< Ezekiel 23 >
1 The word of Yahweh came to me, saying,
Mənə Rəbbin bu sözü nazil oldu:
2 “Son of man, there were two women, daughters of the same mother.
«Ey bəşər oğlu, eyni ananın qızları olan iki qadın var idi.
3 They acted as prostitutes in Egypt in the time of their youth. They acted as prostitutes there. Their breasts were squeezed and their virgin nipples were fondled there.
Onlar cavanlıqlarında Misirdə olarkən fahişəlik etdi. Onların döşləri orada əlləşdirildi, qızlıq sinələrinə orada əl sürtüldü.
4 Their names were Oholah—the older sister—and Oholibah—her younger sister. Then they became mine and bore sons and daughters. Their names mean this: Oholah means Samaria, and Oholibah means Jerusalem.
Bu qadınlardan böyüyünün adı Ohola, bacısınınkı isə Oholiva idi. Onlar Mənimki oldu, oğullar və qızlar doğdu. Ohola Samariyaya, Oholiva Yerusəlimə verilən addır.
5 But Oholah acted as a prostitute even when she was mine; she lusted for her lovers, for the Assyrians who were dominant,
Ohola Mənimki olarkən fahişəlik etdi. Oynaşları olan qonşu Aşşurlulara aludə oldu.
6 the governor who wore blue, and for his officials, who were strong and handsome, all of them men riding on horses.
Onların hamısı mavi paltar geyinmiş valilər və başçılar, cazibədar cavanlar, atlara minmiş adamlar idi.
7 So she gave herself as a prostitute to them, to all the best of Assyria's men, and she made herself unclean with everyone she lusted for—and with all their idols.
Onlarla fahişəlik etdi. Onların hamısı Aşşurun ən seçmə adamları idi. Ohola kimə aludə oldusa, onun bütün bütləri ilə özünü murdar etdi.
8 For she had not left her prostitute behavior behind in Egypt, when they had slept with her when she had been a young girl, when they first began to fondle her virgin breasts, when they first began to pour out their promiscuous behavior on her.
Misirdə başladığı fahişəliyindən əl çəkmədi. Çünki cavanlığında onunla yatmışdılar, qızlıq sinəsinə əl sürtmüşdülər, şəhvətlərini onun üstünə tökmüşdülər.
9 Therefore I gave her into the hand of her lovers, into the hand of the Assyrians for whom she lusted.
Buna görə də onu aludə olduğu oynaşlarına – Aşşur övladlarına təslim etdim.
10 They uncovered her nakedness, took her sons and daughters, killed her with the sword, and she became notorious among other women, so they executed judgment on her.
Onlar Oholanın ayıbını açdı, oğullarını və qızlarını əlindən aldı, özünü isə qılıncla öldürdü. O, qadınlar arasında rüsvay oldu, onun hökmünü yerinə yetirdilər.
11 Her sister Oholibah saw this, but she lusted even more passionately and acted like a prostitute even more than her sister.
Onun bacısı Oholiva bunu gördü, amma Oholivanın şəhvəti daha qızğın, fahişəliyi bacısından daha betər idi.
12 She lusted for the Assyrians, the governors and the dominating officials who dressed impressively, who were men riding horses. All of them were strong, handsome men.
O da qonşuları Aşşur övladlarına – valilərə və başçılara, dəbdəbə ilə geyinmiş, atlara minmiş adamlara aludə oldu. Onların hamısı cazibədar cavanlar idi.
13 I saw that she had made herself unclean. It was the same for both sisters.
Mən gördüm ki, o da murdarlanıb və hər iki qadın eyni yolu gedir.
14 Then she increased her prostitution even more. She saw men carved on walls, figures of Chaldeans painted in red,
Oholiva get-gedə fahişəliyini artırdı, çünki divara oyulmuş insan təsvirlərini –
15 wearing belts around their waists, with flowing turbans on their heads. All of them had the appearance of officers of chariot troops, the likeness of sons of Babylonia, whose native land is Chaldea.
bellərinə qurşaq, başlarına böyük çalma bağlamış Xaldeylilərin qırmızı rəngli şəkillərini gördü. Onların hamısı əsillərinə görə Xaldey ölkəsindən olan Babil zabitlərinə bənzəyirdi.
16 As soon as her eyes saw them, she lusted for them, so she sent out messengers to them in Chaldea.
Oholiva görən kimi onlara aludə oldu və onların yanına – Xaldey ölkəsinə qasidlər göndərdi.
17 Then the Babylonians came to her and to her bed of lust, and they made her unclean with their promiscuousness. By what she had done she was made unclean, so she turned herself away from them in disgust.
Babil övladları Oholivanın yanına, işrət yatağına gəlib şəhvətləri ilə onu murdarladı. O onlarla murdar olandan sonra onlardan iyrəndi.
18 When she displayed her acts of prostitution and uncovered her nakedness, I turned away from her, just as I had turned away in disgust from her sister.
O, fahişəliyini göstərəndə, ayıbını açanda ürəyim bacısından iyrənən kimi ondan da iyrəndi.
19 Then she increased her prostitution as she remembered the days of her youth, when she was a prostitute in the land of Egypt.
Misir torpağında fahişəlik etdiyi gənclik çağını yada salıb fahişəliyini daha da artırdı.
20 So she lusted for her lovers, whose private parts were like those of donkeys, and whose reproductive emissions were like those of horses.
Cinsiyyət üzvü eşşəyinki kimi, toxumları ayğırınkı kimi olan oynaşlarına aludə oldu.
21 This is how you committed shameful acts of your youth, when the Egyptians fondled your nipples and squeezed your young breasts.
Beləcə sən gənclik çağında etdiyin pozğunluğa qayıtdın. O zaman Misirlilər sənin sinənə əl sürtərək cavan döşlərini əlləşdirirdi.
22 Therefore, Oholibah, the Lord Yahweh says this, 'Behold! I will turn your lovers against you. Those from whom you turned away, I will bring them against you from every side:
Buna görə də, ey Oholiva, Xudavənd Rəbb belə deyir: “Bax iyrəndiyin oynaşlarını sənə qarşı təhrik edəcək, hər tərəfdən sənin üstünə gətirəcəyəm.
23 the Babylonians and all the Chaldeans, Pekod, Shoa, and Koa, and all the Assyrians with them, strong, handsome men, governors and commanders, all of them are officers and men of reputation, all of them riding on horses.
Babillilərlə bütün Xaldeyliləri, Peqod, Şoa və Qoa xalqını, bütün Aşşurluları gətirəcəyəm. Onlar cazibədar cavanlar, valilər, başçılar, zabitlər və məşhur adamlardır. Hamısı da atlara minib.
24 They will come against you with weapons, and with chariots and wagons, and with a great crowd of people. They will set large shields, small shields, and helmets against you all around. I will give them the opportunity to punish you, and they will punish you with their actions.
Onlar silahlarla, müharibə və yük arabaları ilə, çoxlu xalqdan ibarət qoşunla üstünə gələcək, sipərlə, qalxanla və dəbilqə ilə hər tərəfdən sənə qarşı düzüləcəklər. Hökm etmək ixtiyarını onlara verəcəyəm, öz hökmlərinə görə səni mühakimə edəcək.
25 For I will set my jealous anger on you, and they will deal with you in fury. They will cut off your noses and your ears, and your survivors will fall by the sword. They will take away your sons and your daughters, and your survivors will be devoured by fire.
Qısqanclığımı sənə qarşı çevirəcəyəm, səninlə qəzəblə rəftar edəcəklər. Burnunu və qulaqlarını kəsib salacaqlar, sağ qalanların qılıncla həlak olacaq. Oğullarını və qızlarını əsir alacaqlar, sağ qalanlarını od yandırıb məhv edəcək.
26 They will strip you of your clothes and take away all of your jewelry.
Sənin paltarlarını soyunduracaq, gözəl bəzəklərini alacaqlar.
27 So I will remove your shameful behavior from you and your acts of prostitution from the land of Egypt. You will not lift up your eyes toward them with longing, and you will think of Egypt no longer.'
Beləcə Misir torpağından gətirdiyin pozğunluğuna və fahişəliyinə son qoyacağam. Bu şeylərin artıq həsrətini çəkməyəcək, daha Misiri yada salmayacaqsan”.
28 For the Lord Yahweh says this, 'Behold! I will give you into the hand of the ones you hate, back into the hand of the ones from whom you had turned away.
Çünki Xudavənd Rəbb belə deyir: “Səni nifrət etdiyin adamlara, iyrəndiyin adamlara təslim edəcəyəm.
29 They will deal with you hatefully; they will take all your possessions and abandon you naked and bare, and your nakedness will be uncovered just as when you engaged in promiscuity and prostitutions.
Onlar səninlə nifrətlə rəftar edəcək, bütün zəhmətinin bəhrəsini əlindən alacaq, səni lüt və çılpaq qoyacaq. Beləcə fahişəliyinin ayıbı üzə çıxacaq. Pozğunluğun və fahişəliyin
30 These things will be done to you in your acting like a prostitute, lusting after nations by which you became unclean with their idols.
bunları sənin başına gətirdi, çünki başqa millətlərlə birgə fahişəlik etdin, onların bütləri ilə murdar oldun.
31 You have walked in the way of your sister, so I will put her cup of punishment into your hand.'
Öz bacının yolu ilə getdin. Buna görə də onun kasasını sənin əlinə verəcəyəm”.
32 The Lord Yahweh says this, 'You will drink your sister's cup that is deep and large. You will become a laughingstock and a subject for derision—this cup contains a great amount.
Xudavənd Rəbb belə deyir: “Sən bacının kasasından içəcəksən. O dərin və genişdir. Sənə gülüb istehza edəcəklər, Çünki dopdolu bir kasadır.
33 You will be filled with drunkenness and sorrow, the cup of horror and devastation; the cup of your sister Samaria.
Sərxoşluq və kədərlə dolacaqsan. Bacın Samariyanın kasası Dəhşət və viranəlik kasasıdır.
34 You will drink it and drain it empty; then you will shatter it and tear your breasts with the pieces. For I have declared it—this is the Lord Yahweh's declaration.'
Bu kasadan içəcəksən, Onu boşaldacaqsan, Parçalarını gəmirəcəksən, Köksünü yırtacaqsan”. Çünki bunu Mən söylədim, Xudavənd Rəbb belə bəyan edir.
35 Therefore, the Lord Yahweh says this, 'Because you have forgotten me and thrown me away behind your back, so also you will bear the consequences of your shameful behavior and acts of sexual immorality.'”
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki Məni unutdun, Mənə arxa çevirdin, pozğunluğun və fahişəliyin üçün cəzanı çək”».
36 Yahweh said to me, “Son of man, will you judge Oholah and Oholibah? So present to them their disgusting actions,
Rəbb mənə dedi: «Ey bəşər oğlu, Oholanı və Oholivanı mühakimə edəcəksənmi? Elə isə iyrənc işlərini özlərinə bildir.
37 since they have committed adultery, and since there is blood on their hands. They have committed adultery with their idols, and they have even caused their sons to pass through the fire, as food for their idols.
Çünki onlar xəyanət etdi və əlləri qana batıb. Onlar bütlərə səcdə edib xəyanət etdi. Hətta Mənim üçün doğduqları oğullarını bütlərə yemək olmaq üçün təqdim etdilər.
38 Then they continue to do this to me: They make my sanctuary unclean, and on the same day they defile my Sabbaths.
Mənə qarşı hələ bunları da etdilər: həmin gün Müqəddəs məkanımı murdar etdilər, Şənbə günlərimə məhəl qoymadılar.
39 For when they had slaughtered their children for their idols, then they came to my sanctuary on the same day to defile it! So behold! This is what they have done in the middle of my house.
Onlar bütləri üçün övladlarını kəsdikdən sonra həmin gün Müqəddəs məkanıma girərək oranı murdarladılar. Üstəlik bunu məbədimin ortasında etdilər.
40 You sent out for men who came from far away, to whom messengers had been sent—now behold. They indeed came, those for whom you bathed, painted your eyes, and adorned yourself with jewelry.
Bundan başqa, qasidlər göndərib uzaqdan gələn adamlar gətirtdilər. Bu adamlar gələndə sən onlar üçün yuyundun, gözlərinə sürmə çəkdin və bər-bəzək taxdın.
41 There you sat on a beautiful bed and at a table arranged before it where you placed my incense and my oil.
Möhtəşəm divan üzərində oturdun. Onun önündə hazırlanmış süfrə var idi. Mənim buxurumu və zeytun yağımı onun üstünə qoydun.
42 So the sound of a noisy crowd was around her; including all kinds of men, even Sabeans were brought in from the wilderness, and they put bracelets on their hands and beautiful crowns on their heads.
Ətrafında kef edən bir dəstənin gurultusu yüksəldi. Bayağı adamlar dəstəsi ilə səhradan Sevalılar oraya gətirildi. O iki qadının biləklərinə bilərziklər, başlarına şərəf tacları qoydular.
43 Then I said of her who was worn out by adultery, 'Now they will be sexually immoral with her, and she with them.'
Mən zinakarlıqda qarımış qadın barədə dedim: “İndi qoy onlar bu qadınla zina etsin, çünki o, fahişədir”.
44 They went in to her and slept with her as men go in to be with a prostitute. In this way they slept with Oholah and Oholibah, who were immoral women.
Fahişənin yanına girən kimi onun yanına girdilər. Beləcə pozğun qadınlar olan Ohola ilə Oholivanın yanına girdilər.
45 But righteous men will pass judgment and punish them as adulteresses, and they will punish them with the sentence for those who shed blood, because they are adulteresses and blood is on their hands.
Amma saleh adamlar zina edən qadına verilən cəzanı, qan tökən qadına verilən cəzanı onlara verəcək, çünki bu qadınlar zina edib və əlləri qana batıb.
46 So the Lord Yahweh says this: I will raise up a company against them and give them up to be terrorized and plundered.
Buna görə də Xudavənd Rəbb belə deyir: “Üstlərinə bir qoşun gətir və onları dəhşətə, talana düçar et.
47 Then that company will stone them with stones and cut them down with their swords. They will kill their sons and daughters and burn down their houses.
Bu qoşun onları daşqalaq edəcək və qılıncla doğrayacaq. Oğullarını və qızlarını öldürüb evlərini yandıracaqlar.
48 For I will remove shameful behavior from the land and discipline all the women so they will no longer act like prostitutes.
Ölkədə olan pozğunluğa son qoyacağam. Bütün qadınlar bundan dərs alıb sizin kimi pozğunluq etməyəcək.
49 So they will set your shameful behavior against you. You will bear the guilt of your sins with your idols, and in this way you will know that I am the Lord Yahweh.”
Pozğunluğunuzun cəzasını öz başınıza gətirəcəklər. Bütlərinizə tapınmağınızın əvəzini alacaqsınız. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”».