< Ezekiel 13 >
1 The word of YHWH came to me, saying,
Mənə Rəbbin bu sözü nazil oldu:
2 "Son of man, prophesy against the prophets of Israel who prophesy, and say to those who prophesy out of their own heart, 'Hear the word of YHWH:
«Ey bəşər oğlu, peyğəmbərlik edən İsrail peyğəmbərlərinə qarşı peyğəmbərlik et və öz-özlərindən peyğəmbərlik edən adamlara söylə ki, Rəbbin sözünü eşitsinlər.
3 Thus says YHWH, "Woe to the foolish prophets, who follow their own spirit, and have seen nothing.
Xudavənd Rəbb belə deyir: “O axmaq peyğəmbərlərin vay halına! Onlar öz ruhları ilə ilhamlanır və heç bir vəhy almayıb.
4 Israel, your prophets have been like foxes in the waste places.
Ey İsrail, sənin peyğəmbərlərin viranəliklərdə dolaşan tülkülərə bənzəyir.
5 You have not gone up into the breaches, neither built up the wall for the house of Israel, to stand in the battle in the day of YHWH."
Ey peyğəmbərlər, siz divarın dəliklərinə çıxmadınız, Rəbbin günündə döyüşdə bərk dayanmaq üçün İsrail nəslinin ətrafında divar qurmadınız.
6 They have seen falsehood and lying divination, who say, "YHWH says"; but YHWH has not sent them: and they have made men to hope that the word would be confirmed.
Onlar boş şeylər görərək falçılıq edib yalan danışır. Söyləyirlər ki, bunu Rəbb bəyan edir, Rəbb isə onları göndərməyib. Yenə də ümid verirlər ki, sözləri yerinə yetəcək.
7 "Haven't you seen a false vision, and haven't you spoken a lying divination, in that you say, "YHWH says"; but I have not spoken?
Sizin gördüyünüz görüntü boş və etdiyiniz falçılıq yalan deyilmi? Siz bunlara ‹Rəbb bəyan edir› deyirsiniz, Mənsə belə söyləmədim”.
8 Therefore thus says YHWH: Because you have spoken falsehood, and seen lies, therefore, look, I am against you, says YHWH.
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi ki boş sözlər söyləyib yalan şeylər gördünüz, Mən sizə qarşıyam” Xudavənd Rəbb belə bəyan edir.
9 My hand shall be against the prophets who see false visions, and who divine lies: they shall not be in the council of my people, neither shall they be written in the writing of the house of Israel, neither shall they enter into the land of Israel; and you shall know that I am YHWH.
“Mən boş şeylər görən və falçılıq edib yalan danışan peyğəmbərləri Öz əlimlə cəzalandıracağam. Onlar Mənim xalqımın məclisində olmayacaq, İsrail nəslinin siyahısına yazılmayacaq və İsrail torpağına girməyəcək. Onda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm.
10 Because, even because they have seduced my people, saying, 'Peace'; and there is no peace; and when one builds up a wall, look, they plaster it with whitewash:
Bunu ona görə edəcəyəm ki, onlar sülh olmadığı halda ‹sülh› deyib xalqımı azdırır. Biri bünövrəsiz divar tikəndə o biri ona suvaq vurur.
11 tell those who plaster it with whitewash, that it shall fall: there shall be an overflowing shower; and you, great hailstones, shall fall; and a stormy wind break out.
Sən suvaq vuranlara söylə ki, o divar uçacaq. Şiddətli yağış yağacaq və dolu dənələrini yerə salacağam. Tufan küləyi divara qarşı əsəcək.
12 Look, when the wall has fallen, shall it not be said to you, 'Where is the plaster with which you have plastered it?'
Bəs divar uçanda sizə ‹vurduğunuz suvaq necə oldu› deməyəcəklərmi?”
13 "'"Therefore thus says YHWH: I will even tear it with a stormy wind in my wrath; and there shall be an overflowing shower in my anger, and great hailstones in wrath to consume it.
Buna görə də Xudavənd Rəbb belə deyir: “Mən Öz qəzəbimlə tufan küləyi əsdirib, Öz hiddətimlə şiddətli yağış və dolu yağdıracağam ki, divar qızğınlığımla məhv olsun.
14 So will I break down the wall that you have plastered with whitewash, and bring it down to the ground, so that its foundation shall be uncovered; and it shall fall, and you shall be consumed in its midst: and you shall know that I am YHWH.
Beləcə suvaq vurduğunuz divarı uçurub yerlə yeksan edəcəyəm və bünövrəsi görünəcək. Siz də yıxılan divarın altında həlak olacaqsınız. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
15 Thus will I accomplish my wrath on the wall, and on those who have plastered it with whitewash; and I will tell you, 'The wall is no more, neither those who plastered it;
Öz qızğınlığımı divarın və ona suvaq vuranların üzərində söndürəcəyəm. Sizə deyəcəyəm ki, divar da yoxdur, ona suvaq vuran İsrail peyğəmbərləri də.
16 to wit, the prophets of Israel who prophesy concerning Jerusalem, and who see visions of peace for her, and there is no peace,'"' says YHWH."
O peyğəmbərlər Yerusəlim üçün peyğəmbərlik edir və sülh olmadığı halda orada sülh olacağı barədə görüntülər görür” Xudavənd Rəbb belə bəyan edir.
17 "You, son of man, set your face against the daughters of your people, who prophesy out of their own heart; and prophesy against them,
Sən ey bəşər oğlu, öz-özlərindən peyğəmbərlik edən xalqının qadınlarına üzünü tut və onların əleyhinə peyğəmbərlik edib
18 and say, 'Thus says YHWH: "Woe to the women who sew pillows on all elbows, and make kerchiefs for the head of persons of every stature to hunt souls. Will you hunt the souls of my people, and save souls alive for yourselves?
söylə ki, Xudavənd Rəbb belə deyir: “Canları ovlamaq üçün hər kəsin biləyinə yastıqçalar tikən və hər boyda olan adamın başına örtüklər düzəldən qadınların vay halına! Elə bilirsiniz ki, xalqımın canlarını ovlamaqla öz canınızı salamat saxlayacaqsınız?
19 You have profaned me among my people for handfuls of barley and for pieces of bread, to kill the souls who should not die, and to save the souls alive who should not live, by your lying to my people who listen to lies."
Xalqımın önündə bir neçə ovuc arpa və bir neçə parça çörək üçün Məni izzətdən saldınız. Yalana qulaq asan xalqıma yalan söyləyərək ölməyə layiq olmayanları öldürdünüz və yaşamağa layiq olmayanları yaşatdınız”.
20 "'Therefore thus says YHWH: "Look, I am against your pillows, with which you there hunt the souls to make them fly, and I will tear them from your arms; and I will let the souls go, even the souls whom you hunt to make them fly.
Buna görə də Xudavənd Rəbb belə deyir: “İndi Mən sizin ovsun yastıqçalarınıza qarşıyam. Həmin yastıqçalarla siz orada adamları quş kimi ovlayırsınız. Mən onları qollarınızdan qoparacağam. Quş kimi ovladığınız adamları azad edəcəyəm.
21 Your kerchiefs also will I tear, and deliver my people out of your hand, and they shall be no more in your hand to be hunted; and you shall know that I am YHWH.
Örtüklərinizi də yırtacaq və xalqımı əlinizdən qurtaracağam. Onlar daha bir ov kimi sizin əlinizdə əsir olmayacaq. Onda biləcəksiniz ki, Rəbb Mənəm.
22 Because with lies you have grieved the heart of the righteous, whom I have not made sad; and strengthened the hands of the wicked, that he should not return from his wicked way, and be saved alive:
Mənim kədərlənməsini istəmədiyim salehin ürəyini siz yalanlarla kədərləndirdiniz, pis adamın qoluna güc verdiniz ki, öz pis yolundan dönməsin və canını qurtarmasın.
23 Therefore you shall no more see false visions, nor practice divination. I will deliver my people out of your hand; and you shall know that I am YHWH."'"
Buna görə də artıq boş görüntülər görməyəcək və falçılıq etməyəcəksiniz. Mən Öz xalqımı sizin əlinizdən qurtaracağam. Onda biləcəksiniz ki, Rəbb Mənəm”».