< Psalms 101 >
1 A psalm of David. I will sing of covenant faithfulness and justice; to you, Yahweh, I will sing praises.
Davudun məzmuru. Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm, Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm!
2 I will walk in the way of integrity. Oh, when will you come to me? I will walk with integrity within my house.
Kamillik yolunda müdrik olacağam. Sən yanıma nə zaman gələcəksən? Təmiz ürəklə evimdə yaşayacağam,
3 I will not put wrongdoing before my eyes; I hate worthless evil; it will not cling to me.
İyrənc şeylərdən gözümü çəkəcəyəm. Azğınların işlərinə nifrət edirəm, Qoymaram məndən yapışsın.
4 Perverse people will leave me; I am not loyal to evil.
Əyri ürəkdən dönəcəyəm, Şəri tapdalayacağam.
5 I will destroy whoever secretly slanders his neighbor. I will not tolerate anyone who has a proud demeanor and an arrogant attitude.
Qonşusuna gizlincə böhtan atanı susduracağam, Yuxarıdan baxan lovğa insana dözə bilmərəm.
6 I will look to the faithful of the land to sit at my side. Those who walk in the way of integrity may serve me.
Gözüm ölkənin sadiq insanlarına baxar, Qoy onlar yanımda yaşasın. Kamillik yolu ilə gedənlər qulluğumda dayanar.
7 Deceitful people will not remain within my house; liars will not be welcome before my eyes.
Fırıldaqçıları sarayımda yaşamağa qoymaram, Yalançını hüzurumda dayanmağa qoymaram.
8 Morning by morning I will destroy all the wicked from the land; I will remove all evildoers from the city of Yahweh.
Hər səhər ölkədəki pisləri yox edəcəyəm, Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.