< Deuteronomy 5 >

1 Moses called to all Israel and said to them, “Listen, Israel, to the statutes and the decrees that I will speak in your ears today, that you may learn them and keep them.
Musa bütün İsrailliləri çağırıb dedi: «Dinlə, ey İsrail! Bu gün sənə deyəcəyim qayda və hökmləri öyrənib dəqiq əməl et!
2 Yahweh our God made a covenant with us at Horeb.
Xorevdə Allahımız Rəbb bizimlə əhd kəsdi.
3 Yahweh did not make this covenant with our ancestors, but with us, all of us alive here today.
Bu əhdi Rəbb atalarımızla deyil, bu gün məhz burada bizim sağ qalanlarımızla kəsdi.
4 Yahweh spoke with you face to face on the mount out of the middle of the fire
Rəbb dağdakı alovun içərisindən sizinlə üzbəüz danışdı.
5 (I stood between Yahweh and you at that time, to reveal to you his word; for you were afraid because of the fire, and you did not go up the mountain). Yahweh said,
O zaman Rəbbin sözünü izah etmək üçün sizinlə Rəbbin arasında mən dayanmışdım. Alovdan qorxduğunuza görə dağa çıxmadınız.
6 'I am Yahweh your God, who brought you out of the land of Egypt, out of the house of slavery.
Rəbb belə dedi: “Səni Misir torpağından, köləlik diyarından çıxaran Allahın Rəbb Mənəm.
7 You will have no other gods before me.
Məndən başqa allahların olmasın.
8 You will not make for yourself a carved figure nor any likeness of anything that is in heaven above, or that is in the earth beneath, or that is in the water below.
Özün üçün heç bir oyma büt, nə yuxarıda – səmada və ya aşağıda – yerdə, nə də yerdən aşağıya yığılan sulardakı şeylərin heç birinin surətini düzəltmə.
9 You will not bow down to them or serve them, for I, Yahweh your God, am a jealous God. I punish the ancestors' wickedness by bringing punishment on the children, to the third and fourth generation of those who hate me,
Belə şeylərə səcdə qılaraq ibadət etmə. Çünki Mən sənin Allahın Rəbb qısqanc Allaham. Mənə nifrət edən ataların cəzasını üç-dörd nəslə qədər övladlarına çəkdirərəm.
10 and showing covenant faithfulness to thousands, to those who love me and keep my commandments.
Məni sevib əmrlərimə əməl edənlərin isə minlərlə nəslinə məhəbbət göstərərəm.
11 You will not take the name of Yahweh your God in vain, for Yahweh will not hold him guiltless that takes his name in vain.
Allahın Rəbbin adını boş yerə dilinə gətirmə, çünki Rəbb Öz adını boş yerə dilinə gətirəni cəzasız qoymaz.
12 Observe the Sabbath day to keep it holy, as Yahweh your God commanded you.
Allahın Rəbbin sənə etdiyi əmrə əsasən Şənbə gününü qeyd və təqdis et.
13 For six days you will labor and do all your work;
Altı gün çalışıb bütün işlərini gör.
14 but the seventh day is a Sabbath to Yahweh your God. On it you will not do any work—not you, nor your son, nor your daughter, nor your male servant, nor your female servant, nor your ox, nor your donkey, nor any of your cattle, nor any foreigner who is within your gates. This is so that your male servant and your female servant may rest as well as you.
Lakin yeddinci gün Allahın Rəbbin Şənbə günüdür. Bu gün sən, oğlun, qızın, qulun, qarabaşın, öküzün, eşşəyin, heç bir heyvanın, yanında qalan yadellin də heç bir iş görməsin, sənin kimi qul-qarabaşın da istirahət etsin.
15 You will call to mind that you were a servant in the land of Egypt, and Yahweh your God brought you out from there by a mighty hand and by an outstretched arm. Therefore Yahweh your God has commanded you to keep the Sabbath day.
Misir torpağında sənin kölə olduğunu və Allahın Rəbbin qüdrətli əli, uzanan qolu ilə səni oradan çıxardığını yadda saxla. Məhz buna görə Şənbə gününü qeyd etməyi Allahın Rəbb sənə əmr edib.
16 Honor your father and your mother, as Yahweh your God has commanded you to do, that you may live a long time in the land that Yahweh your God gives you, and so that it may go well with you.
Allahın Rəbbin sənə əmr etdiyi kimi ata-anana hörmət et ki, ömrün uzun olsun və Allahın Rəbbin sənə verəcəyi torpaqda xoş güzəranın olsun.
17 You will not murder.
Qətl etmə.
18 You will not commit adultery.
Zina etmə.
19 You will not steal.
Oğurluq etmə.
20 You will not give false witness against your neighbor.
Heç kimə qarşı yalandan şahidlik etmə.
21 You will not covet your neighbor's wife, you will not covet your neighbor's house, his field, or his male servant, or his female servant, his ox, or his donkey, or anything that belongs to your neighbor.'
Heç kimin arvadına tamah salma. Heç kimin evinə, tarlasına, quluna, qarabaşına, öküzünə, eşşəyinə – heç bir şeyinə tamah salma”.
22 These words Yahweh spoke in a loud voice to all your assembly on the mountain out of the middle of the fire, of the cloud, and of the thick darkness; he did not add any more words. He wrote them down on two tablets of stone and gave them to me.
Rəbb bu sözləri bütün camaatınıza dağda alovun, buludun və qatı qaranlığın içərisindən ucadan söylədi, başqa bir söz demədi. Sonra bunları iki lövhə üzərinə yazıb mənə verdi.
23 It came about, when you heard the voice out of the middle of the darkness, while the mountain was burning, that you came near to me—all your elders and the heads of your tribes.
Dağ alovlanıb-yanarkən zülmət içindən siz Onun səsini eşidəndə bütün qəbilə başçılarınız və ağsaqqallarınız mənə yaxınlaşdı.
24 You said, 'Look, Yahweh our God has shown us his glory and his greatness, and we have heard his voice out of the middle of the fire; we have seen today that when God speaks with people, they can live.
Belə dediniz: “Budur, Allahımız Rəbb bizə ehtişamını və əzəmətini göstərdi. Alovun içərisindən Onun səsini eşitdik. Bu gün gördük ki, Allah insanla danışanda insan sağ qalır.
25 But why should we die? For this great fire will consume us; if we hear the voice of Yahweh our God any longer, we will die.
Bu gün niyə ölməliyik? Axı bu böyük alov bizi külə döndərər. Əgər Allahımız Rəbbin səsini bir də eşitsək, o zaman öləcəyik.
26 For who besides us is there among all flesh who has heard the voice of the living God speak out of the middle of the fire and lived, as we have done?
Bütün bəşəriyyət içərisində bizim kimi alov içərisindən var olan Allahın səsini eşidib sağ qalan varmı?
27 As for you, you should go and listen to everything that Yahweh our God says; repeat to us everything that Yahweh our God says to you; we will listen to it and obey it.'
Sən Ona yaxınlaş, Allahımız Rəbbin deyəcəyi hər şeyə qulaq as. Sonra Allahımız Rəbbin dediyi hər şeyi bizə söylə! Biz isə buna qulaq asıb əməl edəcəyik”.
28 Yahweh heard your words when you spoke to me. He said to me, 'I have heard the words of this people, what they said to you. What they said was good.
Rəbb mənə bunları deyəndə bu sözləri siz də eşitdiniz. Rəbb mənə dedi: “Bu xalqın sənə söylədiklərini eşitdim. Söylədikləri hər şeyi yaxşı dedilər.
29 Oh, that there were such a heart in them, that they would honor me and always keep all my commandments, that it might go well with them and with their children forever!
Kaş ki ürəkləri dönməsin, Məndən qorxsunlar və bütün əmrlərimə əməl etsinlər. O zaman həm özlərinin, həm də övladlarının xoş güzəranı olar.
30 Go say to them, “Return to your tents.”
Get, onlara de ki, çadırlarına qayıtsınlar.
31 But as for you, stand here by me, and I will tell you all the commandments, the statutes, and the decrees that you will teach them, so that they may keep them in the land that I will give them to possess.'
Sən isə burada yanımda dayan. Bütün əmrləri, qayda və hökmləri sənə deyəcəyəm. Sən xalqa öyrət ki, mülk olaraq almaq üçün onlara verəcəyim torpaqda bunları yerinə yetirsinlər”.
32 You will keep, therefore, what Yahweh your God has commanded you; you will not turn aside to the right hand or to the left.
Allahınız Rəbbin sizə əmr etdiklərinə diqqətlə əməl edin, onlardan nə sağa, nə də sola dönün.
33 You will walk in all the ways that Yahweh your God has commanded you, so that you may live, and so that it may go well with you, and that you may prolong your days in the land that you will possess.
Bütünlüklə Allahınız Rəbbin sizə əmr etdiyi yolda gəzin. Onda sağ qalarsınız, xoş güzəranınız olar və mülk olaraq alacağınız torpaqda uzun ömür sürərsiniz.

< Deuteronomy 5 >