< Psalms 95 >

1 Come, we sing to YHWH, We shout to the rock of our salvation.
Gəlin Rəbbi mədh edək, Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək,
2 We come before His face with thanksgiving, We shout to Him with psalms.
Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək!
3 For YHWH [is] a great God, And a great King over all gods.
Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır.
4 In whose hand [are] the deep places of earth, And the strong places of hills [are] His.
Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur,
5 Whose is the sea, and He made it, And His hands formed the dry land.
Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş!
6 Come in, we bow ourselves, and we bend, We kneel before YHWH our Maker.
Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək.
7 For He [is] our God, and we the people of His pasture, And the flock of His hand, Today, if you listen to His voice,
Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz,
8 Do not harden your heart as [in] Meribah, As [in] the day of Massah in the wilderness,
«Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın.
9 Where your fathers have tried Me, Have proved Me, indeed, have seen My work.
Orada atalarınız Məni sınadılar, Əməllərimi görsələr də, Məni yoxladılar.
10 Forty years I am weary of the generation, And I say, “A people erring in heart—they! And they have not known My ways”:
Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”.
11 Where I swore in My anger, “If they come into My rest—!”
Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

< Psalms 95 >