< Psaumes 113 >
1 Alleluia! Louez, serviteurs de Yahweh, louez le nom de Yahweh,
Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin!
2 Que le nom de Yahweh soit béni, dès maintenant et à jamais!
İndidən sonsuzadək Rəbbin isminə alqış olsun!
3 Du lever du soleil jusqu’à son couchant, loué soit le nom de Yahweh!
Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir!
4 Yahweh est élevé au-dessus de toutes les nations, sa gloire est au-dessus des cieux.
Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir!
5 Qui est semblable à Yahweh, notre Dieu? Il siège dans les hauteurs,
Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan,
6 et il regarde en bas, dans les cieux et sur la terre.
Göyə, yerə əyilərək baxan Odur.
7 Il relève le malheureux de la poussière, il retire le pauvre du fumier,
O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar.
8 pour les faire asseoir avec les princes, avec les princes de son peuple.
Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar.
9 Il donne une demeure à la stérile de la maison, il en fait une mère joyeuse au milieu de ses enfants. Alleluia!
Sonsuz qadının evini tikər, Ona övlad verməklə bəxtəvər ana edər. Rəbbə həmd edin!