< Psalms 43 >

1 Bring me justice, God, and plead my cause against an ungodly nation.
Ey Allah, etibarsız millətə qarşı olan mübarizəmdən Məni haqlı çıxart, Məni hiyləgər, fitnəkar adamın əlindən qurtar.
2 For you are the God of my strength. Why have you rejected me? Why do I go about in mourning because of the oppression of the enemy?
Çünki Sən pənah gətirdiyim Allahsan. Niyə məni atmısan? Düşmənin zülmünə görə niyə yaslı gəzməliyəm?
3 Oh, send out your light and your truth, let them lead me. Let them bring me to your holy hill and to your dwelling.
Göndər Öz nurunu, həqiqətini, Qoy yolunu mənə göstərsinlər, Müqəddəs dağına, məskənlərinə Qoy məni aparsınlar.
4 Then I will go to the altar of God, to God my exceeding joy. I will praise you with the harp, God, my God.
Onda Allahın qurbangahına, Sevincim, fərəhim olan Allahımın yanına gedərəm. Lira çalıb Sənə şükür edərəm, Ey Allah, mənim Allahım.
5 Why are you bowed down, my soul? Why are you upset within me? Hope in God, for again I will praise him who is my salvation and my God.
Mənim qəlbim, niyə qırılmısan? Axı niyə bu köksümdə təlaşlanırsan? Ümidini yenə Allaha bağla, Qoy Allahıma – məni qurtarana şükür edim.

< Psalms 43 >