< Psalms 93 >
1 The LORD reigneth, he is clothed with majesty; the LORD is clothed with strength, [with which] he hath girded himself: the world also is established, that it cannot be moved.
Rəbb hökmranlıq edir, əzəmət libasıdır, Rəbbin libasına qüdrət qurşanıb. Dünya möhkəm durub, sarsılmazdır.
2 Thy throne [is] established of old: thou [art] from everlasting.
Ya Rəbb, taxtın əvvəldən qurulub, Əzəldən var olan Sənsən.
3 The floods have lifted up, O LORD, the floods have lifted up their voice; the floods lift their waves.
Ya Rəbb, sellər çağlayır, Şırıldayan sellər çağlayır, Uğuldayan sellər çağlayır.
4 The LORD on high [is] mightier than the noise of many waters, [yes], [than] the mighty waves of the sea.
Gur suların uğultusundan da, Dənizin güclü dalğalanmasından da, Ucalarda olan Rəbb qüdrətlidir!
5 Thy testimonies are very sure: holiness becometh thy house, O LORD, for ever.
Ya Rəbb, öyüdlərin tamamilə etibarlıdır, Evinə müqəddəslik əbədi olaraq yaraşır.