< Ecclesiastes 12 >

1 Remember also thy Creator in the days of thy youth, or ever the evil days come, and the years draw nigh, when thou shalt say, I have no pleasure in them;
Pis günlər gəlməzdən qabaq, “Onlardan zövq almıram” deyəcəyin illər Yaxınlaşmazdan əvvəl, Cavanlıq günlərində Səni Yaradanı xatırla.
2 or ever the sun, and the light, and the moon, and the stars, be darkened, and the clouds return after the rain:
Günəş, işıq, ay və ulduzlar sönməzdən əvvəl, Yağışdan sonra buludlar yenə qayıtmazdan əvvəl Onu xatırla.
3 in the day when the keepers of the house shall tremble, and the strong men shall bow themselves, and the grinders cease because they are few, and those that look out of the windows be darkened,
O gün gələndə Evi qoruyanlar tir-tir əsəcək, Güclülər əyiləcək, Əl dəyirmanı ilə işləyənlər Az olduqları üçün Dən üyüdə bilməyəcək, Pəncərədən baxanlar qaralacaq.
4 and the door shall be shut in the street; when the sound of the grinding is low, and one shall rise up at the voice of a bird, and all the daughters of music shall be brought low;
Küçəyə açılan qapılar bağlanacaq, Dəyirmanların səsi kəsiləcək. Adamlar quş səsi ilə oyanacaq, Nəğmə oxuyan bütün qızların səsini Zəif eşidəcəklər.
5 yea, they shall be afraid of [that which is] high, and terrors [shall be] in the way; and the almond tree shall blossom, and the grasshopper shall be a burden, and the caper-berry shall fail: because man goeth to his long home, and the mourners go about the streets:
O zaman onlar uca yerdən qorxacaq, Yolda yerimək də təhlükəli olur. Bax badam ağacı çiçək verir, Çəyirtkə özünü güclə çəkir, Həvəsi zəifləyir. Beləcə insan son mənzilə gedir, Yas tutanlar küçələrə düşür.
6 or ever the silver cord be loosed, or the golden bowl be broken, or the pitcher be broken at the fountain, or the wheel broken at the cistern;
Gümüş iplər qopmamış, Qızıl kasa qırılmamış, Bulaq başında kuzə tikə-tikə olmamış, Quyu yanında çarx sınmamış,
7 and the dust return to the earth as it was, and the spirit return unto God who gave it.
Torpaq gəldiyi yerə qayıtmamış, Həyat nəfəsi isə onu verən Allaha dönməmiş Səni Yaradanı xatırla».
8 Vanity of vanities, saith the Preacher; all is vanity.
Vaiz deyir: «Hər şey puçdur, tamam puçdur».
9 And further, because the Preacher was wise, he still taught the people knowledge; yea, he pondered, and sought out, [and] set in order many proverbs.
Vaiz hikmətli adam olmaqdan başqa, xalqa bilik də öyrədirdi. O bir çox məsəlləri araşdırıb axtardı və tərtib etdi.
10 The Preacher sought to find out acceptable words, and that which was written uprightly, [even] words of truth.
Vaiz faydalı sözlər tapmağa çalışdı. Onun yazdıqları düzgün və doğrudur.
11 The words of the wise are as goads, and as nails well fastened are [the words of] the masters of assemblies, [which] are given from one shepherd.
Hikmətlilərin sözləri çoban çubuğu kimi, topladıqları sözləri bərk vurulmuş mıxlar kimidir; o sözlər bir Çoban tərəfindən verilir.
12 And furthermore, my son, be admonished: of making many books there is no end; and much study is a weariness of the flesh.
Bunlardan başqa, oğlum, sən buna diqqət et ki, Çox kitab yazmağın axırı yoxdur, Çox oxumaq adamı yorur.
13 [This is] the end of the matter; all hath been heard: fear God, and keep his commandments; for this is the whole [duty] of man.
Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Allahdan qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur.
14 For God shall bring every work into judgment, with every hidden thing, whether it be good or whether it be evil.
Çünki Allah hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək.

< Ecclesiastes 12 >