< Psalms 125 >

1 A song of ascents. Those who trust in Yahweh are like Mount Zion, unshakable, forever enduring.
Ziyarət nəğməsi. Rəbbə güvənənlər Sion dağı kimi Sarsılmaz, əbədi qalar.
2 As the mountains surround Jerusalem, so Yahweh surrounds his people now and forever.
Dağlar Yerusəlimi dövrəyə aldığı kimi Rəbb də indidən sonsuzadək xalqının ətrafındadır.
3 The scepter of wickedness must not rule in the land of the righteous. Otherwise the righteous might do what is wrong.
Salehlərin payı üstündə Şər insanların dəyənəyi hökm sürə bilməz, Yoxsa salehlər də şərə əl atardı.
4 Do good, Yahweh, to those who are good and to those who are upright in their hearts.
Ya Rəbb, xeyirxahlara, Ürəyidüz olan insanlara xeyirxahlıq et!
5 But as for those who turn aside to their crooked ways, Yahweh will lead them away with the evildoers. May peace be on Israel.
Rəbb əyri yola dönənləri aparacaq, Onları şər iş görənlərlə bir yerə qoyacaq. İsrailin üzərinə sülh olsun!

< Psalms 125 >