< 1 Rois 13 >

1 Et voici, un homme de Dieu vint de Juda à Bethel avec la parole de l'Eternel, lorsque Jéroboam se tenait près de l'autel pour y faire des encensements.
Yarovam buxur yandırmaq üçün qurbangahın yanında durduğu vaxt bir Allah adamı Rəbbin sözü ilə Yəhudadan Bet-Elə gəlib
2 Et il cria contre l'autel selon la parole de l'Eternel; et dit: Autel! Autel! ainsi a dit l'Eternel, voici, un fils naîtra à la maison de David, qui aura nom Josias; il immolera sur toi les Sacrificateurs des hauts lieux qui font des encensements sur toi, et on brûlera sur toi les os des hommes.
Rəbbin adından qurbangaha müraciətlə dedi: «Qurbangah, ay qurbangah! Rəbb belə deyir: “Budur, Davudun nəslində bir oğlan uşağı doğulacaq, onun adı Yoşiya olacaq. O sənin üstündə, orada buxur yandıran səcdəgahların kahinlərini qurban edib insan sümükləri yandıracaq”».
3 Et il proposa ce jour-là même un miracle, en disant: C'est ici le miracle dont l'Eternel a parlé: Voici, l'autel se fendra tout maintenant, et la cendre qui est dessus sera répandue.
Allah adamı həmin gün bir əlamət verib dedi: «Rəbbin söylədiyi əlamət budur: “Bu qurbangah bölünəcək və üstündəki kül töküləcək”».
4 Or il arriva qu'aussitôt que le Roi eut entendu la parole que l'homme de Dieu avait prononcée à haute voix contre l'autel de Bethel, Jéroboam étendit sa main de l'autel, en disant: Saisissez-le. Et la main qu'il étendit contre lui devint sèche, et il ne la put retirer à soi.
Padşah Yarovam Allah adamının Bet-Eldə qurbangaha müraciətlə dediyi sözü eşidəndə qurbangahın üzərindən əlini uzadıb «onu tutun» dedi. Onun Allah adamına qarşı uzatdığı əli qurudu və əlini özünə tərəf döndərə bilmədi.
5 L'autel aussi se fendit, et la cendre qui était sur l'autel fut répandue, selon le miracle que l'homme de Dieu avait proposé suivant la parole de l'Eternel.
Allah adamının Rəbbin sözü ilə verdiyi əlamətə görə qurbangah bölündü və kül qurbangahdan töküldü.
6 Et le Roi prit la parole, et dit à l'homme de Dieu: Je te prie qu'il te plaise de supplier l'Eternel ton Dieu, et de faire prière pour moi, afin que ma main retourne à moi. Et l'homme de Dieu supplia l'Eternel, et la main du Roi retourna à lui, et elle fut comme auparavant.
Onda padşah Allah adamına dedi: «Allahın Rəbbi rəhmə gətir və mənim üçün dua et ki, əlimi özümə tərəf döndərə bilim». Allah adamı Rəbbi rəhmə gətirdi və padşahın əli özünə tərəf dönüb əvvəlki kimi oldu.
7 Alors le Roi dit à l'homme de Dieu: Entre avec moi dans la maison, et y dîne, et je te ferai un présent.
Padşah Allah adamına dedi: «Mənimlə birgə evə gedib nahar edək. Mən sənə hədiyyə verərəm».
8 Mais l'homme de Dieu répondit au Roi: Quand tu me donnerais la moitié de ta maison, je n'entrerais point chez toi, et je ne mangerais point de pain, ni ne boirais d'eau en ce lieu-ci.
Allah adamı isə padşaha dedi: «Sən mənə malının yarısını da versən, səninlə getmərəm, bu yerdə çörək yeyib su içmərəm.
9 Car il m'a été ainsi commandé par l'Eternel, qui m'a dit: Tu n'y mangeras point de pain, et tu n'y boiras point d'eau, et tu ne t'en retourneras point par le chemin par lequel tu y seras allé.
Çünki Rəbbin sözü ilə mənə belə əmr gəldi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».
10 Il s'en alla donc par un autre chemin, et ne s'en retourna point par le chemin par lequel il était venu à Bethel.
Allah adamı başqa yolla getdi və Bet-Elə gəldiyi yolla geri qayıtmadı.
11 Or il y avait un certain Prophète, vieux homme, qui demeurait à Bethel, à qui son fils vint raconter toutes les choses que l'homme de Dieu avait faites ce jour-là à Bethel, et les paroles qu'il avait dites au Roi; [et les enfants de ce prophète] les rapportèrent à leur père.
Bet-Eldə qoca bir peyğəmbər yaşayırdı. Onun oğullarından biri gəlib Allah adamının həmin gün Bet-Eldə etdiyi bütün işlər barədə danışdı. Oğulları onun padşaha söylədiyi sözləri də atalarına bildirdilər.
12 Et leur père leur dit: Par quel chemin s'en est-il allé? Or ses enfants avaient vu le chemin par lequel l'homme de Dieu qui était venu de Juda s'en était allé.
Ata onlara dedi: «O hansı yolla getdi?» Oğulları Yəhudadan gələn Allah adamının hansı yolla getdiyini ona göstərdilər.
13 Et il dit à ses fils: Sellez-moi un âne; et ils le sellèrent, puis il monta dessus.
O öz oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Eşşəyi onun üçün palanladılar və o, eşşəyin üstünə minib
14 Et il s'en alla après l'homme de Dieu, et le trouva assis sous un chêne; et il lui dit: Es-tu l'homme de Dieu qui es venu de Juda? Et il lui répondit: C'est moi.
Allah adamının dalınca getdi. Onu palıd ağacının altında oturmuş halda tapdı və ona dedi: «Yəhudadan gələn Allah adamı sənsənmi?» O da «mənəm» dedi.
15 Alors il lui dit: Viens avec moi dans la maison, et y mange du pain.
Sonra qoca peyğəmbər ona dedi: «Mənimlə birgə evə gedib nahar edək».
16 Mais il répondit: Je ne puis retourner avec toi, ni entrer chez toi, et je ne mangerai point de pain, ni je ne boirai point d'eau avec toi en ce lieu-là.
O dedi: «Səninlə qayıdıb evinə getmərəm, bu yerdə səninlə çörək yeyib su içmərəm.
17 Car il m'a été dit de la part de l'Eternel: Tu n'y mangeras point de pain, et tu n'y boiras point d'eau, et tu ne t'en retourneras point par le chemin par lequel tu y seras allé.
Çünki Rəbbin sözü ilə mənə deyildi: “Orada çörək yeyib su içmə və getdiyin yolla geri qayıtma”».
18 Et il lui dit: Et moi aussi je suis prophète comme toi; et un Ange m'a parlé de la part de l'Eternel, en disant: Ramène-le avec toi dans ta maison, et qu'il mange du pain, et qu'il boive de l'eau; mais il lui mentait.
Qoca peyğəmbər ona dedi: «Mən də sənin kimi bir peyğəmbərəm. Bir mələk Rəbbin sözü ilə mənə dedi: “Onu qaytarıb özünlə evinə gətir, çörək yeyib su içsin”». Ancaq bunu ona yalandan söylədi.
19 Il s'en retourna donc avec lui, et il mangea du pain, et but de l'eau dans sa maison.
Allah adamı onunla qayıtdı, onun evində çörək yeyib su içdi.
20 Et il arriva que comme ils étaient assis à table, la parole de l'Eternel fut adressée au prophète qui l'avait ramené.
Onlar süfrə arxasında oturarkən onu yoldan qaytaran peyğəmbərə Rəbbin sözü nazil oldu.
21 Et il cria à l'homme de Dieu qui était venu de Juda, en disant: Ainsi a dit l'Eternel; parce que tu as été rebelle au commandement de l'Eternel, et que tu n'as point gardé le commandement que l'Eternel ton Dieu t'avait prescrit;
O, Yəhudadan gələn Allah adamına müraciətlə dedi: «Rəbb belə deyir: “Sən Rəbbin sözünə qarşı getdin və Allahın Rəbbin sənə etdiyi əmrə əməl etmədin,
22 Mais tu t'en es retourné, et tu as mangé du pain, et bu de l'eau dans le lieu dont [l'Eternel] t'avait dit; n'y mange point de pain, et n'y bois point d'eau, ton corps n'entrera point au sépulcre de tes pères.
geri qayıdaraq Onun sənə ‹çörək yeyib su içmə› dediyi yerdə çörək yeyib su içdin. Buna görə də cəsədin atalarının qəbrinə girməyəcək”».
23 Or après qu'il eut mangé du pain, et qu'il eut bu, [le vieux Prophète] fit seller un âne, pour le Prophète qu'il avait ramené.
Yoldan qaytardığı peyğəmbər çörək yeyib su içdikdən sonra qoca peyğəmbər onun üçün eşşəyi palanladı.
24 Puis [ce Prophète] s'en alla, et un lion le rencontra dans le chemin, et le tua; et son corps était étendu [par terre] dans le chemin, et l'âne se tenait auprès du corps; le lion aussi se tenait auprès du corps.
Allah adamı getdi, yolda ona bir şir rast gəldi və onu öldürdü. Onun cəsədi yola sərilmişdi və eşşək onun yanında dayanmışdı, şir də cəsədin yanında durmuşdu.
25 Et voici quelques passants virent le corps étendu dans le chemin, et le lion qui se tenait auprès du corps; et ils vinrent le dire dans la ville où ce vieux prophète demeurait.
Adamlar onların yanından keçirdilər, yola sərilmiş cəsədi, cəsədin yanında durmuş şiri gördülər və gəlib qoca peyğəmbərin yaşadığı şəhərdə söylədilər.
26 Et le prophète qui avait ramené du chemin l'homme de Dieu, l'ayant appris, dit: C'est l'homme de Dieu qui a été rebelle au commandement de l'Eternel; c'est pourquoi l'Eternel l'a livré au lion, qui l'aura déchiré après l'avoir tué, selon la parole que l'Eternel avait dite à ce [Prophète].
Onu yoldan qaytaran peyğəmbər bunu eşidib dedi: «O, Rəbbin sözünə qarşı gedən Allah adamıdır. Rəbb də ona söylədiyi sözə görə onu şirə verdi və şir onu didib öldürdü».
27 Et il parla à ses fils, en disant: Sellez-moi un âne; et ils le lui sellèrent.
O, oğullarına dedi: «Mənim üçün eşşəyi palanlayın». Onlar eşşəyi palanladılar.
28 Et il s'en alla, et trouva le corps de l'homme de Dieu étendu dans le chemin, et l'âne et le lion qui se tenaient auprès du corps; le lion n'avait point mangé le corps, ni déchiré l'âne.
O gedib yola sərilmiş cəsədi tapdı. Eşşək və şir cəsədin yanında durmuşdu. Şir cəsədi yeməmiş və eşşəyə toxunmamışdı.
29 Alors le prophète leva le corps de l'homme de Dieu, et le mit sur l'âne, et le ramena; et ce vieux prophète revint dans la ville pour en mener deuil, et l'ensevelir.
Qoca peyğəmbər Allah adamının cəsədini götürüb eşşəyin üstünə qoydu və yas tutub onu basdırmaq üçün öz şəhərinə geri gətirdi.
30 Et il mit le corps de ce Prophète dans son sépulcre, et ils pleurèrent sur lui, [en disant]: Hélas mon frère!
Onun cəsədini özünün qəbrinə qoydu. «Ah, qardaşım!» deyib onun üçün yas tutdular.
31 Et il arriva qu'après qu'il l'eut enseveli, il parla à ses fils, en disant: Quand je serai mort, ensevelissez-moi au sépulcre où est enseveli l'homme de Dieu, [et] mettez mes os auprès de lui.
Onu basdırandan sonra qoca peyğəmbər oğullarına dedi: «Öləndə məni Allah adamının basdırıldığı qəbirdə basdırın, sümüklərimi onun sümüklərinin yanına qoyun.
32 Car ce qu'il a prononcé à haute voix selon la parole de l'Eternel contre l'autel qui est à Bethel, et contre toutes les maisons des hauts lieux qui sont dans les villes de Samarie, arrivera infailliblement.
Çünki Bet-Eldə olan qurbangaha və Samariya şəhərlərində olan səcdəgahların bütün ibadət evlərinə müraciətlə deyilmiş Rəbbin sözü hökmən yerinə yetəcək».
33 Néanmoins Jéroboam ne se détourna point de son mauvais train, mais il revint à faire des Sacrificateurs des hauts lieux d'entre les derniers du peuple; quiconque voulait, se consacrait, et était des Sacrificateurs des hauts lieux.
Bu işdən sonra da Yarovam öz pis yolundan dönmədi. Yenə də səcdəgahlara xalqın hər təbəqəsindən olan kahinlər qoydu. O, səcdəgahların kahini olmaq istəyən hər kəsi təqdis etdi.
34 Et cela tourna en péché à la maison de Jéroboam, qui fut effacée et exterminée de dessus la terre.
Bu günah iş Yarovam nəslinin yer üzündən silinib atılmasına və məhv olmasına səbəb oldu.

< 1 Rois 13 >