< Ezekiel 24 >

1 Again, in the ninth year, in the tenth month, in the tenth day of the month, the word of Jehovah came to me, saying,
Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu:
2 "Son of man, write the name of the day, even of this same day: the king of Babylon drew close to Jerusalem this same day.
«Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı.
3 Utter a parable to the rebellious house, and tell them, 'Thus says Jehovah, "Set on the caldron, set it on, and also pour water into it:
Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir: “Qazanı oda qoy, oda qoy, İçinə su doldur.
4 gather its pieces into it, even every good piece, the thigh, and the shoulder; fill it with the choice bones.
Ətin parçalarını, ən yaxşı parçalarını, Budu və döşü oraya yığ. Onu seçilmiş sümüklərlə doldur.
5 Take the choice of the flock, and also a pile of wood for the bones under the caldron; make it boil well; yes, let its bones be boiled in its midst."'
Sürüdən ən yaxşı heyvanları götür, Qazanın altına isə odun yığ. Qoy içindəki su qaynasın ki, Qazandakı sümükləri də bişsin”.
6 "Therefore thus says Jehovah: 'Woe to the bloody city, to the caldron whose rust is in it, and whose rust is not gone out of it. Take out of it piece after piece; No lot is fallen on it.
Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Ora pas tutmuşdur, Öz pasından təmizlənməmiş qazana bənzəyir. Püşk atmadan əti parça-parça qazandan çıxarın.
7 For her blood is in the midst of her; she set it on the bare rock; she didn't pour it on the ground, to cover it with dust.
Çünki onun tökdüyü qan hələ içindədir. Qanı tozla örtmək üçün hətta yerə də tökmədi, Düz çılpaq qayanın üstünə axıtdı.
8 That it may cause wrath to come up to take vengeance, I have set her blood on the bare rock, that it should not be covered.'
Mən də qəzəbi alovlandıraraq Qisas alınsın deyə Onun qanını çılpaq bir qayanın Üstünə tökdüm ki, örtülməsin”.
9 "Therefore thus says Jehovah: 'Woe to the bloody city. I also will make the pile great.
Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Mən də odun qalağını böyüdəcəyəm.
10 Pile on the wood, make the fire hot, boil the meat well, and mix in the spices, and let the bones be burned up.
Odunları yığ, odu alovlandır, Əti yaxşı bişir, Ədviyyatını qat, Sümüklər də yansın.
11 Then set it empty on its coals, that it may be hot, and its bronze may burn, and that its filthiness may be molten in it, that its rust may be consumed.
Onun közləri üstünə Qazanı boş qoy ki, qızsın, Misi yansın, İçindəki murdarlığı getsin, Pası ərisin.
12 She has wearied herself with toil; yet her great rust doesn't go forth out of her; her rust doesn't go forth by fire.
Bütün zəhmət hədər getdi, Qalın pası ərimək bilmir, Pası odla da çıxmır.
13 In your filthiness is lewdness: because I have cleansed you and you weren't cleansed, you shall not be cleansed from your filthiness any more, until I have caused my wrath toward you to rest.
Etdiyin pozğunluq səni murdarladı, Səni təmizləmək istədim, Amma sən təmizlənmək istəmədin. Sənə qarşı qəzəbim yatana qədər Öz murdarlığından təmizlənməyəcəksən.
14 I, Jehovah, have spoken it: it shall happen, and I will do it: I will not go back, neither will I spare, neither will I repent; according to your ways and according to your deeds I will judge you,' says Jehovah."
Mən Rəbb bunu söylədim, Vaxt çatdı ki, yerinə yetirim. Çəkinməyəcəyəm, acımayacağam, Peşman olmayacağam. Adətlərinə və əməllərinə görə cəzalanacaqsan” Xudavənd Rəbb belə deyir».
15 Also the word of Jehovah came to me, saying,
Mənə Rəbbin bu sözü nazil oldu:
16 "Son of man, look, I will take away from you the desire of your eyes with a stroke: yet you shall neither mourn nor weep, neither shall your tears run down.
«Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə.
17 Sigh, but not aloud, make no mourning for the dead; bind your headdress on you, and put your shoes on your feet, and do not cover your lips, and do not eat men's bread."
İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə».
18 So I spoke to the people in the morning; and at even my wife died; and I did in the morning as I was commanded.
Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim.
19 The people said to me, "Won't you tell us what these things are to us, that you do so?"
Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?»
20 Then I said to them, "The word of Jehovah came to me, saying,
Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu:
21 'Speak to the house of Israel, "Thus says Jehovah: Look, I will profane my sanctuary, the pride of your power, the desire of your eyes, and that which your soul pities; and your sons and your daughters whom you have left behind shall fall by the sword.
İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək.
22 You shall do as I have done: you shall not cover your lips, nor eat the bread of men.
Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz.
23 Your turbans shall be on your heads, and your shoes on your feet: you shall not mourn nor weep; but you shall pine away in your iniquities, and moan one toward another.
Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz.
24 Thus Ezekiel shall be a sign to you; according to all that he has done, you will do. When this comes, then you will know that I am Jehovah."'"
Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”.
25 "You, son of man, shall it not be in the day when I take from them their strength, the joy of their glory, the desire of their eyes, and that whereupon they set their heart, their sons and their daughters,
Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt –
26 that in that day he who escapes shall come to you, to cause you to hear it with your ears?
o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək.
27 In that day your mouth will be opened to him who has escaped, and you shall speak, and be no more mute: so you will be a sign to them; and they shall know that I am Jehovah."
O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».

< Ezekiel 24 >