< Job 26 >
1 Job prit la parole et dit:
Əyyub belə cavab verdi:
2 Comme tu sais bien venir en aide à la faiblesse! Comme tu prêtes secours au bras sans force!
«Biçarəyə necə də kömək etdin! Taqətdən düşən qolu necə xilas etdin!
3 Quels bons conseils tu donnes à celui qui manque d’intelligence! Quelle abondance de sagesse tu fais paraître!
Hikmətsiz adama necə məsləhət verdin! Ona bol-bol müdriklik öyrətdin!
4 A qui s’adressent tes paroles? Et qui est-ce qui t’inspire?
Axı bu sözləri kimə söyləyirsən? Sənin ağzınla kimin ruhu danışır?
5 Devant Dieu les ombres tremblent Au-dessous des eaux et de leurs habitants;
Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir.
6 Devant lui le séjour des morts est nu, L’abîme n’a point de voile. (Sheol )
Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. (Sheol )
7 Il étend le septentrion sur le vide, Il suspend la terre sur le néant.
Şimalı boş fəzanın üstünə yayır, Dünyanı heçliyin üstündən asır.
8 Il renferme les eaux dans ses nuages, Et les nuages n’éclatent pas sous leur poids.
Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır.
9 Il couvre la face de son trône, Il répand sur lui sa nuée.
Bədirlənmiş ayın üzünü örtür, Buludları üstünə çəkir.
10 Il a tracé un cercle à la surface des eaux, Comme limite entre la lumière et les ténèbres.
Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür.
11 Les colonnes du ciel s’ébranlent, Et s’étonnent à sa menace.
O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır.
12 Par sa force il soulève la mer, Par son intelligence il en brise l’orgueil.
Dənizi gücü ilə çalxalayır, Müdrikliyi ilə Rahavı vurur.
13 Son souffle donne au ciel la sérénité, Sa main transperce le serpent fuyard.
Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır.
14 Ce sont là les bords de ses voies, C’est le bruit léger qui nous en parvient; Mais qui entendra le tonnerre de sa puissance?
Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»