< Miikan 7 >

1 Voi minua, sillä minun käy niinkuin hedelmänkorjuussa, niinkuin viinisadon jälkikorjuussa: ei ole rypälettä syödäkseni, ei varhaisviikunaa, jota minun sieluni himoitsee.
Vay halıma! Mən bir adama bənzəyirəm ki, Yay mövsümündən sonra Meyvəsi tamam yığılmış, Tənəkləri təmizlənmiş, Nə üzüm salxımı, Nə də könlü istəyən bir dənə əncir yeməyə qalıb.
2 Poissa ovat hurskaat maasta, eikä oikeamielistä ole ihmisten seassa. Kaikki he väijyvät verta, pyydystävät verkolla toinen toistansa.
Ölkədə Allaha sadiq adam qalmadı, İnsanlar arasında doğru adam tükəndi. Hamı qan tökmək üçün pusquda durur, Qardaş qardaşa tələ qurur.
3 Pahantekoon molemmin käsin! Sitä taidolla tekemään! Päämies vaatii, tuomari maksusta tuomitsee, ja mahtava puhuu julki sielunsa himon; senkaltaista he punovat.
Pis işlərə əlləri zirək olur, Rəislər, hakimlər rüşvət tələb edir, Dövlətlilər istədiklərini edir, Hamısı hiylə ilə iş görür.
4 Paras heistä on kuin orjantappura, oikeamielisin pahempi kuin teräväokainen aita. Sinun tähystäjäisi ilmoittama päivä, kosto sinulle, tulee. Silloin he joutuvat sekasortoon.
Bunların ən yaxşısı tikandan dəyərsizdir, Ən salehi də alaq otundan pisdir. Peyğəmbərlərin xəbərdarlıq etdiyi kimi Cəza günü gəldi. İndi siz çaşbaş qalmısınız.
5 Älkää uskoko ystävää, älkää luottako uskottuun; vaimolta, joka sylissäsi lepää, varo suusi ovet.
Qonşunuza inanmayın, Dostunuza bel bağlamayın, Hətta qoynunuzda yatan arvadınızdan belə, Ağzınızı möhkəm saxlayın.
6 Sillä poika halveksii isää, tytär nousee äitiänsä vastaan, miniä anoppiansa vastaan; ihmisen vihamiehiä ovat hänen omat perhekuntalaisensa.
Çünki oğul atasına xor baxır, Qız anasına, gəlin də qayınanasına qarşı qalxır. İnsanın düşməni öz ev əhli olub.
7 Mutta minä panen toivoni Herraan, odotan pelastukseni Jumalaa: minun Jumalani on minua kuuleva.
Mən isə Rəbbə baxacağam, Məni xilas edən Allahı gözləyəcəyəm. O məni xilas edəcək, Allahım məni eşidəcək.
8 Älkää iloitko, minun viholliseni, minusta: jos minä olen langennut, niin minä nousen; jos istun pimeydessä, on Herra minun valkeuteni.
Halıma sevinmə, ey düşmənim! Mən yıxılsam da, qalxacağam. Qaranlıqda olsam da, Rəbb mənim nurum olacaq!
9 Minä tahdon kantaa Herran vihaa, sillä minä olen tehnyt syntiä häntä vastaan, siihen asti että hän minun asiani toimittaa ja hankkii minulle oikeuden. Hän tuo minut valkeuteen, minä saan nähdä hänen vanhurskautensa.
Mənə bəraət qazandırıb Hökmünü icra edənə qədər Rəbbin qəzəbinə dözəcəyəm, Çünki Ona qarşı günah işlətdim. O sonra məni işığa çıxaracaq, Onun salehliyini görəcəyəm.
10 Minun viholliseni saavat nähdä sen, ja häpeä on peittävä heidät, jotka sanovat minulle: "Missä on Herra, sinun Jumalasi?" Minun silmäni saavat ilokseen katsoa heitä: silloin he joutuvat tallattaviksi kuin katujen loka.
Düşmənim bunu görüb xəcalət çəkəcək. O mənə demişdi: «Allahın Rəbb haradadır?» Bu düşmənin məğlubiyyətini görəcəyəm, O, küçələrdə palçıq kimi tapdalanacaq.
11 Tulee päivä, jolloin sinun muurisi rakennetaan; sinä päivänä on raja oleva kaukana:
Ey Yerusəlim, divarlarının bərpa günü yaxınlaşır, O gün sərhədlərin genişlənəcək.
12 sinä päivänä tullaan sinun tykösi Assurista ja Egyptin kaupungeista, kaikkialta, Egyptistä aina Eufrat-virtaan, merestä mereen, vuoresta vuoreen.
O gün xalqın Aşşurdan, Misir şəhərlərindən, Misirdən Fərat çayına qədər uzanan torpaqlardan, Dənizdən dənizədək, dağdan dağadək, Sənin yanına qayıdacaq.
13 Ja maa tulee autioksi asukkaittensa tähden, heidän töittensä hedelmäin takia.
Lakin sakinlərinin əməllərinə görə Yer üzü viran olacaq.
14 Kaitse kansaasi sauvallasi, perintölaumaasi, joka erillänsä asuu metsässä, keskellä Karmelia. Käykööt he laitumella Baasanissa ja Gileadissa niinkuin ikiaikoina ennen. -
Ya Rəbb, mirasın olan sürünü – Öz xalqını çomağınla otar. O, çöldə indi tənha qalır, Ətrafında isə yaxşı otlaq var. Qoy keçmiş günlərdəki kimi Başan və Gileadda otlasınlar.
15 "Niinkuin sinun lähtösi päivinä Egyptin maasta minä annan hänen nähdä ihmeitä". -
«Misirdən çıxdığın günlərdəki kimi Sizə möcüzələr göstərəcəyəm».
16 Sen näkevät pakanakansat ja saavat häpeän kaikesta väkevyydestänsä. He panevat käden suullensa, heidän korvansa menevät lumpeen.
Millətlər bunu görəcək, Öz qüvvətlərinə görə utanacaq. Əlləri ilə ağızlarını yumacaq, Qulaqları kar olacaq.
17 He nuolevat tomua kuin käärme, kuin maan matelijat. Vavisten he tulevat varustuksistansa, lähestyvät väristen Herraa, meidän Jumalaamme; he pelkäävät sinua.
İlan kimi torpağı yalayacaq, Əsə-əsə yuvalarından sürünənlər kimi çıxacaq. Ey Allahımız Rəbb, onlar Səndən qorxub Dəhşət içində Sənə tərəf dönəcək.
18 Kuka on Jumala, niinkuin sinä olet, joka annat pahat teot anteeksi ja käyt ohitse perintösi jäännöksen rikosten? Ei hän pidä vihaa iäti, sillä hänellä on halu laupeuteen.
Sağ qalan xalqının cəzasını aradan götürən, Üsyankarlığını bağışlayan Sənin kimi Allah varmı? Qəzəbini əbədi saxlamazsan, Çünki məhəbbət göstərməyi xoşlayırsan.
19 Hän armahtaa meitä jälleen, polkee maahan meidän pahat tekomme. Kaikki heidän syntinsä sinä heität meren syvyyteen.
Yenə bizə rəhm edib şər əməllərimizi siləcəksən, Bütün günahlarımızı Dənizin dərinliklərinə atacaqsan.
20 Sinä osoitat Jaakobille uskollisuutta, Aabrahamille armoa, niinkuin olet vannonut meidän isillemme muinaisista päivistä asti.
Qədim zamanda atalarımıza and içdiyin kimi Yaqub nəslinə sədaqətini, İbrahim övladlarına məhəbbətini göstərəcəksən.

< Miikan 7 >