avant qu'elles soient arrivées.
Budur, əvvəlki işlər həyata keçdi, İndi Mən təzə işləri bəyan edirəm, Onlar yetişməmişdən əvvəl Sizi xəbərdar edirəm».
10 Chantez à l'Eternel un nouveau cantique, et que sa louange [éclate] du bout de la terre; que ceux qui descendent en la mer; et tout ce qui est en elle; que les Iles, et leurs habitants;
Ey dəniz səyyahları, dənizdəki canlılar, Uzaq diyarlar və orada yaşayanlar, Rəbbə yeni ilahi oxuyun! Dünyanın ən ucqar yerlərindən Ona həmdlər gətirin!
11 Que le désert et ses villes élèvent [la voix]; que les villages où habite Kédar; et ceux qui habitent dans les rochers éclatent en chant de triomphe; qu'ils s'écrient du sommet des montagnes;
Qoy səhra və oradakı şəhərlər, Qedar xalqı yaşayan kəndlər səsini ucaltsın, Sela sakinləri tərənnüm nəğməsi söyləsin, Dağların zirvəsindən qışqırsın.
12 Qu'on donne gloire à l'Eternel, et qu'on publie sa louange dans les Iles.
Hamı Rəbbi izzətləndirsin, Uzaq diyarlar da Ona həmd etsin.
13 L'Eternel sortira comme un homme vaillant, il réveillera sa jalousie comme un homme de guerre, il jettera des cris de joie, il jettera, dis je, de grands cris, et se fortifiera contre ses ennemis.
Rəbb cəsur igid kimi çıxacaq, Cəngavər kimi qeyrətə gələcək, Çığırıb döyüş nərəsi çəkəcək, Düşmənlərinə Öz qüdrətini göstərəcək.
14 Je me suis tu dès longtemps; me tiendrais-je en repos? me retiendrais-je? je crierai comme celle qui enfante, je détruirai, et j'engloutirai tout ensemble.
Rəbb deyir: «Xeyli vaxtdır ki, dinmirəm, Susuram, səbir edirəm, İndi isə doğuş ağrısı çəkən qadın kimi Qışqıracağam, təngnəfəs olub zarıyacağam.
15 Je réduirai les montagnes et les coteaux en désert, et je dessécherai toute leur herbe; je réduirai les fleuves en Iles, et je ferai tarir les étangs.
Dağları, təpələri dağıdacağam, Bütün yaşıllıqlarını qurudacağam, Çayları adalara çevirəcəyəm, hovuzları qurudacağam.
16 Je conduirai les aveugles par un chemin [qu']ils ne connaissent point, je les ferai marcher par des sentiers qu'ils ne connaissent point; je réduirai devant eux les ténèbres en lumière, et les choses tortues en choses droites; je leur ferai de telles choses, et je ne les abandonnerai point.
Korları tanımadıqları yolla aparacağam, Onlara bilmədikləri yollarda rəhbər olacağam. Qaranlığı qarşılarında işığa, Kələ-kötür yolları düzənliyə çevirəcəyəm. Bu şeyləri onlar üçün edəcəyəm, Onları tərk etməyəcəyəm.
17 Que ceux-là donc se retirent en arrière, et soient tout honteux, qui se confient aux images taillées, et qui disent aux images de fonte; vous êtes nos dieux.
Oyma bütlərə güvənənlər, Tökmə bütlərə “Sizsiniz allahlarımız” deyənlər Geri qaytarılıb utandırılacaq.
18 Sourds, écoutez; et vous aveugles regardez et voyez.
Ey karlar, eşidin! Ey korlar, baxın, görün!
19 Qui est aveugle, sinon mon serviteur? et qui est sourd, comme mon messager que j'ai envoyé? Qui est aveugle, comme celui que j'ai comblé de grâces? qui, dis-je, est aveugle, comme le serviteur de l'Eternel?
Qulum qədər kor olan varmı? Göndərdiyim qasid qədər kar olan varmı? Özünü Mənə həsr edən, Rəbbin qulu qədər kor olan varmı?
20 Vous voyez beaucoup de choses, mais vous ne prenez garde à rien; vous avez les oreilles ouvertes, mais vous n'entendez rien.
Siz çox şey gördünüz, amma nəzərə almadınız, Qulaqlarınız açıq idi, amma eşitmədiniz!»
21 L'Eternel prenait plaisir [en lui] à cause de sa justice; il magnifiait [sa] Loi, et le rendait honorable.
Rəbb Öz salehliyi naminə Qanununu ucaldıb izzətləndirməkdən xoşlandı.
22 Mais c'est ici un peuple pillé et fourragé; ils seront tous enlacés dans les cavernes, et seront cachés dans les prisons; ils seront en pillage, et il n'y aura personne qui les délivre; [ils seront] fourragés, et il n'y aura personne qui dise; restituez.
Lakin bu qarət olunmuş, soyulmuş xalqdır. Hamısı qazamatlarda buxovlanıb zindanlarda saxlanılmışdır. Onlar ovlanıb və qurtaranları yoxdur. Onları qarət edirlər, «geri qaytarın» deyən yoxdur.
23 Qui est celui d'entre vous qui prêtera l'oreille à ceci, qui y sera attentif, et qui l'entendra dorénavant?
Sizdən kim buna qulaq asacaq, Gələcəkdə kim diqqətlə dinləyəcək?
24 Qui est-ce qui a livré Jacob au pillage, et Israël aux fourrageurs? N'a-ce pas été l'Eternel, contre lequel nous avons péché? Parce qu'on n'a point agréé de marcher dans ses voies, et qu'on n'a point écouté sa Loi.
Yaqub nəslini, İsraili soyğunçular əlinə Kim qarət edilmək üçün təslim etdi? Məgər qarşısında günah işlətdiyimiz Rəbb deyilmi? Onlar Onun yolları ilə getmək istəmədi, Qanununa qulaq asmadı.
25 C'est pourquoi il a répandu sur lui la fureur de sa colère, et une forte guerre; et il l'a embrasé tout alentour, mais [Israël] ne l'a point connu; et tu l'as brûlé, mais il ne s'en est point soucié.
Buna görə alovlu qəzəbini, döyüşün şiddətini üstlərinə yağdırdı. Od onları dövrəyə aldı, Amma onlar anlamadılar, Onları yandırdı, Amma ona ciddi fikir vermədilər.

< Isaïe 42 >