< Exodus 9 >

1 Then said Yahweh unto Moses, Go in unto Pharaoh, —then shalt thou say unto him—Thus, saith Yahweh, God of the Hebrews, Let my people go, that they may serve me.
Rəbb Musaya dedi: «Fironun yanına gedib ona söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
2 But, if, refusing, thou art to let them go, —and still art holding them fast,
Əgər sən onları buraxmaqdan boyun qaçırıb saxlamağı davam etsən,
3 lo! the hand of Yahweh, is coming on thy cattle which are in the field, on the horses, on the asses on the camels, on the herds and on the flocks, —a very grievous pestilence;
budur, Rəbb tarlanda olan heyvanların – at, eşşək, dəvə, mal-qara və qoyun-keçinin üzərinə əlini qaldıracaq; çox ağır qırğın olacaq.
4 and Yahweh will make a difference between the cattle of Israel and the cattle of the Egyptians, —so that there shall not die from among all that pertaineth to the sons of Israel, a thing!
Ancaq Rəbb İsrail övladlarının heyvanları ilə Misirlilərin heyvanları arasında fərq qoyacaq. İsrail övladlarına məxsus olan heyvanlardan heç biri ölməyəcək”».
5 And Yahweh appointed a set time—saying, To-morrow, will Yahweh do this thing, in the land.
Rəbb vaxt təyin edib dedi: «Rəbb bunu ölkədə sabah edəcək».
6 So Yahweh did this thing, on the morrow, and all the cattle of the Egyptians died, —but of the cattle of the sons of Israel, died not one.
Məhz bunu da Rəbb səhəri gün etdi. Misirlilərin bütün heyvanları öldü. Ancaq İsrail övladlarının heyvanlarından heç biri ölmədi.
7 And Pharaoh sent, and lo! there had not died of the cattle of Israel, so much as one. But Pharaoh’s heart became dull, and he did not let the people go.
Firon vəziyyəti soruşdu və İsrail övladlarının heyvanlarından heç birinin ölmədiyi barədə xəbər aldı. Ancaq fironun ürəyi inadkar oldu və o, xalqı buraxmadı.
8 Then said Yahweh unto Moses and unto Aaron, Take you your hands full of the ashes of an oven, —and Moses shall scatter them towards the heavens, before the eyes of Pharaoh:
Rəbb Musaya və Haruna dedi: «Kürədən əlinizə ovuc-ovuc qurum götürün. Qoy Musa onu fironun gözü önündə göyə səpsin.
9 then shall they become fine dust, over all the land of Egypt, —and shall become on man and on beast, a burning sore, breaking out in pustules in all the land of Egypt.
Bütün Misir torpağında toz qalxacaq, insanların və heyvanların bədənində irinli çibanlar əmələ gətirəcək».
10 So they took the ashes of an oven and stood before Pharaoh, and Moses scattered them towards the heavens, —and it came to pass that there was a burning sore in pustules breaking out, among men, and among beasts;
Onlar kürə qurumunu götürüb fironun hüzurunda dayandılar. Musa onu göyə qədər səpdi, insanların və heyvanların bədəninə irinli çibanlar çıxdı.
11 and the sacred scribes could not stand before Moses, because of the burning sore, —for the burning sore had come on the sacred scribes, and on all the Egyptians.
Sehrbazlar da bu cəzaya görə Musanın qabağında dayana bilmədilər, çünki sehrbazların və bütün Misirlilərin bədənlərinə çibanlar çıxmışdı.
12 But Yahweh let the heart of Pharaoh wax bold, and he hearkened not unto them, —as spake Yahweh unto Moses.
Rəbbin Musaya söylədiyi kimi oldu: Rəbb fironun ürəyini inadkar etdi və firon onlara qulaq asmadı.
13 Then said Yahweh unto Moses, Rise thou early in the morning, and station thyself before Pharaoh, —then shalt thou say unto him—Thus, saith Yahweh, God of the Hebrews, Let my people go that they may serve me;
Rəbb Musaya dedi: «Sabah səhər tezdən qalx və fironun qarşısına gedib ona belə söylə: “İbranilərin Allahı Rəbb belə deyir: xalqımı burax ki, Mənə ibadət etsin!
14 for this time, am I, sending all my plagues unto thy heart, and amongst thy servants and amongst thy people, —to the intent thou mayest get to know, that there is none like me in all the earth.
Çünki Mən bu dəfə sənin ürəyinə, əyanlarının və xalqının da üzərinə bütün bəlalarımı göndərəcəyəm. Bundan biləcəksən ki, bütün dünyada Mənə bənzər yoxdur.
15 For now, might I have put forth my hand, and smitten thee and thy people with pestilence, —and thou shouldst have secretly disappeared from the earth;
Əgər indi əlimi uzadıb səni və xalqını qırğınla cəzalandırmış olsaydım, yer üzündən silinib atılardın.
16 but, in very deed for this purpose, have I let thee remain, for the purpose of showing thee my might, —and that my name may be celebrated in all the earth.
Amma ona görə səni qoruyub saxladım ki, Öz gücümü sənə göstərim və adım bütün dünyaya elan edilsin.
17 Even yet, art thou exalting thyself over my people—in not letting them go?
Sən hələ də Mənim xalqıma qarşı durmusan və onu buraxmırsan.
18 Behold me! raining down, about this time to-morrow, an exceeding heavy hail, —such as hath not been in Egypt, from the day it was founded, even unto the present time.
Budur, Mən sabah bu vaxt çox güclü bir dolu göndərəcəyəm: elə bir dolu ki Misir qurulandan indiyə qədər orada olmayıb.
19 Now, therefore, send—bring into safety thy cattle, and all that thou hast in the field, —as touching all men and beasts which shall be found in the field and shall not be withdrawn into shelter, the hail shall come down upon them and they shall die.
İndi heyvanlarını və çöldə olan hər şeyini apar, çünki tarlada qalan bütün insanlar və heyvanlar evə gətirilməsə, onların üzərinə dolu yağacaq və öləcəklər”».
20 He that feared the word of Yahweh, among the servants of Pharaoh, made his servants and his cattle flee, under shelter:
Fironun əyanlarından bəzisi Rəbbin sözündən qorxub öz qul və heyvanlarını tələsik evlərinə gətirdi.
21 but, whoso applied not his heart unto the word of Yahweh, left his servants and his cattle in the field.
Rəbbin sözünə etinasızlıq edənlər isə öz qul və heyvanlarını tarlada qoydular.
22 Then said Yahweh unto Moses—Stretch forth thy hand over the heavens, that there may be hail in all the land of Egypt, —on man and on beast, and on every herb of the field in the land of Egypt.
Rəbb Musaya dedi: «Əlini göyə uzat. Qoy bütün Misir torpağına və orada olan insanların, heyvanların və bütün tarla bitkilərinin üzərinə dolu yağsın».
23 So Moses stretched forth his staff over the heavens, and, Yahweh, gave forth thunderings and hail, and there came fire towards the earth, —and Yahweh rained down hail, on the land of Egypt.
Musa əsasını göyə qaldırdı. Rəbb ildırımla dolu göndərdi və yerə od düşdü; Rəbb Misir torpağı üzərinə dolu yağdırdı.
24 So there came to be hail, and fire catching hold of itself, in the midst of the hail, —exceeding heavy, such as had not been in all the land of Egypt, from the very time it became a nation.
Beləliklə, çox güclü bir dolu yağdı. Dolu içində od alışırdı; Misir milləti mövcud olduğu vaxtdan bəri burada belə dolu olmamışdı.
25 And the hail smote in all the land of Egypt all that was in the field, both man and beast, —and every herb of the field, did the hail smite, and every tree of the field, did it shiver.
Dolu bütün Misir torpağında insandan tutmuş heyvana və tarla bitkilərinə qədər hər şeyi məhv etdi. Çöldə bitən bütün otlar və ağaclar tələf oldu.
26 Only in the land of Goshen, where were the sons of Israel, was there no hail.
Ancaq İsrail övladlarının yaşadığı Qoşen torpağına dolu yağmadı.
27 Then sent Pharaoh, and called for Moses and for Aaron, and said unto them—I have sinned this time, —Yahweh, is the righteous one, and, I and my people, are the wrong-doers.
Firon Musanı və Harunu çağırtdırıb onlara dedi: «Bu dəfə günah etdim. Rəbb ədalətlidir, mən və xalqım isə haqsızıq.
28 Make ye request unto Yahweh, and it shall be enough without there being any more thunderings of God, and hail, —and I must a let you go, and not again shall ye delay.
Kifayətdir! Rəbbə yalvarın ki, bu dəhşətli ildırım və dolu dayansın. Sizi azad edərəm, daha burada qalmayın».
29 And Moses said unto him, As soon as I am gone out of the city, will I spread out my hands unto Yahweh, —the thunderings, shall cease, and, the hail, shall come no more, —that thou mayest know, that to Yahweh, belongeth the earth.
Musa ona dedi: «Şəhərdən çıxanda əlimi Rəbbə tərəf qaldıracağam, ildırım dayanacaq və daha dolu yağmayacaq. Bundan biləcəksən ki, dünya Rəbbə məxsusdur.
30 But as touching thee and thy servants, I know that not yet will ye stand in awe of Yahweh Elohim.
Ancaq mən bilirəm ki, sən və əyanların yenə də Rəbb Allahdan qorxmursunuz».
31 Now, the flax and the barley, were smitten, —for the barley, was in the ear, and, the flax, was in flower;
Bu vaxt kətan və arpa məhsulu məhv oldu, çünki arpa dən gətirmiş, kətan isə qozalanmışdı.
32 but the wheat and the spelt, were not smitten, —for they were, not ripe.
Ancaq buğda və pərinc məhsulu məhv olmadı, çünki onlar gec yetişir.
33 So Moses went away from Pharaoh out of the city, and spread out his hands unto Yahweh, —then did the thunderings and the hail cease, and, rain, was not poured out on the earth.
Musa fironun yanından ayrılıb şəhərdən çıxdı və əlini Rəbbə tərəf qaldırdı; ildırım və dolu dayandı və yerə yağış yağmadı.
34 And when Pharaoh saw that the rain and the hail and the thunderings had ceased, he again sinned, —and made his heart dull, he, and his servants.
Firon yağışın, dolunun və ildırımın dayandığını görüb yenə də günah etməyə başladı, özü və əyanları ürəklərini inadkar etdilər.
35 And the heart of Pharaoh waxed bold, and he did not let the sons of Israel go, —as spake Yahweh by the hand of Moses.
Rəbbin Musa vasitəsilə söylədiyi kimi fironun ürəyi inadkarlaşdı və o, İsrail övladlarını buraxmadı.

< Exodus 9 >