< Hosea 6 >

1 “Come, and we turn back to YHWH, For He has torn, and He heals us, He strikes, and He binds us up.
«Gəlin Rəbbə qayıdaq. O bizi parçaladı, O da bizə şəfa verəcək. O bizi yaraladı, O da yaramızı sarıyacaq.
2 He revives us after two days, In the third day He raises us up, And we live before Him.
İki gün sonra bizi dirildəcək, Üçüncü gün ayağa qaldıracaq, Onun hüzurunda yaşayacağıq.
3 And we know—we pursue to know YHWH, His going forth is prepared as the dawn, And He comes in as a shower to us, As spring rain [and] autumn rain to the earth.”
Gəlin Rəbbi tanıyaq, tanımağa səy edək. O hökmən dan yeri kimi doğacaq, Yağış kimi, Torpağı sulayan yaz yağışı kimi Yanımıza gələcək».
4 “What do I do to you, O Ephraim? What do I do to you, O Judah? Your goodness [is] as a cloud of the morning, And as dew rising early—going.
Allah deyir: «Ey Efrayim, sənə nə edim? Ey Yəhuda, bəs sənə nə edim? Çünki məhəbbətiniz səhər dumanı, Erkən uçub gedən şeh kimidir.
5 Therefore I have hewed by prophets, I have slain them by sayings of My mouth, And My judgments go forth to the light.
Buna görə də sizi peyğəmbərlər vasitəsilə parçaladım, Ağzımdan çıxan sözlərlə öldürdüm. Sizin üzərinizdə hökmüm Şimşək kimi parıldayır.
6 For kindness I desired, and not sacrifice, And a knowledge of God above burnt-offerings.
Çünki Mən qurban deyil, Məhəbbət istəyirəm. Yandırma qurbanlarından çox Allahı tanımağınızı istəyirəm.
7 And they, as Adam, transgressed a covenant, There they dealt treacherously against Me.
Ancaq onlar Adəm kimi əhdi pozdu, Orada Mənə xəyanət etdi.
8 Gilead [is] a city of workers of iniquity, Slippery from blood.
Gilead şər adamların şəhəridir, Qan izləri ilə doludur.
9 And as bands wait for a man, A company of priests murder—the way to Shechem, For they have done wickedness.
Quldur dəstələri necə insan üçün pusquya yatırsa, Kahin dəstələri də Şekemə gedən yolda adam öldürür, Bəli, xəbislik edir.
10 In the house of Israel I have seen a horrible thing, There [is] the whoredom of Ephraim—Israel is defiled.
İsrail nəslində qorxunc bir şey gördüm, Efrayim fahişəliyə batmış, İsrail murdarlanmışdır.
11 Also, O Judah, a harvest is appointed to you, In My turning back [to] the captivity of My people!”
Ey Yəhuda, sənin üçün də Bir biçin günü təyin edildi. Mən xalqımı sürgündən qaytaranda,

< Hosea 6 >