< Heprealaisille 2 >
1 Sentähden tulee meidän sitä tarkemmin ottaa vaari siitä, mitä olemme kuulleet, ettemme vain kulkeutuisi sen ohitse.
Buna görə də biz eşitdiklərimizə daha da diqqətli olmalıyıq ki, axın bizi aparmasın.
2 Sillä jos enkelien kautta puhuttu sana pysyi lujana, ja jokainen rikkomus ja tottelemattomuus sai oikeudenmukaisen palkkansa,
Çünki mələklər vasitəsilə bəyan edilən söz qüvvəyə mindi, hər cür təqsir və itaətsizliyə haqlı cəza verildisə,
3 kuinka me voimme päästä pakoon, jos emme välitä tuosta niin suuresta pelastuksesta, jonka Herra alkuaan julisti ja joka niiden vahvistamana, jotka olivat sen kuulleet, saatettiin meille,
bu cür böyük xilasa məhəl qoymasaq, biz necə qurtula bilərik? Bu xilas əvvəlcə Rəbb tərəfindən bildirildi və Onu eşidənlər tərəfindən bizə təsdiq olundu.
4 kun Jumala yhdessä heidän kanssaan todisti tunnusmerkeillä ja ihmeillä ja moninaisilla väkevillä teoilla ja jakamalla Pyhää Henkeä tahtonsa mukaan?
Allah da əlamət, xariqələr, müxtəlif möcüzələr və Öz iradəsinə uyğun olaraq payladığı Müqəddəs Ruhun ənamları ilə şəhadət etdi.
5 Sillä enkelien alle hän ei alistanut tulevaa maailmaa, josta me puhumme.
Barəsində danışdığımız gələcək dünyanı Allah mələklərə tabe etmədi.
6 Vaan joku on jossakin paikassa todistanut, sanoen: "Mikä on ihminen, että sinä häntä muistat, tai ihmisen poika, että pidät hänestä huolen?
Lakin kimsə bir yerdə belə şəhadət etdi: «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?
7 Sinä teit hänet vähäksi aikaa enkeleitä halvemmaksi, kirkkaudella ja kunnialla sinä hänet seppelöitsit, ja sinä panit hänet hallitsemaan kättesi tekoja;
Onu mələklərdən az müddət ərzində aşağı tutdun, İzzət və əzəmət tacını onun başına qoydun.
8 asetit kaikki hänen jalkojensa alle." Sillä, asettaessaan kaikki hänen valtansa alle, hän ei jättänyt mitään hänen allensa alistamatta. Mutta nyt emme vielä näe kaikkea hänen valtansa alle asetetuksi.
Hər şeyi onun ayağının altına qoyub tabe etdin». Allah hər şeyi insana tabe etdiyinə görə ona tabe olmamış heç nə qoymadı. Lakin indi biz hər şeyin ona tabe olduğunu hələ görmürük.
9 Mutta hänet, joka vähäksi aikaa oli tehty enkeleitä halvemmaksi, Jeesuksen, me näemme hänen kuolemansa kärsimyksen tähden kirkkaudella ja kunnialla seppelöidyksi, että hän Jumalan armosta olisi kaikkien edestä joutunut maistamaan kuolemaa.
Amma Allahın lütfü ilə hər kəsin uğrunda ölmək üçün mələklərdən az müddət ərzində aşağı tutulmuş Şəxsi, yəni İsanı görürük. Çəkdiyi ölüm əzabına görə Onun başına izzət və əzəmət tacı qoyuldu.
10 Sillä hänen, jonka tähden kaikki on ja jonka kautta kaikki on, sopi, saattaessaan paljon lapsia kirkkauteen, kärsimysten kautta tehdä heidän pelastuksensa päämies täydelliseksi.
Hər şey Allah üçün və Allah vasitəsilə mövcuddur. Bir çox övladı izzətə çatdırmaq üçün onların xilasının Banisini əzablar vasitəsilə kamil etməsi Allaha münasib idi.
11 Sillä sekä hän, joka pyhittää, että ne, jotka pyhitetään, ovat kaikki alkuisin yhdestä. Sentähden hän ei häpeä kutsua heitä veljiksi,
Çünki təqdis edən Şəxsin və təqdis olunanların hamısının Atası eynidir. Bu səbəbdən İsa onları qardaş çağırmaqdan utanmayıb deyir:
12 kun hän sanoo: "Minä julistan sinun nimeäsi veljilleni, ylistän sinua seurakunnan keskellä";
«İsmini qardaşlarıma elan edəcəyəm, Toplantı arasında Sənə həmd söyləyəcəyəm».
13 ja taas: "Minä panen uskallukseni häneen"; ja taas: "Katso, minä ja lapset, jotka Jumala on minulle antanut!"
Yenə də deyir: «Mən Ona güvənəcəyəm» və yenə «Budur, Mən və Allahın Mənə verdiyi övladlar».
14 Koska siis lapsilla on veri ja liha, tuli hänkin niistä yhtäläisellä tavalla osalliseksi, että hän kuoleman kautta kukistaisi sen, jolla oli kuolema vallassaan, se on: perkeleen,
Bu səbəbdən bu övladlar tərkibcə qan və ətdən yarandıqlarına görə İsa Özü də onların insan təbiətinə şərik oldu ki, ölüm üzərində hakimiyyət sahibi olanı, yəni iblisi Öz ölümü vasitəsilə təsirsiz hala gətirsin
15 ja vapauttaisi kaikki ne, jotka kuoleman pelosta kautta koko elämänsä olivat olleet orjuuden alaisia.
və ölüm qorxusuna görə ömürləri boyu əsarətdə olanların hamısını azad etsin.
16 Sillä ei hän ota huomaansa enkeleitä, vaan Aabrahamin siemenen hän ottaa huomaansa.
Şübhəsiz, O, mələklərə deyil, İbrahim nəslinə yardım edər.
17 Sentähden piti hänen kaikessa tuleman veljiensä kaltaiseksi, että hänestä tulisi laupias ja uskollinen ylimmäinen pappi tehtävissään Jumalan edessä, sovittaakseen kansan synnit.
Buna görə də O hər cəhətdən qardaşlarına bənzər olmalı idi; belə ki Allaha xidmətində mərhəmətli və sadiq Baş Kahin olub xalqının günahları üçün kəffarə edə bilsin.
18 Sillä sentähden, että hän itse on kärsinyt ja ollut kiusattu, voi hän kiusattuja auttaa.
Çünki Özü sınağa çəkilib əzab çəkdiyi üçün sınağa çəkilənlərə kömək edə bilər.