< Exodus 13 >
1 Then Yahweh spoke to Moses, saying,
Rəbb Musaya dedi:
2 “Set apart to me all the firstborn, every firstborn male among the Israelites, both of people and animals. The firstborn belongs to me.”
«İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir».
3 Moses said to the people, “Call this day to mind, the day on which you came out from Egypt, out of the house of slavery, for by Yahweh's strong hand he brought you out from this place. No bread with yeast may be eaten.
Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin.
4 You are going out of Egypt on this day, in the month of Aviv.
Çıxdığınız bu gün Aviv ayındadır.
5 When Yahweh brings you into the land of the Canaanites, Hittites, Amorites, Hivites, and the Jebusites, the land that he swore to your ancestors to give you, a land flowing with milk and honey—then you must observe this act of worship in this month.
Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin.
6 For seven days you must eat bread without yeast; on the seventh day there will be a feast to honor Yahweh.
Yeddi gün mayasız çörək yeyin, yeddinci gün Rəbbə bayram olsun.
7 Bread without yeast must be eaten throughout the seven days; no bread with yeast may be seen among you. No yeast may be seen with you within any of your borders.
O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin.
8 On that day you are to say to your children, 'This is because of what Yahweh did for me when I came out of Egypt.'
O günü övladlarınıza bildirib deyin: “Misirdən çıxdığım vaxt Rəbb mənim üçün nələr etdiyinə görə belə edirəm”.
9 This will be a reminder for you on your hand, and a reminder on your forehead. This is so the law of Yahweh may be in your mouth, for with a strong hand Yahweh brought you out of Egypt.
Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin. Çünki Rəbb sizi qüdrətli əli ilə Misirdən çıxartdı.
10 Therefore you must keep this law at its appointed time from year to year.
İldən-ilə təyin olunan vaxt bu qanuna riayət edin.
11 When Yahweh brings you into the land of the Canaanites, as he swore to you and to your ancestors to do, and when he gives the land to you,
Rəbb sizə və atalarınıza and içdiyi kimi Kənanlıların ölkəsinə gətirib, oranı sizə verən vaxtdan bəri
12 you must set apart to Yahweh the first offspring of every womb. All the firstborn offspring of your animals that are males, will belong to Yahweh.
ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz: ilk doğulan bütün heyvan balaları da Rəbbin olsun.
13 Every firstborn of a donkey you must buy back with a lamb. If you do not buy it back, then you must break its neck. But each of your firstborn males among all your sons—you must buy them back.
Hər ilk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin.
14 When your son asks you later, 'What does this mean?' then you are to tell him, 'It was by a strong hand that Yahweh brought us out from Egypt, from the house of slavery.
Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı.
15 When Pharaoh stubbornly refused to let us go, Yahweh killed all the firstborn in the land of Egypt, both the firstborn of people and the firstborn of animals. That is why I sacrifice to Yahweh the firstborn male of every animal, and why I buy back the firstborn of my sons.'
Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”.
16 This will become a reminder on your hands, and a reminder on your forehead, for it was by a strong hand Yahweh brought us out of Egypt.”
Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə olsun, çünki Rəbb bizi qüdrətli əli ilə Misirdən çıxartdı».
17 When Pharaoh let the people go, God did not lead them by way of the land of the Philistines, although that land was nearby. For God said, “Perhaps the people will change their minds when they experience war and will then return to Egypt.”
Firon xalqı buraxdığı zaman Allah onları Filiştlilərin ölkəsindən yol qısa olduğuna baxmayaraq, o yolla gətirmədi. Çünki O dedi: «Yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar».
18 So God led the people around through the wilderness to the Sea of Reeds. The Israelites went up out of the land of Egypt armed for battle.
Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolayı apardı. İsrail övladları Misir torpağından silahlanıb çıxdılar.
19 Moses took the bones of Joseph with him, for Joseph had made the Israelites solemnly swear and said, “God will surely rescue you, and you must carry away my bones with you.”
Musa Yusifin sümüklərini özü ilə apardı, çünki Yusif İsrail övladlarına «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman özünüzlə sümüklərimi də buradan çıxarın» deyərək and içdirmişdi.
20 The Israelites journeyed from Succoth and camped at Etham on the edge of the wilderness.
İsrail övladları Sukkotdan yola düşüb səhranın kənarında olan Etamda düşərgə saldılar.
21 Yahweh went before them by day in a pillar of cloud to lead them on the way. By night he went in a pillar of fire to give them light. In this way they could travel by day and by night.
Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər.
22 Yahweh did not take away from before the people the daytime pillar of cloud or the nighttime pillar of fire.
Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı.