< 1 Chroniques 7 >
1 Fils d'Issachar: Thola, Phua, Jasub et Siméron: quatre. —
İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmisi dörd nəfər.
2 Fils de Thola: Ozi, Raphaïa, Jériel, Jémaï, Jebsem et Samuel, chefs de leurs maisons patriarcales issues de Thola, vaillants hommes, inscrits d'après leurs générations, au temps de David, au nombre de vingt-deux mille six cents. —
Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi.
3 Fils d'Ozi: Izrahia. Fils de Izrahia: Michaël, Obadia, Johel et Jésia: en tout cinq chefs.
Uzzinin nəsli: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmisi beş nəfər. Onların hamısı başçı idi.
4 Ils avaient avec eux, selon leurs générations, selon leurs maisons patriarcales, des troupes armées pour la guerre, trente-six mille hommes; car ils avaient beaucoup de femmes et de fils.
Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi.
5 Leurs frères, d'après toutes les familles d'Issachar, hommes vaillants, formaient un nombre total de quatre-vingt-sept mille, inscrits dans les généalogies.
İssakarın bütün nəsilləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmisi səksən yeddi min nəfər idi.
6 Fils de Benjamin: Béla, Béchor et Jadiel: trois. —
Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmisi üç nəfər.
7 Fils de Béla: Esbon, Ozi, Oziel, Jérimoth et Uraï: cinq chefs de maisons patriarcales, hommes vaillants, inscrits dans les généalogies, au nombre de vingt-deux mille quatre cents. —
Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmisi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi.
8 Fils de Béchor: Zamira, Joas, Eliézer, Elioénaï, Amri, Jérimoth, Abia, Anathoth et Almath: tous ceux-là fils de Béchor,
Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi.
9 inscrits dans les généalogies, d'après leurs générations, comme chefs de leurs maisons patriarcales, hommes vaillants, au nombre de vingt mille deux cents. —
Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi.
10 Fils de Jadihel: Balan. — Fils de Balan: Jéhus, Benjamin, Aod, Chanana, Zéthan, Tarsis et Abisahar:
Yediaelin nəsli: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşiş və Axişaxar.
11 tous ceux là fils de Jadihel, chefs de leurs maisons patriarcales, hommes vaillants, au nombre de dix-sept mille deux cents, en état d'aller en armes à la guerre.
Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi.
12 Sepham et Hapham, fils d'Hir: Hasim, fils d'Aher.
İrin nəsilləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi.
13 Fils de Nephthali: Jasiel, Guni, Jéser et Sellum, fils de Bala.
Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsilləri idi.
14 Fils de Manassé: Esriel. Sa concubine syrienne enfanta Machir, père de Galaad. —
Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir.
15 Machir prit une femme de Happhim et de Saphan; le nom de sa sœur était Maacha. Le nom du second fils était Salphaad, et Salphaad eut des filles.
Makir Xuflulardan və Şuflulardan bir arvad aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi.
16 Maacha, femme de Machir, enfanta un fils, et l'appela du nom de Pharès; le nom de son frère était Sarès, et ses fils étaient Ulam et Récen. —
Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi.
17 Fils d'Ulam: Badan. — Ce sont là les fils de Galaad, fils de Machir, fils de Manassé. —
Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəsli bunlardır.
18 Sa sœur Hammoléketh enfanta Ischod, Abiézer et Mohola. —
Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu.
19 Les fils de Sémida étaient: Ahin, Séchem, Léci et Aniam.
Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam.
20 Fils d'Ephraïm: Suthala; Bared, son fils; Thahath, son fils; Elada, son fils; Thahath, son fils;
Efrayimin nəsli: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat,
21 Zabad, son fils; Suthala, son fils; Ezer et Elad, que tuèrent les hommes de Geth nés dans le pays, parce qu'ils étaient descendus pour prendre leurs troupeaux.
onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər.
22 Ephraïm, leur père, fut longtemps dans le deuil, et ses frères vinrent pour le consoler.
Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi.
23 Et il alla vers sa femme, et elle conçut et enfanta un fils; il l'appela du nom de Béria, parce qu'on était dans le malheur en sa maison.
Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beria qoydu, çünki evinə bəla üz vermişdi.
24 Sa fille était Sara, qui bâtit Bethoron le Bas et Bethoron le Haut, et Ozen-Sara.
Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzzen-Şeeranı tikdi.
25 Rapha, son fils, et Réseph; Thalé, son fils; Taan, son fils;
Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan,
26 Laadan, son fils; Ammiud, son fils; Elisama, son fils;
onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama,
27 Nun, son fils; Josué, son fils. —
onun oğlu Nun, onun oğlu Yeşua.
28 Leurs possessions et leurs habitations étaient: Béthel et les villes de sa dépendance; à l'orient, Noran; à l'occident, Gézer et les villes de sa dépendance, Sichem et les villes de sa dépendance, jusqu'à Aza et aux villes de sa dépendance.
Onların mülkləri və yaşadıqları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri,
29 Entre les mains des fils de Manassé étaient encore Bethsan et les villes de sa dépendance, Thanach et les villes de sa dépendance, Mageddo et les villes de sa dépendance, Dor et les villes de sa dépendance. Ce fut dans ces villes qu'habitèrent les fils de Joseph, fils d'Israël.
həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəsli bu yerlərdə yaşadı.
30 Fils d'Aser: Jemma, Jésua, Jessui, Baria, et Sara, leur sœur. —
Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah.
31 Fils de Baria: Héber et Melchiel, qui fut père de Barsaïth.
Berianın oğulları: Xever və Birzayitin atası olan Malkiel.
32 Héber engendra Jéphlat, Somer, Hotham, et Suaa, leur sœur. —
Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua.
33 Fils de Jéphlat: Phosech, Chamaal et Asoth: ce sont là les fils de Jéphlat. —
Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat.
34 Fils de Somer: Ahi, Roaga, Haba et Aram. —
Şemerin oğulları: Axi, Rohqa, Xubba və Aram.
35 Fils de Hélem, son frère: Supha, Jemna, Sellès et Amal. —
Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal.
36 Fils de Supha: Sué, Harnapher, Sual, Béri, Jamra,
Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra,
37 Bosor, Hod, Samma, Salusa, Jéthran et Béra. —
Beser, Hod, Şamma, Şilşa, İtran və Beera.
38 Fils de Jéther: Jéphoné, Phaspha et Ara. —
Yeterin oğulları: Yefunne, Pispa və Ara.
39 Fils d'Olla: Arée, Haniel et Résia. —
Ullanın oğulları: Arah, Xanniel və Risya.
40 Tous ceux-là étaient fils d'Aser, chefs de maisons patriarcales, hommes d'élite et vaillants, chefs des princes, inscrits au nombre de vingt-six mille hommes en état d'aller en armes à la guerre.
Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi.