< Ezra 6 >

1 Then Daryavesh the king made a decree, and search was made in the house of the archives, where the treasures were laid up in Babylon.
O zaman padşah Daranın verdiyi əmrə əsasən Babil xəzinəsində olan dəftərxana axtarıldı.
2 There was found at Achmetha, in the palace that is in the province of Media, a scroll, and there was written in it as follows: "Memorandum:
Midiya vilayətində olan Ekbatana qalasında bir tumar tapıldı. Bu tumarda belə qeyd edilmişdi:
3 In the first year of Koresh the king, Koresh the king made a decree: Concerning God's house at Jerusalem, let the house be built, the place where they offer sacrifices, and let its foundations be strongly laid; its height one hundred three feet and four inches; and its breadth one hundred three feet and four inches;
«Padşah Kirin hökmdarlığının birinci ilində Allahın Yerusəlimdəki məbədi barədə Kir belə əmr verib: “Bu məbəd – qurbanlar təqdim edilən bu yer əvvəlki bünövrəsi üzərində bərpa edilsin.
4 with three layers of great stones, and one layer of timber. And let the expenses be given out of the king's house.
Üç cərgə böyük daş, bir cərgə təzə dirək qoyulmaqla altmış qulac hündürlükdə və altmış qulac uzunluqda olsun. Bu işin bütün xərci padşah xəzinəsindən ödənilsin.
5 Also let the gold and silver vessels of God's house, which Nebuchadnezzar took forth out of the temple which is at Jerusalem, and brought to Babylon, be restored, and brought again to the temple which is at Jerusalem, everyone to its place; and you shall put them in God's house.
Həm də Yerusəlimdəki Allah evindən Navuxodonosorun çıxarıb Babilə gətirdiyi qızıl və gümüş qablar geri qaytarılsın. Bunların hamısı öz yerinə, Yerusəlimdə olan məbədə aparılsın. Onları Allahın evinə qoyun”.
6 Now therefore, Tattenai, governor beyond the River, Shetharbozenai, and your companions the Apharsachites, who are beyond the River, you must stay far from there.
Ona görə Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları – Fərat çayının qərb torpaqlarındakı məmurlar qoy indi oradan uzaqlaşsın,
7 Leave the work of this house of God alone; let the governor of the Jews and the elders of the Jews build this house of God in its place.
Allah evinin işinə qarışmasınlar. Yəhudilərin valisi və Yəhudilərin ağsaqqalları Allahın evini öz yerində bərpa etsinlər.
8 Moreover I make a decree what you shall do to these elders of the Jews for the building of this house of God: that of the king's goods, even of the tribute beyond the River, expenses be given with all diligence to these men, that they be not hindered.
Mən əmr edirəm ki, Allahın bu evinin bərpasında Yəhudilərin bu ağsaqqallarına kömək edəsiniz, işlərinin dayandırılmaması üçün bu adamların xərci mütləq padşah xəzinəsindən, Fərat çayının qərb torpaqlarından yığılan vergilərdən ödənilsin.
9 That which they have need of, both young bulls, and rams, and lambs, for burnt offerings to the God of heaven; also wheat, salt, wine, and oil, according to the word of the priests who are at Jerusalem, let it be given them day by day without fail;
Göylərin Allahına yandırma qurbanları vermək üçün hər gün ehtiyaclarına görə cavan buğalar, qoç və quzular, Yerusəlimdəki kahinlərin istədiyi miqdarda buğda, duz, şərab, zeytun yağı əskik edilmədən onlara verilsin.
10 that they may offer sacrifices of pleasant aroma to the God of heaven, and pray for the life of the king, and of his sons.
Onlar göylərin Allahına xoş ətirli qurbanlar versinlər və buna görə padşahla övladları üçün dua etsinlər ki, canları sağ olsun.
11 Also I have made a decree, that whoever shall alter this word, let a beam be pulled out from his house, and let him be lifted up and fastened thereon; and let his house be made a dunghill for this:
Əmr edirəm ki, bu fərmanı dəyişdirən adamın evindən bir dirək çıxarıb dik basdırılsın və həmin adam bu dirəkdən asılsın. Qoy belə ev xarabalığa çevrilsin.
12 and the God who has caused his name to dwell there overthrow all kings and peoples who shall put forth their hand to alter the same, to destroy this house of God which is at Jerusalem. I Daryavesh have made a decree; let it be done with all diligence.
Bu məbədi isminə məskən edən Allah bu fərmanı dəyişdirməyə cəhd edən və Yerusəlimdəki məbədin dağılmasını istəyən hər padşahı və xalqı yox etsin. Mən Dara əmr edirəm, əmrim sözsüz yerinə yetirilsin».
13 Then Tattenai, the governor beyond the River, Shetharbozenai, and their companions, because Daryavesh the king had sent a decree, did accordingly with all diligence.
O zaman Fərat çayının qərb torpaqlarının valisi Tattenay, Şetar-Boznay və yoldaşları padşah Daranın göndərdiyi bu əmri alan kimi ona əməl etdilər.
14 The elders of the Jews built and prospered, through the prophesying of Haggai the prophet and Zechariah the son of Iddo. They built and finished it, according to the commandment of the God of Israel, and according to the decree of Koresh, and Daryavesh, and Artachshasta king of Persia.
Yəhudilərin ağsaqqalları tikintini davam etdirdilər və peyğəmbər Haqqay ilə İddo oğlu Zəkəriyyənin peyğəmbərlik sözlərinə əsasən onların işləri uğurlu gedirdi. İsrail Allahının buyruğuna görə Fars padşahları Kir, Dara və Artaxşastanın əmri ilə məbədi tikib qurtardılar.
15 This house was finished on the third day of the month Adar, which was in the sixth year of the reign of Daryavesh the king.
Məbəd padşah Daranın hakimiyyətinin altıncı ili, Adar ayının üçündə başa çatdı.
16 The children of Israel, the priests, and the Levites, and the rest of the people from the exile, kept the dedication of this house of God with joy.
İsrail övladları – kahinlər, Levililər və sürgündən qayıdanların hamısı bu Allah evinin təqdis mərasimini sevinclə qeyd etdilər.
17 They offered at the dedication of this house of God one hundred bulls, two hundred rams, four hundred lambs; and for a sin offering for all Israel, twelve male goats, according to the number of the tribes of Israel.
Allahın evinin təqdisi üçün yüz buğa, iki yüz qoç, dörd yüz quzu və bütün İsrail üçün qəbilələrinin sayına görə günah qurbanı olaraq on iki təkə təqdim etdilər.
18 They set the priests in their divisions, and the Levites in their courses, for the service of God, which is at Jerusalem; as it is written in the book of Moses.
Yerusəlimdə Allaha xidmət üçün Musanın Kitabında yazıldığı kimi kahinləri öz dəstələrində və Levililəri öz bölmələrində düzdülər.
19 The people from the exile kept the Passover on the fourteenth day of the first month.
Sürgündən qayıdanlar Pasxa bayramını birinci ayın on dördündə keçirdilər.
20 For the priests and the Levites had purified themselves together; all of them were pure: and they killed the Passover lamb for all the people from the exile, and for their brothers the priests, and for themselves.
Çünki kahinlərlə Levililər bir nəfər kimi özlərini pak etdikləri üçün təmiz idilər. Levililər bütün sürgündən qayıdanlar üçün, kahin qardaşları və özləri üçün Pasxa qurbanı kəsdilər.
21 The children of Israel who had come again out of the captivity, and all such as had separated themselves to them from the filthiness of the nations of the land, to seek the LORD, the God of Israel, ate,
Sürgündən qayıdan İsrail övladları və İsrailin Allahı Rəbbə sitayiş etmək üçün özlərini ətraf millətlərin murdarlığından təcrid edənlərin hamısı qurban əti yedilər.
22 and kept the feast of unleavened bread seven days with joy: for the LORD had made them joyful, and had turned the heart of the king of Assyria to them, to strengthen their hands in the work of God's house, the God of Israel.
Yeddi gün sevinclə Mayasız Çörək bayramı keçirdilər, çünki onları sevindirən Rəbb idi. Rəbb İsrail Allahının evinin bərpasına kömək etmək üçün Aşşur padşahının ürəyində meyl yaratmışdı.

< Ezra 6 >